Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Qasimov Soruşur Yazılma Tarixi:14.11.2015 19:14:10

Meni dünen vaenkomata çağırdılar yoxlanışdan keçdim, çağırış vereqesi de verdiler. Yanvar ayının 21ne. Amma çekim 42 kq boyum 1.68di. İndi bilmk isteyirsen yanvar ayında getmeliyem?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Oruc Oruclu Soruşur Yazılma Tarixi:14.11.2015 19:11:30

Salam.men bilmek isderdim ki, herbi hissede olarket mezuniyyete nece ay sonra gelinir

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq 1 il 6 ay həqiqi hərbi xidmət keçməli olan hərbi qulluqçular 1 ildən, 1 il həqiqi hərbi xidmət keçməli olan hərbi qulluqçular isə 6 ay xidmət etdikdən sonra növbəti məzuniyyətə buraxılırlar. 
Raul Soruşur Yazılma Tarixi:14.11.2015 19:05:39

Salam. Mənim İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqəmdə Hərbi xidmətə müvəqqəti yararsızdır. mad.13ç,36 yazılıb. Bu nə deməkdir? xahiş edirəm cavab yazın.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” bəndinə “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: kəskin xəstəliklərdən və ya xroniki xəstəliklərin kəskinləşməsindən, yaxud cərrahi müalicədən sonrakı hal, müvəqqəti funksional pozulmalarla” aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 36-cı maddəsinə “Kəskin xəstəliklərdən, xroniki xəstəliklərin kəskinləşməsindən, travmadan və ya cərrahi müalicədən sonra görmə orqanın müvəqqəti funksional pozulmaları” aiddir.
Sənan Şəfiyev Soruşur Yazılma Tarixi:14.11.2015 17:04:56

Salam, Mənə 6 ay müddətinə - 07.01.2016-cı il tarixədək çağırışdan möhlət hüququ verilmişdir. Bilmək istəyirəm ki, növbəti müayinə tarixi yanvarın 7-dən sonra olmalı deyil? Məni bu ay həkim komisiyasına çağırıblar. Birdə bilmək istəyirəm ki, hər dəfə mənə möhlət hüququ 6 ay verilməsi nə dərəcə düzgündü?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ezizaga Abdullayev Soruşur Yazılma Tarixi:14.11.2015 15:25:58

Salam men yanvar priziveyem kecen ay meni vayenkamat cagirmiwdi getdim med kamisyalardan kewdim ve mene cagiriw vereqi verilib 01.01.2016 tarixe bu cagiriw vereqinde yazildigi tarix men herbi xidmete gedecem???

Bildiririk ki, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən sizə göndərilən çağırış vərəqəsində göstərilən tarixdə orda olmalısınız. 
Kerim Elesgerov Soruşur Yazılma Tarixi:14.11.2015 14:16:40

Salam.Men seferberlik ve herbi xidmete caqiriw uzre Dovlet xidmetinde iwleye bilerem.1989 cu ilde Bakida anadan olmuwam.2007-2011 ci ilde Dovlet Beden terbiyesi Akademiyasinda oxumuwam.2011-2012 ci ilde DSX xidmet etmiwem.

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Kamil Quliyev Soruşur Yazılma Tarixi:14.11.2015 10:16:32

salam. Mən Quliyev Kamil İbrahim oğlu Səfərbərlik xidmətimə işə qəbul olunmaq üçün sənətlərimi(Tərcümeyi-hal, ərizə, diplomun surəti, hərbi biletin surəti və şəxsiyyət vəsiqəsinin surəti) məktubla poçtdan göndərmişəm. bilmək istiyirəm sənətlərimə Kadarlar idarəsində baxılmışdır və məni test imtahanına dəvət edrlər???

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Rizvan Abdullayev Soruşur Yazılma Tarixi:13.11.2015 23:15:11

Salam kürəyimdə xal olduğu üçün mənə xəstəliklər cədvəlinin 10 cu maddəsinin ç bəndinə əsasən 6 ay möhlət verilib.Bu xal nə müalicə olunası bir şey deyil, nə də ki mən əməliyyat olmaq istəmirəm.Bilmək istəyirəm ki, konkret olaraq mən hərbi xidmətə yararlıyam ya yox?.

Xoşxassəli yenitörəmələrə görə şəhadətləndirilənlərə müalicə təklif olunur. Müalicə qeyri-qənaətbəxş nəticələndiyi və ya ondan imtina edildiyi hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 10-cu maddəsi tətbiq olunur.
Sənan Hüseynzadə Soruşur Yazılma Tarixi:13.11.2015 22:52:27

Salam. Mən 28.09.1999 cu ildə Bakı şəhərində doğulmuşam. 2006 cı ilə kimi Sabunçu rayonunda şəxsi evimizdə qeydiyyatda olmuşam.2006 cı ildən valideynlərimlə birlikdə Almaniyada yaşayıram.2012 ci ildən alman vətəndaşıyam və Azərbaycan Respublikası vətəndaşlığından rəsmi olaraq çıxmışam.(prezident sərəncamı ilə).Sabunçu rayonu hərbi komissarlığından hərbi mükəlləfiyyətli olmaması barədə arayış ala bilərəmmi? Təşəkkür edirəm.

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı başqa ölkədə yaşayış yeri seçdikdə, yalnız həmin ölkənin vətəndaşlığını qəbul etməsi və Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi barədə sənədi olduğu təqdirdə hərbi qeydiyyatdan çıxarılır. Müraciətinizə əsasən Xidmətin Sabuçu rayon idarəsi tərəfindən hazırda hərbi qeydiyyatda olmamağınız barədə arayışla təmin edilə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər hərbi qeydiyyata götürülməli olmayan şəxslər hesab olunur. Bu Qanunun 2.0.11-ci maddəsinə əsasən, hərbi qeydiyyata götürülməli olmayan və istefaya buraxılmış (keçirilmiş) Azərbaycan Respublikasının vətəndaşları hərbi vəzifəli hesab edilmir.
Surac Novruzov Soruşur Yazılma Tarixi:13.11.2015 21:30:06

Salam ilk Olkemin Mudafie Eden her bir qullugcunun qasisinda bas eyrem ve sizlerle qurur duyram sualim beledir men 2010 cu ilde herbi xidmetimi bitirmisem ... men yeniden herbiye xidmete qayitmag isteyirem Maxe kimi men nece muraciyet etmeliyem ??? Xais edrem etrafli melumat yazsasiniz .cox sagolun

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897