Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məmmədli Toğrul Soruşur Yazılma Tarixi:26.10.2015 01:48:07

Mən SHXÇDX-də öz rayonumda işləyə bilərəmmi İqtisad universitetində Dünya iqtisadiyyatı fakultəsini bitirmişəm hərbi xidmət keçmişəm.

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Akşin Ağalarov Soruşur Yazılma Tarixi:26.10.2015 00:17:10

Salam mən oktyabr çağırışındayam, sayta baxdım yazılıbki xidmət edəcəyiniz qoşun növü Müdafiə Nazirliyi. əgər başqa qoşun növü olurki müdafiə nazirliyi qoşun növüdürmü?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında, yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti arasında bölünür. Çağırışçıların hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilən qoşun növlərində baxılır.   
Teymuri Nurlan Soruşur Yazılma Tarixi:25.10.2015 19:58:14

Salam. Men herbi xidmeti 2012 ci il aprel ayinda basa vurmusam. Indi ordu siralarinda gizir kimi xidmet etmek isteyirem. Xais edirem mene hara muraciyet etmeyimi deyesiniz ve umimiyetce xidmet eliye bileremmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə –       ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz. Əlavə olaraq bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 
Amid Tağızadə Soruşur Yazılma Tarixi:24.10.2015 20:14:37

Salam xaiş edirəm sualıma cavab yazın. Mən müddətdən artığ xidmət etmək üçün hara müraciət etməliyəm ? 2015.04.01 də hərbi xidməti bitirmişəm, 2013 oktyabr çağırışıyam. Xaiş edirəm sualımı cavablandırın

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Ehmed Shireliyev Soruşur Yazılma Tarixi:24.10.2015 19:57:59

SHXÇDX Sumqayit sobesi necenci gunler ve saat neceye qeder isleyir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz müraciətə  tərəfimizdən baxılmışdır.            
  Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində günün nizam qaydaları aşağıdakı kimi müəyyənləşdirilmişdir:

-   əftənin I-V günləri - 09:00-dan 18:30-dək (13:00-14:00-dək nahar fasiləsi);
-    həftənin şənbə günü - 09:00-dan 14:00-dək.
anar ismayilov Soruşur Yazılma Tarixi:24.10.2015 17:47:35

13.10.2015 tarixde herbi hospitala getmişem cavabını bilmey istiyirem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
xeyal savadxanlı Soruşur Yazılma Tarixi:24.10.2015 17:41:07

salam xahıw edırem cavablandırasınız men herbıye oktyabr ayı getmelıydım sadece muaıyene olundum sentyabrda dedılerkı 1 ay mualıce yazırıq sene ged oktyabrın 16 gelersen dedım yaxwı soram oktyabr 16 muayıneden bırdaha kecdım dedıler kı artıq mualıce lazım deyıl duzelmısen men bılmek ısdeyırem men ayın axrına kımı esger gede bılerem artıq yanvara qalmaq ısdemırem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Anar M Soruşur Yazılma Tarixi:24.10.2015 16:10:54

Salam men 2009 cu ilde herbi xidmetde olmusham.Kicik cavush vezifesinde xidmet etmishem.2010-cu ilde ehtiyyata buraxilmisham.Herbi biletimde madde 42c siradan kenar herbi xidmete yararli idim.Lakin texris olunduqdan sonra yoxlamadan kecdim hec bir xestelik mushahide olunmadi.hemin madde herbi biletimde resmi suretde legv olundu.Dovlet qullugunda ishe qebul olunsam her hansi bir problem olar?Cavabiniz ucun onceden teshekkurler

Bildiririk ki, tibbi müayinənin nəticələrinə uyğun olaraq hərbi-həkim komissiyaları bütün çağırışçılar və hərbi vəzifəlilər barədə müəyyən olunmuş qaydada “müddətli həqiqi hərbi xidmətə yararlı”, “sıradankənar həqiqi hərbi xidmətə yararlı”, “sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız”, “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”, “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” olmalarına dair qərarlardan birini qəbul edir.           
  Yararlılıq kateqoriyasına uyğun olaraq
təkrar şəhadətləndirilən hərbi vəzifəlilərin hərbi biletlərinin aidiyyəti bəndində qəbul edilmiş qərar barədə müvafiq qeydlər aparılır. 
Nəzərinizə çatdırırıq ki, müraciətdə qeyd etdiyiniz məsələ aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanları tərəfindən müəyyən edilir.
Məmmədov Rauf Soruşur Yazılma Tarixi:24.10.2015 15:45:14

Hərbi xidmətdə olmuşam. MAXE kimi vətənə qulluq etmək istəyirəm kimə müraciət edim? Zəhmət olmasa mail poçtama ətraflı məlumat göndərə bilərsiz?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə –       ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz. Əlavə olaraq bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 
Alekberzade Murad Soruşur Yazılma Tarixi:24.10.2015 12:15:17

Salam.Ali təhsillilər üçün əsgərliyə çağırış qaydası necədi?Yəni,mən özüm gedib müraciət etməliyəm ki,mən universiteti bitirmişəm məni aparın ya komissarlıqdan özləri çağırış vərəqi göndərməlidirlər?

Ali təhsil müəssisələrində təhsil alan çağırışçılar təhsilə görə verilmiş möhlət müddətləri bitdikdən sonra həqiqi hərbi xidmətə çağırılaraq, təqvim hesabı ilə 1 il həqiqi hərbi xidmət keçirlər.
Cədvəldə sətir sayı :14891