Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamil recebov Soruşur Yazılma Tarixi:28.10.2015 22:52:12

Salam men muddetden artiq qidmet etmek isteyirem bunun ucun hansi senetler be hara vermek lazimdi?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir:
-   şəxsiyyəti təsdiq edən sənəd;
-   ərizə və ya raport;
-   şəxsən yazılmış tərcümeyi-hal;
-   xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
-   təhsil haqqında sənədin surəti;
-   doğum haqqında şəhadətnamənin surəti;
-   nikah haqqında şəhadətnamənin surəti (evli olduqda);
-    uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda);
-   4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil;
-   məhkumluğun olub-olmaması barədə arayış.
Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur. 
Mətləb Hüseynov Soruşur Yazılma Tarixi:28.10.2015 17:56:03

Salam. Mənə çağırış vərəqi verilmişdi oktyabr ayının 20 sinə. Hara düşdüyüm və hərbi xidmətə ayın neçəsi gedəcəyim hələ bilinmir. Səbəb nədir?

Bildiririk ki, sualınızın cavablandırılması üçün soyadınızı, adınızı, atanızın adını, doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
Famiq Soruşur Yazılma Tarixi:28.10.2015 16:47:23

Salam.Men ehtiyyatda olan zabitem Rutbem Leytinatdir.2009-ci ilde sehetimle eleqedar texris olunmusam.156 -ci maddenin v- bendine esasen.Seferberlik xidmetine erize ile muraciyyet etdim zabit kimi is ucun menfi cavab geldi.Men Seferberlik xidmetinde mufetis kimi isleye bilerem?Zehmet olmasa mene melumat verersiniz.

Nəzərinizə çatdırırıq ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Mahmud Həməşəyev Soruşur Yazılma Tarixi:28.10.2015 16:30:03

Salam.Mən 24.10.2015 tarixdə sizin quruma imtahan verdim zabit kimi. indi bilmək istəyirəm test imtahanından keçmişəm? Xahiş edirəm e-mailimə cavab yazasız. Həməşəyev Mahmud Oruc oğlu Qazax rayonu Xanlıqlar kəndi

Nəzərinizə çatdırırıq ki, 24.10.2015-ci il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Atakişiyev Atakişi Soruşur Yazılma Tarixi:28.10.2015 15:58:06

Salam,Xaiş edirəm problemi həll etməyə kömək edəsiniz.Birinci növbədə Sizin Qaynar Xəttinizə zəng edirəm cavab vərən yoxdur.Məni 2 ci göndərişdiki aparmirlar hərbiyə,voenkamat dəqiq cavab vermir hörmətsizlik edir.Mən bu məsələ ilə bağli Kimə,Hara müraciət edə bilərəm ?

Bildiririk ki, sualınızın cavablandırılması üçün soyadınızı, adınızı, atanızın adını, doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
Rəşad Məmmədov Soruşur Yazılma Tarixi:28.10.2015 11:13:50

30.05.1997 ci il təvəlludlu Mən. Məmmədov. Rəşad .Əli oglu Yevlax Rayon Qeydiyatli. .Salam men herbi xidmete bu ilin iyul ayinda getmeliydim lakin mende onurga sumuynun qurtaracaginda dermavid kisda ve yasdi penceliy xesdelikleri oldug ucun gondərilmedim .Dermavid kisda xesdeliyile bagli Baki şəhər 5 sayli kilinikada gondəriş verilərək yoxlanildim və hələ aktiv olmadigi deyildi yəni həran bu xesdəliy aktiv ola bilər .Yasdi penceliyilə bagli oktiyabir aynin 7 disi gondəriş verilərək Baki şəhərində Tramamtologya inustunda yoxlanildim ve 3 cu dereceden yasdi penceliye uygun oldugum bildirildi ve herbi xidmete yarasiz oldugum deyildi .İndi ise yevlax rayon herbi xidmete cagris sobesindən mənə bildirlidiki 6 ay sənə mohləd verildi ve 6 aydan sonra yenden cagrilacaqsan .Bu yasdi penceliy xesdəliyi anadan gəlma xesdəlikdir və sagalamsida mumkun deyil ne ucun men 6 aydan bir cagrilib yoxlaniliram menim eyaglarim agriyir qaca bilmirem eyagusde cox dura bilmirem .xaişedrem məsələylə bagli araşdrilma aparilsin ve menim huquqlarim qorunsun . size birnecedefe yazmisam meseleyle bagli ancaq qaynar xede muraciyet etmeli oldugmu bildirdiz lakin qaynar xedinizle elqe saxlamga calisiram lakin cavab verilmir telefonu goturen yoxdur.Eger sizdə mesələyə aydinliq getirməsəniz nazirliye şəxsən gedib məlumat verecem və buda olmasa Cənab Pirezdent İlham Əliyevlə və yaxud Onun Xanimi Mehriban Əliyevaya Mektub yazacam.......... Ve telefon nomremide size yaziram xais edrem elaqe saxlayasiniz menimle .055 517 31 00...........

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə 04.11.2015-ci il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunmusunuz. Müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
huseynov ulvin Soruşur Yazılma Tarixi:28.10.2015 10:39:29

Salam . Öncədən əvvəlki sullarıma cavab verdiyiniz üçün təşəkkür edirəm.Sualıma cavabda yazmısınız ki, ( hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər) bu iş üçün oz qeydiyyatda olduğum komisarlığa müraciət edim yoxsa elektron müraciət göndərim.

Müraciətinizlə əlaqədar nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Şahsuvar Mehbiyev Soruşur Yazılma Tarixi:28.10.2015 02:56:38

Salam Men Mehbiyev Şahsuvar əziz oğlu 02.08.1996.Qeydiyat Yerim Celilabad Vayonkamati. Men Keçen il oktiyabr ayinda esger vaxtimiydi. Gecen il herbi xidmete apardilar meni Genceye dumusdum 999 nomreli herbi hisseye meni orda yoxladilar ve ürey döyüntülerim normadan cox olduqna göre meni geri qaytardilar ve sabasi vayonkomatda ol dediler sabasi getdim mene oz hakkimda senet verdiler ve dediler get bakiya Kardiqrama universetinnen gec getdim gecdim cavablari teqdim edildi vayonkomata. Sora cagirmadilar indi hardasa 1 2 ay olar meni yene cagirmisdilar ve mene dediler saba seher burda ol bakiya yolluyariq ve sabasi getdim meni bakiya Siti qospital a apardilar ordada ureyimi yoxladilar ve geldim hele ki mene bir melumat verilmeyib menim 19 yasim tamam olub meni herbiye apara bilerler yada ki herbi bilet verileceymi sizden xayis ediren. Mene komeyliy gosteresiz

Məlum olmuşdur ki, Siz, 27.10.2015-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
ismayıl memmedli Soruşur Yazılma Tarixi:28.10.2015 00:14:13

Salam evvela narahat etdiyim üçün üzür isteyirem.sualımı yazmazdan evvel xaiş edirem cavab yazasınız. Sualım beledi menim 17yaşım var herbiye getmezden evvel snayperci kursunda oxumaq isterdim Azervaycanda bele bir kurslar mövcuddurmu ve şertleri nedi ? bilmek isterdim

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kursları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin filiallarında təşkil olunur. Kurslara Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli”nə əsasən müvafiq qoşun növlərində ixtisaslı mütəxəssis kimi müddətli həqiqi hərbi xidmət keçməyə yararlı olan və növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar, eləcə də  növbəti çağırışa qədər (müddətli həqiqi hərbi xidmətə çağırış ayı da daxil olmaqla) 18 yaşı tamam olan kişi cinsli vətəndaşlar cəlb edilir. Çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığa göndərilməsi barədə qərar onların hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilirlər. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, növbəti il üçün snayper ixtisası üzrə hazırlığın keçirilib-keçirilməməsi və hazırlanmalı olan çağırışçıların sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qeyd edilən ixtisas üzrə hazırlığa cəlb edilmənin şərtləri və hazırlıq keçirən təhsil müəssisələri barədə məlumat almaq üçün hərbi qeydiyyatda olduğunuz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz.   
Turac rehmetova Soruşur Yazılma Tarixi:28.10.2015 00:13:44

Iwe gebul imtanina duwen suallar

Nəzərinizə çatdırırıq ki, işə qəbulla bağlı müraciət edən vətəndaşların test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Cədvəldə sətir sayı :14891