Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ali kəlbiyev Soruşur Yazılma Tarixi:20.11.2015 17:26:39

salam bu 3 məfhumun fəqi nədir? hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlar- bu 3 nün fərqi nədir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu Qanuna əsasən: 45.3. Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər. 45.4. Fövqəladə vəziyyət şəraitində hərbi vəzifəlilər fövqəladə hadisələrin qarşısının alınmasında və ya nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə 3 ayadək müddətə xüsusi toplanışlara çağırıla bilərlər.
Elnur Mirzeyev Soruşur Yazılma Tarixi:20.11.2015 16:30:30

Salam men 600 nomreli herbi hissede Gizir ve ya MAHHXQ kimi iwlemey isteyirem hara muraciet etmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya HDQ-nin komandanlığına müraciət etməlisiniz.
Qasim qurbanov Soruşur Yazılma Tarixi:20.11.2015 16:23:43

Salam. herbi vezifeliler toplanişlardan bir il erzinde azad edilirler deye madde var ( herbi yoxlanışdan başqa) anc aq son təlimlərinizdə 1 il ərzində ehtiyatda olan herbi qulluqçularda heç 3 ay evvel təxris olunanıda hərbi təlimə cəlb olunmuşdur ancaq qanunda bunun əksi yazılıb? bu necə olur? bu qanunda məgər deyilmir mi ki 1 ildən aşağı müdətdə ehtiyatda olan şəxs heç bir təlimə CƏLB OLUNA bilməz? zəhmət olmasa bu hissəni izah edin Hərbi xidmət haqqında qanunun 46 -cı maddəsinin 1 -ci bəndindəki müddəaları siz pozmamısınız son təlimdə?

Bildiririk ki, müraciətinizdə konkret şəxslər barədə məlumatlar (soyadı, adı, atasının adı, təvəllüdü, nə vaxt və haradan toplanışa çağırılıb) verilmədiyi üçün qeyd etdiyiniz məsələ ilə bağlı araşdırma aparmaq mümkün deyil. Yuxarıda göstərilən məlumatlar Xidmətin saytına ediləcək təkrar müraciətinizdə qeyd edildiyi təqdirdə, bərələrində ətraflı araşdırma aparılacaq və müraciətiniz cavablandırılacaqdır.  
əlövsət dadaşov Soruşur Yazılma Tarixi:20.11.2015 16:16:50

bu qanunda qeyd olunan səfərbərlik təlimi vaxtı yeniden çağırılacaq ehtiyatdakı şexslerden bron edilenler azad olunur maddesi var bu ne demekdir? bron edilme kim nezerde tutulur? nazirliyin işçilərim və ya güc strukturlarının əməkdaşarı?

Bildiririk ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən (rəhbər işçi, mütəxəssiş, elm və incəsənət işçisi, ixtisaslı fəhlə və qulluqçular) hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün təxsis (bron) edilməsi bu Qanuna və  Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
Hesenova Konul Soruşur Yazılma Tarixi:20.11.2015 14:15:20

Salam.men ise qebul ucun olunanan muraciet bolumunde butun merhele qaydalarina emel etmisem,ERIZE ANKET TERCUMEYI HAL BOLUMLERINI VE elave senedler bolumunde tehsil haqqinda senedimin suretini elave edib gondermisem.ve mene qeydiyyatdan kecmeyim barede melumat verilsede gonderdiyim senedlerimin catmasi barede melumatim yoxdu.bilmek isterdimki men nece oyrenimki hersey tam duzgundu

Nəzərinizə çatdırırıq ki, tərəfinizdən Xidmətin saytına barənizdə         hər-hansı bir sənəd daxil olmamışdır.
Ayazi Əliyev Soruşur Yazılma Tarixi:20.11.2015 13:36:15

Hərbi xidmətə yararsız hesab edilən və xarici ölkədə yaşayan Azərbaycan vətəndaşı hər 3 ildən bir yenidən tibbi yoxlanışdan keçmək üçün Azərbaycana qayıtmalıdır. Əgər vətəndaşın Azərbaycan vətəndaşlığı ilə yanaşı Alman vətəndaşlığı da mövcuddursa, həmin şəxs buna baxmayaraq yenidən 3 ildən bir tibbi yoxlanışdan keçmək məcburiyyətindərmi? Xarici vətəndaşlığının olmasına baxmayaraq, hələ də hərbi öhdəlik daşıyırmı? Əgər daşımırsa, bunu hansı formada bəyan etməlidir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. Azərbaycan Respublikasının vətəndaşı başqa ölkədə yaşayış yeri seçdikdə, yalnız həmin ölkənin vətəndaşlığını qəbul etməsi və Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi barədə sənədi olduğu təqdirdə hərbi qeydiyyatdan çıxarılır və hərbi vəzifədən azad edilir. Bu Qanunun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar                 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə gəlməyən vətəndaşlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyırlar.
Huseyn Kerimli Soruşur Yazılma Tarixi:20.11.2015 13:34:59

salam men Kerimli Huseyn Baba oglu 1992 ci ilde anadan olmusam.2010-2014 cu illerde Mingecevir Muellimler inistitutunun Azerbaycan dili ve Edebiyyat muellimliyini bitirmiwem.2014-2015 ci illerde MN Nsayli herbi hissesinde xidmet etmiwem..Men seferberlik ve herbi xidmete caqiriw uzre Dovlet xidmetinde iwleye bilerem indi..Evvelceden tesekkurler

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
seyfeddin qardasxanov Soruşur Yazılma Tarixi:20.11.2015 12:27:02

men 2008 ci ilde herbi xidmete cagrildim hekim kamisiyasindan kecdim ve netice xesdliy var idi qicimda ve mene 3 illiden bir kamisiyadan kecmekle mohlet verdiler 2009 cu ilde ali mektebe qebul oldum qiyabi tekrar komisiya neticesinde yene xesdliyim tam sagalmamisdi 2014 cu ilde ali mektebi bitirdim ve novbeti 3 cu il kamisiyada xesdeliyim mualice neticesine sagalmisdi 2015 ci il aprel ayi herbi xidmete yollandim men bilmek isdeyirem herbi xidmetim bir ildir ?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.    Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.                     
gunay Soruşur Yazılma Tarixi:20.11.2015 11:42:01

Salam men tibb bacisiyam.iwlemej ucun herbi bilet teleb edirler .gecikdiyimi deyirler ve 50manat cerime edibler. Indi bilmek isdiyiremki ne qeder vaxt gecikende cerime olu?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində vətəndaşların hərbi qeydiyyat üzrə vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni: 354.2.1. hərbi vəzifəlilər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə; 354.2.2. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına; 354.2.3. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə -xəbərdarlıq edilir və ya otuz manat miqdarında cərimə edilir.
Elman Mustafayev Soruşur Yazılma Tarixi:20.11.2015 03:19:50

Salam Menim Adim Elman 8 Aya Esger Gedirem Herbide Qalib Gizir Kimi islemek Olar ????

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli,         azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər    (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) edəcəyiniz hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897