Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvira Məmmədova Soruşur Yazılma Tarixi:19.10.2015 13:04:12

Salam.Əgər bu ilin iyun ayında ayağın oynaq nahiyəsindən əməliyyat olunan çağırışçı, və tam sağalmayaraq, müalicəsi bu ayın sonunadək davam edirsə, o hərbi xidmətə göndərilə bilər?

Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 3 ay müddətinədək müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır.
ibrahimova konul Soruşur Yazılma Tarixi:18.10.2015 23:51:17

Salam.manim 1995ci tevellüdlü oglum hrbi xidmatdadi.indi ise 1997ci yüvellüdlü ogluma cagiriş gəlib.olarmiki birinci oglum aprelde gələcək o gələndən sonra 2ci oglum gedsin?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda bildiririk ki, oğlunuzun hazırki ailə vəziyyəti ilə əlaqədar ona mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb. 
Nağıyev İsrail Soruşur Yazılma Tarixi:18.10.2015 21:51:09

Salam narahlıqa göre üzr isteyrem ama bu sualıma açq şekilde cavab vere bilersiz. Menim 18 yaşm var 19 un içindeyem. Men 9 dan çıxıb peşede oxmuşam atisdat şahadatname ve diplom almışam ve indide esgerlik vaxtıdı mense ali tehsil almaq isteyrem bunu nece ede bilerem dövlet buna icaze verir. Men işleyrem ve xarice veya burda tehsil almaqm icazeyle mümkündü en esada xaricde. Tesili bitirdikden sonra ise herbiye gelmeymin bir problemi qalmr ve men birde bilmek isteyiremki ali tehsilliyle orta tesilli şexsin herbi xidmetden birinin 1 il 6 ay olması ve birininde 1 il olmasyla seçlir yoxsa ali tehsil alan şexs herbide her hansısa rütbe verlir yoxsa ferq tekce aylardadı. Ve men herbini denizde veya quruda çekmeyinde bir ferqi yoxdu bunlara. Suallarma açq şekilde cavab yazsanız şad olaram çünki here bir söz deyir olansa telebelre olur.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.2-ci maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.        Sizə təhsilə görə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.        Eyni zamanda bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sizə yalnız ailə və ya sağlamlıq vəziyyətinizə görə çağırışdan möhlət verilə bilər.        Nəzərinizə çatdırırıq ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür və çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir.
Emin Huseynov Soruşur Yazılma Tarixi:18.10.2015 21:40:00

1981-ci il təvəllüdlüyəm 2002-2003-cü illərdə hərbi xidmət keçmişəm.sıravi rütbəsindəyəm.ali təhsilliyəm.İlk zabit rütbəsi verilməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətində vəya Dövlət Sərhəd Xidmətində zabit qismində xidmətə qəbul oluna bilərəmmi?

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinə həqiqi hərbi xidmətə qəbul etmək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə, aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Namiq Museyibov Soruşur Yazılma Tarixi:18.10.2015 20:48:41

Salam mən hərbi xidmetmi başa vurduqdan sonra konullu olaraq DSX DE ve ya başqa qosunlarda xidmet ede bilərəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Nureddin Quliyev Soruşur Yazılma Tarixi:18.10.2015 18:15:16

Salam men 1995 ci il Dekabir ayinin 24 de anadan olmusam 2014 cu ilde aprel ayinda meni kamissiyadan kecirdib delixanaya gonderdiler sonra ise 2014 cu ilin sentiyabirin 22 de cagirib qospitala gonderdiler o vaxtan bir ildir ki bir xeber etmirler. Xahis edirem etrafli cavab yazin

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Vüsal Əliyev Soruşur Yazılma Tarixi:18.10.2015 14:03:50

Mən Daxili İşlər Nazirliyində işləyirəm, sıraviyəm, ali təhsilliyəm. Mən bilmək istərdim ki Səfərbərlikdə işləyə bilərəmmi? Bunun ücün neyləməliyəm işdən cıxmalıyam yoxsa burdan ora göndəriş varmı? Sizdə qəbul necədi?

Bildiririk ki, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam olunmaları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları rəhbərləri arasında razılaşmaya görə hərbi qulluqçunun razılığı ilə həyata keçirilir. Hərbi qulluqçunun xidmət yerinin bir icra orqanından başqasına dəyişdirilməsi məsələsinə, hərbi qulluqçunun xidmət etdiyi icra hakimiyyəti orqanının rəhbərliyinə özünün rəsmi müraciəti əsasında baxılır. Vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunan şəxslər Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətlər etdikdən sonra namizədliyinizə baxıla bilər.
Mustafayev Elman Soruşur Yazılma Tarixi:18.10.2015 01:42:21

Salam Eluykum Bilmek istiyirem Herbi Snayper Kurslarina Nece Qatilim Snayperci Olmaq istiyirem 10.05.1998 ci ile Anadan Olmusam 17 Yawim Tamamdi Xaiw Edirem Mene Cavab Verin ve Ya Zeng Edin 0513300620 Vatsappda Varam

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kurslarına yalnız növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar (növbəti müddətli həqiqi hərbi xidmətə çağırış ayında 18 yaşı tamam olan vətəndaşlar da daxil olmaqla) cəlb edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçı olmayan vətəndaşlar üçün snayper ixtisası üzrə ödənişli hazırlıq kursları təşkil edilmir.  
Musviq Abdurahmanov Soruşur Yazılma Tarixi:17.10.2015 23:38:00

Men bu ayda esgerliye getmeliydim.Disimde prablem oldu.13 ildi men esgerliye getmeyi arzu eleyirem.Men Oguz rayonunda yasayiram.Men xayis eleyirem meni esgerliye aparin...Dord il booksla mesgul olmusam.ozume guvenirer...xayis eleyirem sizden...

Məlum olmuşdur ki, Siz, 02.11.2015-ci il tarixdə razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Kenan Soruşur Yazılma Tarixi:17.10.2015 22:04:07

salam yararsiz halda herbi xidmete konullu getmek olar ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14897