Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Adem Eliyev Hikmet oglu Soruşur Yazılma Tarixi:27.10.2015 12:40:31

Sualim var. Eger dorduncu kursdan kesilib 6ay erzinde Yemen instuta berpa olunmusamsa meni herbi xidmet gozleyirmi? Heqiqi xidmet haqqinda qanunu oxumuwam. Amma yenede by suali mueyyenlewdirmek isterdim.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Emin Cavadov Soruşur Yazılma Tarixi:27.10.2015 12:26:37

Salam. Mən artıq 3-cü dəfədir ki, sizə yazıram, ama suallarıma hələ də cavab yazmamısınız. Çox xahiş edirəm suallarıma cavab yazasınız. Mənim 25 yaşım var, ali təhsilliyəm, polis serjantıyam. Sualım belədir ki, mən səfərbərlik xidmətində xidmət etmək istəyirəm bunun üçün nə etməliyəm, hara müraciət etməliyəm? İmtahan verməliyəm?

Bildiririk ki, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam olunmaları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları rəhbərləri arasında razılaşmaya görə hərbi qulluqçunun razılığı ilə həyata keçirilir. Hərbi qulluqçunun xidmət yerinin bir icra orqanından başqasına dəyişdirilməsi məsələsinə, hərbi qulluqçunun xidmət etdiyi icra hakimiyyəti orqanının rəhbərliyinə özünün rəsmi müraciəti əsasında baxılır. Vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunan şəxslər Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətlər etdikdən sonra namizədliyinizə baxıla bilər.
Akif Nəsibov Soruşur Yazılma Tarixi:27.10.2015 12:03:43

Salam. Mən 08 fevral 1979-cu il Sumqayıt şəhərində anadan olmuşam. 36 yaşım var. Hal hazırda ehtiyatda olan baş leytenantam. Mən ordu sıralarına daxil olub işləyə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Ramin Hüseynov Soruşur Yazılma Tarixi:27.10.2015 11:11:24

salam, mən ali təhsilliyəm, xidməti müddətimin əvvəlində SQ TTM in ehtiyyat zabit hzırlıq kursunu bitirib N sayli hərbi hissədə (cəbhə bolgəsində) xidmət etmişəm. SHXÇDX- da zabit kimi xidmət ede bilərəm? Əvvəlcədən təşəkkürlər.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı müraciət etmiş vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
İbrahim Bağırov Soruşur Yazılma Tarixi:27.10.2015 10:49:47

Mən Bağırov İbrahim Akif oğlu 20.10.15 də herbi xidmətə yollanmali idim.Amma hələki bir xəbər yoxdur.Bu barede məlumat verin zəhmət olmasa.

Bildiririk ki, sualınızın cavablandırılması üçün soyadınızı, adınızı, atanızın adını, doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
Veliyev Togrul Soruşur Yazılma Tarixi:27.10.2015 00:07:12

Salam men 20.10.2015 tarixinde heqqiqi herbi xidmete yollanmaliydim,amma mene vaynkamatdan dediler ki,ayin 20si gedmirsen.biz sene xeber eliyecik.amma helede xeber elemirler.saytdada hansi herbi hisseye duwmeyim barede melumat yoxdu.bilmey isteyirem men bu ay gedecem yoxsa yanvarda?

Bildiririk ki, sualınızın cavablandırılması üçün soyadınızı, adınızı, atanızın adını, doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
Revan Abiyev Soruşur Yazılma Tarixi:26.10.2015 22:57:25

Salam men Abiyev Revan Afadin oqlu 07.12.1990 ci ilde Lenkeran seher Nerimanabad qesebesinde anadan olmusam orta tehsiliyem herbi xidmetde manqa komandiri olmusam boyum 1.82 cekim 84kq men mudeden artiq xidmet etmek isdeyirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Emin Huseynov Soruşur Yazılma Tarixi:26.10.2015 22:50:09

salam.MTN-de herbi xidmet kecme (xidmeti ise qebul) hansi əsasnama ila tanzimlanir va ali tehsilli herbi xidmet kecmis sexsin zabit ve ya gizir qisminde xidmete celb olunmasında yaş mehdudiyyeti varmı,?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər    (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.
Cavid Xəlilov Soruşur Yazılma Tarixi:26.10.2015 20:52:22

Salam , mən oktyabr çağırılışında hərbi xidmətə getməli idim ,lakin tibbi yoxlanişdan keçəndən sonra anlaşılmazlıq yarandı və mən getmədim , təkrar tibbi yoxlanış tələb edə bilərəmmi ? Bilərəmsə nə etməliyəm ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Anar Seferov Soruşur Yazılma Tarixi:26.10.2015 20:34:33

Salam onceden tewekurumu bildirirem size menim dedem muharibe vetiranidi 45 m pensiye alir men isteyirem dedemin onceden qalan pensiyesini berpa edem sizden xaiw edirem mene komeklik edesiz cavabinizi gozleyecem

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar atanızın qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti yerli mərkəzinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897