Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəşidli Vilayət Soruşur Yazılma Tarixi:05.11.2015 20:48:47

Men 2014 cu ilin iyununda herbi xidmetden xestelikle mohlet almiwam o mohleti legv edib herbi xidmete gede bileremmi

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin      6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun            20.3 maddəsinə əsasən, təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu Qanunun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
Rövşen Mensimov Soruşur Yazılma Tarixi:05.11.2015 17:28:11

Salam men Mill ordudan ehtiyata buraxılmış leytenatam . Geri dönmek isteyirem.xahiş edirem mene kömek edesiniz (2010-2012 illerde q1 işlemişem herbi vezifem)

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Rewad abdullayev Soruşur Yazılma Tarixi:05.11.2015 09:31:01

Salam menim orta tehsilim var herbi xidmete qalmaq istiyirem ama1.9ay kurskecib qalmaq bu nece olur qala bilerem cenab.,

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Qedirov Ramid Soruşur Yazılma Tarixi:04.11.2015 23:11:28

salam men iyul ayinda esger gedirem...Isteyiremki tez gedim yanvar ayinda..Konullu kimi yanvar ayinda gede bilerem ?? cox xais cavab verin..

Bildiririk ki, yalnız 18 yaşı tamam olan və müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb edilirlər. 
Aslanov Hafiz Soruşur Yazılma Tarixi:04.11.2015 23:10:21

Salam.Men ise qebulla bagli hansi senedleri teqdim etmeliyem?

Müraciətinizlə əlaqədar nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
melahet Soruşur Yazılma Tarixi:04.11.2015 20:25:41

Salam men herbide maxe iwlemek ucun senet verdim amma bir aydi xeber yoxdu deyilerki ttem ozu caqirmalidi.bide ttemde sual cavab ne olur hazirq yeni.coxsaqolun ne etmeliyik komey edin

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Emin Cavadov Soruşur Yazılma Tarixi:04.11.2015 19:31:40

Salam. Mənim 25 yaşım var, ali təhsilliyəm, polisdə işləyirəm. Bilmək istərdim ki, səfərbərlik xidmətində işə qəbul olmaq üçün elektron müraciət göndərsəm bu barədə məni hazırki iş yerimə hər hansı bir sorğu gələcəkmi? Səfərbərliyə işə qəbul ola bilməsəm(müsabiqədən və ya müsahibədən keçə bilməsəm) bu işimi itirmək istəmirəm. Qısası istəmirəm ki səfərbərliyə işlə bağlı müraciət etdiyimi işlədiyim polis şöbəsindən bilsinlər. Bu mümkündürmü? Çox xahiş edirəm sualımın cavabını emailimə yazasınız. Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam olunmaları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları rəhbərləri arasında razılaşmaya görə hərbi qulluqçunun razılığı ilə həyata keçirilir. Hərbi qulluqçunun xidmət yerinin bir icra orqanından başqasına dəyişdirilməsi məsələsinə, hərbi qulluqçunun xidmət etdiyi icra hakimiyyəti orqanının rəhbərliyinə özünün rəsmi müraciəti əsasında baxılır. Əlavə olaraq, müraciətinizin hal-hazırda işlədiyiniz polis şöbəsində  aşkarlanmaması xahişinizlə əlaqədar nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət edən vətəndaşların şərtləri tərəfimizdən qəbul edilmir.
Samir Necefov Soruşur Yazılma Tarixi:04.11.2015 18:57:35

Salam bilmek isterdimki Ehtiyyat zabit kursu ne vaxt baslayir

Bildiririk ki, “Zabit hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Eliş Soruşur Yazılma Tarixi:04.11.2015 18:55:28

Salam necesiz Gözü zeyifler esger gedir menim gözüm zeyifdi istiyirem gedem

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.  
Əli Əsədov Soruşur Yazılma Tarixi:04.11.2015 18:43:42

Salam mən gələn il oktyabr ayında hərbi xidmətə cağırılacağam 18 yasım tamam olacaq bilmək istərdim ki atestatın olub olmamasının hərbi xidmətə nə kimi əlaqəsi var xahiş edirəm cavablandırın.

Bildiririk ki, 18 yaşı tamam olan və müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb edilirlər. Orta təhsil haqqında attestatın olub-olmamasının hərbi xidmətə çağırış prosesinə hər hansı təsiri yoxdur.  
Cədvəldə sətir sayı :14897