Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan xalilov Soruşur Yazılma Tarixi:03.11.2015 17:04:19

Salam. Herbi xidmete yoxlanis 2 defe olur ? Yani hekimlerden kecmeyi nezerde tuturam. Menim dostuma 2 il var esger getmeyine indiden uje cagiris gelib bu normaldir??

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.           Çağırışaqədər yaş həddində olan vətəndaşlar Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən tibbi müayinə olunmalıdırlar.
Babək Abbasov Soruşur Yazılma Tarixi:03.11.2015 15:15:04

Salam, mən ali təhsilliyəm və hərbi xidmətimi də başa vurmuşam işləməmək üçün necə muraciət edə bilərəm və hansı sənədlər lazımdır?

Bildiririk ki, müraciətinizdə (istəyiniz ilə əlaqədar) ətraflı məlumat vermədiyinizə görə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Səməndər əsədov Soruşur Yazılma Tarixi:03.11.2015 14:11:40

Salam çağırışçıyam.SHXÇDX Lerik rayon şöbəsi tərəfindən hərbi xidmətə yararlı sayılmışam.SHXÇDX hesabına sürücülük oxumaq istəyirəm.Aztəminatlı ailədənəm.Hansı sənədlər tələb olunur?Hər hansı ödəniş tələb olunurmu?

Bildiririk ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlığının təşkili ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinə əsasən, 17 yaşına çatmış kişi cinsli vətəndaşlar “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə hazırlıq keçə bilərlər. Sürücü ixtisası üzrə hazırlıq kursları tədris proqramına uyğun olaraq 3,5 ay müddətində davam edir. Bununla əlaqədar bu kurslara hazırlığın tam başa çatdırılmasının təmin olunması üçün müddətli həqiqi hərbi xidmətə növbəti çağırışa cəlb edilməyən   vətəndaşlar (vətəndaşın çağırışa cəlb ediləcəyi çağırış ayından ən azı 4 ay əvvəl)  göndərilirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə təşkil edilən sürücülük kursları hazırlıq dövlət büdcəsi hesabına keçirilir və vətəndaşlar tərəfindən heç bir maliyyə vəsaiti ödənilmir. Hazırlıq kursunu bitirmiş vətəndaşlar sürücülük vəsiqəsi almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin aidiyyəti struktur bölmələrində  imtahanlara cəlb edilirlər. İmtahanlardan müvəffəqiyyətlə keçmiş vətəndaşlar BDYPİ-nin struktur bölmələrində qanunvericiliklə müəyyən edilmiş rüsumu ödəməklə sürücülük vəsiqəsi ilə təmin olunurlar. Hazırlıq kurslarına göndərilmənizin dəqiqləşdirilməsi ilə əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin Lerik rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur. 
Behruz kelbiyev Soruşur Yazılma Tarixi:03.11.2015 01:35:46

Sallam menim 29 yasim var men herbide isdeye bilerem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Bu səbəbdən aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Elman Mustafayev Soruşur Yazılma Tarixi:03.11.2015 01:17:55

Salam Menim 17 Yasim var 9 cu sinifden Mektebden cixmisam amma ne Sadet Namem nede Atestatim yoxdu Herbide ne iwliye bilerem ?

Bildiririk ki, orta təhsil haqqında şəhadətnamənin və ya attestatın olub-olmamasının hərbi xidmətə çağırış prosesinə hər hansı təsiri yoxdur. 
Necefova Vefa Soruşur Yazılma Tarixi:02.11.2015 23:12:40

Ttm de zabit kursu ne vaxt acilacaq? Zabit olmaq niyyetindeyem

Bildiririk ki, "zabit hazırlığı kursu" Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.
Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Vüqar Soruşur Yazılma Tarixi:02.11.2015 17:45:38

Mənə 3 illik möhlət verilib. Ancaq mən bu diaqnozla razı deyiləm. 3 il bitməmiş təkrar tibbi komisiyyadan keçmək hüququm var?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Mirəli Soruşur Yazılma Tarixi:02.11.2015 03:20:26

Salam Qasimov Mirəli Mirqafil oğlu 1996.11.05 tarixinde doğulmuşam celilabad rayon şobesine komisyadan kecmek ucun 2013 ci il in iyul ayinda gedmişem mene qıçmın eyri olduğu ve varikosel olduğu deyilib indi ise 20 yaşım var herbibilet yoxumdu.men yararsizherbi bilet ala bileremmi.eger ala bileremse 2 ildi meni niye gozledirler.xaiş edirem sualimi cavablandirasiz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Bu Qanunun 28.6-cı maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Odur ki, şəxsiyyətinizi təsdiq edən sənədlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin Cəlilabad rayon şöbəsinə şəxsən müraciət etməlisiniz.
Idris Qarazade Soruşur Yazılma Tarixi:01.11.2015 21:51:54

Salam.Men hazirda ehtiyatda olan leytenantam.SHXÇDX da işləmək istəyirəm, nece düzelmek olar?

Müraciətinizlə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Qüdrət Əzizov Soruşur Yazılma Tarixi:01.11.2015 18:35:46

Mən SHXÇDX-də öz rayonumda işləyə bilərəmmi İqtisad universitetində Ümumi İqtisadiyyat fakultesinı bitirmişəm hərbi xidmət keçmişəm

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897