Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ilqar Soruşur Yazılma Tarixi:18.11.2015 09:58:19

Hərbi xidmətə getməkdən nə qədər əvvəl bilmək olar ki harada xidmət edəcəm ?

Bildiririk ki, 2016-cı ilin yanvar çağırışına cəlb edilən çağırışçılar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsiyyət vəsiqələrinin seriya nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə 30.12.2015-ci il tarixdən başlayaraq öyrənə bilərlər.           Eyni zamanda bildiririk ki, çağırışçılar təyin olun      duqları hərbi hissə haqqında məlumatı, həmin tarixdən etibarən şəxsi məlumatları daxil etməklə SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən də əldə edə bilərlər. 
Qalib Humbetov Soruşur Yazılma Tarixi:18.11.2015 00:40:48

Salam. Men Azerbaycan Dovlet Deniz Akademiyasin qutarmisam herbi xidmeteimide deniz piyadalarinda etmey isdiyirem bunun ucun ne etmeliyem? Evvelceden cox sagolun.

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə cəlb edilən çağırışçıların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilir.       Nəzərinizə çatdırırıq ki, müddətli həqiqi hərbi xidmət qulluqçularının hansı hərbi hissədə xidmət keçməsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir. 
abdullayev mirabdulla Soruşur Yazılma Tarixi:17.11.2015 22:18:49

men alli tehsilliyem ust cenemde dis yoxdu niqodnu aldim indi pratez duzeltmisem esgerliye gede bileremmi

Diş kökləri, onları protezləşdirmə üçün istifadə etmək mümkün olmadıqda, dişlərin olmaması kimi qəbul edilir. Çaxarılmayan protezlə əvəz edilmiş dişlər, onların olmaması kimi qəbul edilmir. Əlavə olaraq bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Aqil Soruşur Yazılma Tarixi:17.11.2015 22:09:14

Salam.Men 2008-ci ilde leytenant berbi rutbesi almisam.2011-ci ilde muqavilemin bitmesi ile elaqedar ehtiyata buraxilmisam.6 ay sonra konullu olaraq yeniden ordu siralarina qayitdim.2012-ci ilde C.M-nin 331.3 maddesi ile hebs olundum.1 il hebs cezasi verildi.6 ay sonra serti olaraq azad olundum.Rutbem alinmayib ehtiyatda olan leytenantam.Bilmek isteyirem yeniden ordu siralarina qayida bileremmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0 və 41.0.8-ci maddələrinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrumetmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Nəzərinizə çatdırırıq ki, bu hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. 
cavid ıslamzade Soruşur Yazılma Tarixi:17.11.2015 21:19:06

Mən 2013 ilin iyul ayında hərbi xidmətə çağırılıb hərbi xidmətə getdim hərbi xidmətdə tkm vəzifəsində xidmət etmişəm 2015 ci ilin yanvar ayında təxris olmuşam indi hərbi xidmətə düzəlmək istəyirəm bunun üçün xaiş edirəm mənə kömək edəsiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Xəlil Kazımov Soruşur Yazılma Tarixi:17.11.2015 20:40:18

Salam.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə mülki işçi kimi qəbul olmaq üçün hansı sənədlər lazımdır?Hansı vəzifələr üzrə vakansiya var?

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
hesenov ramil Soruşur Yazılma Tarixi:17.11.2015 04:35:53

salam baki islam universitetini bitiren telebelere herbi hisseye gedende 3aydan sonra nikadir leytinant olmaq teklif edirler??

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Ağayev Mirilkin Soruşur Yazılma Tarixi:17.11.2015 03:37:13

Salam, bilmək istərdim hansi aylarda çağırış olur, və Hərbi Hava Qüvvələrində xidmət edə bilərəm?

Bildiririk ki, Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir.  Eyni zamanda bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Nəzərinizə çatdırırıq ki, müddətli həqiqi hərbi xidmət qulluqçularının hansı hərbi hissədə xidmət keçməsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir. 
Melikova Elvira Soruşur Yazılma Tarixi:16.11.2015 15:35:07

Menim 2 oglum var.Boyuk oglum Texniki Universitetin 4-cu kurs telebesidir.Kicik oglum mektebi bu il qurtarib 2si de 2016 ci ilin iyulunda herbi xidmete getmelidir. Bilmek isterdim ki, onlar ayri-ayri herbi hisselerde xidmet edecekler,yoxsa eyni herbi hissede? Amma nezerinize catdirim ki,bir evde yasasalar da muxtelif unvanlarda qeydiyyatdadirlar.

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarlarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün eyni hərbi hissəyə göndərilirlər.         
Orxan Ehedov Soruşur Yazılma Tarixi:16.11.2015 12:06:11

Salam. Men Ehedov Orxan Elxan oglu 31.01.1998 ci ilde anadan olmusam, ve ve konullu olaraq yanvar ayinda xidmete getmek isteyirem .aprele dusurem eslinde 1.30 kimidi cagris ama men konullu olaraq yanvarda gede bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq, yanvar ayının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş kişi cinsli vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.        Eyni zamanda bildiririk ki, siz qanunvericiliyin tələblərinə uyğun olaraq, 2016-cı ilin aprel çağırışına cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14891