Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Gurban Ibrahim Soruşur Yazılma Tarixi:20.10.2015 21:35:42

Salam. Dokturantura pilləsini bitirənlərə hərbi xidmət nə qədərdir?

«Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər. 
fariz abdullayev Soruşur Yazılma Tarixi:20.10.2015 21:26:09

Bu ilki oktyabr cagriscisi olan esgerlerin and icmesi ne vaxt olacaq

Qeyd etdiyiniz məsələ ilə bağlı əsgərin xidmət etdiyi qoşun növünün komandanlığına müraciət etməyiniz tovsiyə olunur.  
elya quliyeva Soruşur Yazılma Tarixi:20.10.2015 20:39:57

salam.narahatliga gore uzr isteyirem.cox tesekkur ediremki ilk sualimi cavablandirdiz.amma mene bir mesele qaranliq qaldi.dinc dovurde yararsiz muharibe dovrunde yararli yazilmis sexs herbi xidmetde olmayib.bes onun muharibe dovrunde hansi vezifede ,on ve ya arxa cebhede xidmet kecmeyin sadalanan dovlet qrumlarindan hansi mueyyen edecek.axi hemin sexs xidmet kecmeyib.cox xahis edirem cavablandirin

Bildiririk ki, Xidmətin saytına ünvanladığınız eyniməzmunlu əvvəlki müraciətinizə 07.10.2015-ci il tarixdə ətraflı cavab verilmişdir. Bir daha bildiririk ki, hərbi qulluqçunun və hərbi vəzifəlinin dinc dövrü, səfərbərlik vaxtı        və ya müharibə zamanı harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etdikləri (və ya edəcəkləri) Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.
Ehtiram Baloglanov Soruşur Yazılma Tarixi:20.10.2015 20:18:48

salam xaiw edirem sualmi cavablandirasiz mene bu ayn 15 ne cagriw yazilib ozum ali tehsilliyem helede meim adim ve yerim bilinmir ...yerim ne vaxt cixacaq ve ve getmeyim deiqidi yoxsa ola bilsin saxlasinlar xaiw edirem sualimi cavabladirasiiz

Qeyd etdiyiniz məsələ ilə bağlı 23.10.2015-ci il tarixdən etibarən Xidmətin qeydiyyatda olduğunuz Sabunçu rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Emrah Sovziyev Soruşur Yazılma Tarixi:20.10.2015 18:23:18

Salam,men herbi xidmete gedib gelmiwem ve senedlerimi FHN-ya vermek isteyirem.Bunun ucun hansi senedler lazimdir?cox xaiw edirem cvblandirasiz

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir: -          şəxsiyyəti təsdiq edən sənəd; -          ərizə və ya raport; -          şəxsən yazılmış tərcümeyi-hal; -          xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; -          təhsil haqqında sənədin surəti; -          doğum haqqında şəhadətnamənin surəti; -          nikah haqqında şəhadətnamənin surəti (evli olduqda); -          uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda); -          4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil; -          məhkumluğun olub-olmaması barədə arayış. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur.
İsrayıl Nağıyev Soruşur Yazılma Tarixi:20.10.2015 18:20:58

Salam naraat etdiyme göre üzr isteyrem ama bu sualıma açq cavab verseniz razı qalaram. Menim 18 yaşım var 19 un içindeyem. Men 9 cu sinifden çıxıb 2 saylı peşe lisseyne getdim 3 il orda oxdum. Bu il şehadetnamemi atesdatımı ve diplomumuda aldm. Atesdatı aldqm üçün ali tehsilde alaq isteyrem ama yaşım 18 olduqundan esgeri vaxtım olduqundan men işleyib hazlaşb oxya bilmirem. Size sualım oduki mene dövlet ali tehsil almaq üçün esgeri vaxtını bir neçe il mehdud qoyur filan ile kimi qebul oldum oldum ola bilmedim esgerliye getmeliyem. Yani mehdud bir vaxt verirmi dövlet telebelere işleyib mektebi bitirdikden sora gelib herbide qulluq etmek isteyrem buna dövlet icaze verirmi. Her hansısa bir senedle çünki men bu il imtahanlara qatlmaq istedim tedeka buna icaze vermedi dedi esgeri vaxtındı imtahana gedib şansıı yoxlamaq üçünde keçem ya keçmeyem 2000 manata yaxn pul ödemeymi dediler ve icaze kağzı vereceyik dediler men şanımı yoxlamaq üçün heer defe 2000 min vere bilmerem. Meger dövlet pulsuz parasz tehsil almaq üçün mehdudiyyetli icaze senedi vermir.Eger verse ya Azerbaycanda yada xaricde tehsil almaq isteyrem esasda xaricde çünki burda olanları dedim.Bu suala cavab verseydiz yaxşı olardı çünki her vezfeli bir söz deyir olansa telebelere olur

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. İlk peşə-ixtisas təhsilini bitirən çağırışçılara təhsilə görə təkrar möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
memmedov elirza Soruşur Yazılma Tarixi:20.10.2015 17:16:17

salam men 2016 iyul ayi herbi xidmete yollaniram.bilmek isterdimki konullu olaraq ondan qabag meselen bu yanvar esger gede bileremmi?.iyun ayin 30 u 18 yasim tamam olur.

Bildiririk ki,  Sizin 30 iyun 2016-cı il tarixdə 18 yaşınız tamam olduğuna görə 2016-cı ilin iyul çağırışına cəlb ediləcəksiniz.
Turan Paşayev Soruşur Yazılma Tarixi:20.10.2015 17:05:45

Salam,men 2014 cü ilde DSX da esgerlikde oldum.Ali təhsilliyəm.ordan zabit hazırlıq kursunda oldum alınmadı.İndi yenidən sənədlərimi verə bilərəmmi..məni gizir kimi götürüb sonradan zabitlik verə bilərlərmi ??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə –       ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Bu Qanunun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə –                  hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Əsəd Əliyev Soruşur Yazılma Tarixi:20.10.2015 16:09:38

Mən 2014 ci il iyul ayinda tibbi müayinədən kecdim city hospitalda və o gündən bu gunə kimi voenkomata hər hansi cavab gəlməyib. Mən dövlət imtahanina girib məzun olmaq üçün Təhsil nazirliyi universitetdən mohlet huququnu tələb edir. Voenkomatda onu verə bilməyəcəyini deyir.Belə olan halda venkomat məni niə hərbi xidmətə aparmadığı barədə sənəd verə bilərmi? Bilərsə hansı ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Abuzər Novruzov Soruşur Yazılma Tarixi:20.10.2015 14:06:21

Salam . Men Novruzov Abuzer Shohret oglu . Men 16.10.2015 tarixinde herbi xidmete cagirilmisham . Bu gun Qazax rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətine muraciet ettim , meni aparmadilar . Sizden achiqlama gozleyirem. Neye gore meni lengidirsiz?

Qeyd etdiyiniz məsələ ilə bağlı 23.10.2015-ci il tarixdən etibarən Xidmətin qeydiyyatda olduğunuz Qazax rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897