Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Taleh Quliyev Soruşur Yazılma Tarixi:09.11.2015 19:39:04

Salam men herbi xidmetde olmusam xesdelenib niqodnu olmusam gelib saxalmisam hekimdende kecmisem ali tehsiliyem isdeyirem herbide qalan xidmetimi 3 ay qalib gedib onuda xidmet edim temiz bilet alim.olar?

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Təkrar tibbi şəhadətləndirilmə zamanı dövlət səhiyyə sistemi və digər tibb müəssisələrində müayinə və müalicə nəticəsində Sizə təyin edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz halda hərbi biletinizdə müvafiq qeydiyyat aparılması üçün Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
ferid mecnunlu Soruşur Yazılma Tarixi:09.11.2015 19:15:08

Salam.menim herbi saglamliq uzre qeydiyat vereqesinde herbi xidmete yararlidir yazilib amma dislerimde bir balaca prablem olmasi menim herbi xidmete getmeyimde manea torede bilermi. tesekkurler

Çağırışçıların həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 54-61-ci maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Resad Pasayev Soruşur Yazılma Tarixi:09.11.2015 14:41:52

Salam Herbi bilet itirmiwem, ve sualim ondan oteridirki itirilmeye gore dovlet rusumu ne qederdi? Nece manatdi?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən 50 manat cərimə) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. 
Zamin Salmanov Soruşur Yazılma Tarixi:09.11.2015 10:58:50

Salam.men Zamin Salmanov 32 yawim var herbi qulluqda olmuwam ali tehsilliyem.herbi xidmetde leytnant kursuna yazilmaq isteyirem bunun ucun hara muraciet etmeliyem??xahiw ediremm cavablandirasiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Ferid Bağırov Soruşur Yazılma Tarixi:09.11.2015 01:56:56

Salam Menim herbi biletımde Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sozu yazılıb bimek isteyerdimki hansı Dovlet Orqanında işleye bilerem

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar işləmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Piriyeva Zeynəb Soruşur Yazılma Tarixi:08.11.2015 21:31:43

salam,men bilmək ıstəyırəm qadınların müddətdən artık hərbi xidmətə çağrısı dayandırılıbmı,qızım üçün maraqlanıram.31 yaşı var orta tehsillidir kurs bitirib.xahiş edırem komeklik gösteresiz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, qızınız aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Elsen Hacibalayev Soruşur Yazılma Tarixi:08.11.2015 19:16:52

Salam. sualim xaricde tehsille baglidir. 4 kursan qovulmuwam amma hemen il 2 aydan sonra berpa olunmuwam. Amma herbi komisariatliq bunu bilmir ver arayiwda vermemiwem . azerbaycana geldikde birbawa herbi komssiarliqda oldum mennen ne ucun 2 cagiriwdan yayindigimi soruwdular edimki diplomu almamiwam ona gore . menen izahat aldilar. eger men indi oxudugum instutdan arayiw getirsem hemen izahatdan imtina etsem meni herbi cagiriw gozleyirmi. ve ikinci sualim menim atam dovlet iwcisidir mene dediler ki onun baresindede tedbir gorulecek axi o hec bir wey etmeyib izahatimdada deyilirki valideyinim defelerle meni xeberdar edib.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.   
          Eyni zamanda bildiririk ki,
təhsilini davam etdirmək üçün çağırışdan möhlət verilməsi haqqında qərar çağırış komissiyaları tərəfindən təhsil müəssisələrinin verdiyi arayış (Forma № 10) əsasında bir dəfə, bu məsələyə çağırış komissiyasında birinci dəfə baxılarkən qəbul olunur. O cümlədən, təhsilə görə möhlət verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və ya bölmələrinə təhsillərini davam etdirmələri haqqında arayış təqdim etməlidirlər.
  Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.2.-ci maddəsinə əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.    
       Sizin ali təhsil müəssisəsinə bərpa olunmağınız haqqında əmrin surətini və hazırda ali təhsil aldığınız barədə arayışı təcili olaraq
q eydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
orxan huseynov Soruşur Yazılma Tarixi:08.11.2015 10:23:10

Men lenkeranda yasiyiram 15 yasim var konullu esger olmaq isteyirem 11 ci sinif qurtarandan sora hara müraciyyet edim ?

Bildiririk ki, yalnız 18 yaşı tamam olan və müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb edilirlər. 
Rəşad Ələskərov Soruşur Yazılma Tarixi:08.11.2015 01:24:24

Salam.Mən 2011-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakultəsini bitirmişəm.Bilmək istərdimki mən SHXÇDX-də çalışa bilərəm?Bununla bağlı hansı sənədləri hansı ünvana təqdim etməliyəm?Minnətdaram.

Nəzərinizə çatdırırıq ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdiril­məsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
FUAD Soruşur Yazılma Tarixi:08.11.2015 01:24:22

SALAM.MEN BILMEK ISTEYIREMKI, OKTYABR AYINDA GEDEN ESGERLERIN AND ICME MERASIMI NOYABRIN NECESI VE SAAT NECEDE OLACAQ? COX XAIW ELIYIREM MUMKUNDURSE SUALIMA TEZ CAVAB VERIN.COXSAGOLUN.

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət qulluqçularının hərbi andı qəbul edəcəyi günün təyin edilməsi məsələsinə onların xidmət etdiyi qoşun növünün komandanlığı tərəfindən qərar verilir. 
Cədvəldə sətir sayı :14897