Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ELyas Hesenov Soruşur Yazılma Tarixi:20.11.2015 02:27:58

Salam SHXCDX-de ve yerli bolmelerinizde vayinkomatlarda ehtiyatda olan vetendaşların harda işlediyi ve s kimi melumatlar sizde olur? ve telim toplanış seferberlik ve s olanda bu çağırış zamani istifade edirisniz bundan ve ya nezere alınırmı?

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, verdiyiniz sualın cavabı xidməti məlumat xarakteri daşıdığı üçün açıqlanmır.
Rafiq Babanlı Soruşur Yazılma Tarixi:20.11.2015 02:16:22

Salam Hörmətli SHXÇDX - mənim sualım səfərbərliklə bağlıdır mən Gəncə rayonu N saylı hərbi hissədə xidmət etmişəm indi bilmək istəyirəm ki nə vaxtsa elan olunsa ve men çağırılsam, yenə MÜTLƏQ gəncədəki həmən hərbi hissəyəmi göndəriləcəm yoxsa fərq etmir başqası da ola bilərmi?(p.s xahiş edirəm ayzmayın ki bu işə müdafiə nazirliyi baxır bilirəm onlar baxir sadece meluamtiniz varsa en azindan beli ancaq gencedeki n saylıya gonderileceksiniz deyin ve yaxudda XEYR bele bir teleb yoxdur her hansi başqa herbi hisseye de gonderile bilerik...diqqetinize gore çox sağolun

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, verdiyiniz sualın cavabı xidməti məlumat xarakteri daşıdığı üçün açıqlanmır.
Faiq mahmudov Soruşur Yazılma Tarixi:20.11.2015 02:01:06

salam sizə bir sualım var Dövlət qulluqçuları səfərbərlik təlimi zamanı çağırırlarmı? və yaxudda çağırırla bilərlərmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər toplanışlar keçməkdən azad edilirlər: 46.1.1. hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra (hərbi yoxlama toplanışlarından başqa) – 1 il ərzində; 46.1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada təxsis edilmiş (bron edilmiş) hərbi vəzifəlilər; 46.1.3. müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar; 46.1.4. qadın hərbi vəzifəlilər; 46.1.5. mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti; 46.1.6. dəniz gəmilərinin üzgü heyəti (Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabitləri istisna olmaqla); 46.1.7. əyani təhsilalma forması üzrə - təhsil müddətində, qiyabi təhsilalma forması üzrə isə - semestr və sessiya, həmçinin diplom işinin (dissertasiyanın) hazırlandığı və müdafiə edildiyi müddətlərdə (təhsil müəssisəsinin arayışı əsasında); 46.1.8. qulluq (xidmət) etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınanlar.
Nadir Soruşur Yazılma Tarixi:20.11.2015 01:24:31

Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. bu maddədə qeyd olunan hərbi təlimi tam olaraq anladım ancaq HƏRBİ YOXLAMA və XÜSUSİ toplanışlar tam olaraq nə deməkdir? nə kimi fərqi var Hərbi təlimdən? və ikinci bir sualım da var Azərbaycan Respublikasında ehtiyatda olan vətəndaşların səfərbərliyə çağırılmasını yalnızca Cənab Prezident təsdiq etdikdən sonra mümkündür? yxosa cənab prezident təsdiq etməsə belə müdafiə nazirliyi ve ya SHXÇDX v yaxudda yerli hanssıa hərbi komissarlıq hansısa vətəndaşı səfərbərlik təlimi toplanışı və s üçün çağıra bilərmi? çox xahiş edirem bu suallarımızı cavablandırın maariflənməyimiz üçün bu sualimiza cavab verməyinizi sizdən xahiş edirəm və ayrıca bu cür imkan da verdiyiniz üçün derin teşekkürümü bildirirem size çox sağolun.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu Qanuna əsasən: 45.3. Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər. 45.4. Fövqəladə vəziyyət şəraitində hərbi vəzifəlilər fövqəladə hadisələrin qarşısının alınmasında və ya nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə 3 ayadək müddətə xüsusi toplanışlara çağırıla bilərlər. 45.5. Toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirilir. Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
ezel bayramov Soruşur Yazılma Tarixi:20.11.2015 00:15:10

salam menim 40 yasim var ve sentyabr ayindan yasamal herbi komissarligindan paviska gelib ki herbi komissarliga yaxinlawin ve getmiwem mobil nomremi, elave bir dene de nomre aldilar elave olaraq da muayine ve s. da oldu .Bilmek isteyirem ki, bu ne sebebledir menim herbi komissarliga cagrilib telefon nonremi alib elave de basqa bir nomre istediler ve herbi muayine ve s. bu ne sebebele edilir?Xahis esirem sualimi cavabsiz qoymayin

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Xidmətin elektron ünvanına göndərdiyiniz müraciətdə, barənizdə ətraflı məlumat qeyd etmədiyiniz üçün (atanızın adı, təvəllüdünüz, ehtiyatda rütbəniz) Xidmətin Yasamal rayon idarəsinə hansı səbəbdən çağırılmağınızın araşdırılması mümkün deyil. 
Taleh Hüseyinzade Soruşur Yazılma Tarixi:20.11.2015 00:04:23

Salam mən Hüseyinzadə Taleh Aqif oğlu Fevral ayinin 20-si 18 yaşim tamam oldu və Hərbi xidmətə cağirildim.Həkim kamisiyasindan keçəndə səhətimdə xəsdəlik aşkar olundu ve 7.11.2015 ile qeder cağirişdan möhlət hüququ verildi.Hal-hazirda sağlamam ve Herbi xidmete getmek isdeyirem ama mene Çağiriş vereqesi gelmiyib.Terter rayon Herbi kamisarliqa muraciet etdim dedilerki gerek senin senedlerini bize gönderelerki bizde size çağiriş vereqesi gönderek indi men hara muraciət edə bilərəmki mənə çağiriş vərəqəsi gelsin ? Ve niye gelmir axi indiye kimi?

Məlum olmuşdur ki, Siz, 01.07.2015-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Elcin vekilov Soruşur Yazılma Tarixi:19.11.2015 22:22:50

Salam. Elcin vekilov elsen oglu men sorusmaq isdeyiremki herbi xirmete getdikden sonra nece aydan sora deqiq hansi herbi hisdedde quluq edecem onu nece ayda bilek olur gedib gelenerden sorusmusam deyiler 3 ayda sora bilinir hansi herbi hisedde quluq edeceksen bu dogrudurmu .

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə cəlb edilən çağırışçıların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilir.           Nəzərinizə çatdırırıq ki, müddətli həqiqi hərbi xidmət qulluqçularının hansı hərbi hissədə xidmət keçməsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir. 
Sinan Bəyməmmədli Soruşur Yazılma Tarixi:19.11.2015 16:13:48

Salam, mən bakalavr və magistr ali təhsilini bitirmişəm və hal-hazırda fevral ayına kimi xəstəliyə görə hərbi xidmətdən möhlətim var. Soruşmaq istəyirəm ki, əgər fevral ayına kimi doktoranturaya qəbul olsam, buna görə mənə möhlət veriləcək mi? Xəstəliyim sağalıbdır.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  23.0.1-ci maddəsinə əsasən, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.           Qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə sizə hər hansı güzəşt nəzərdə tutulmamışdır.
Fərid Xəlilov Soruşur Yazılma Tarixi:19.11.2015 15:38:29

salam.men huquq fakultesini bitirmisem.herbi xidmetimide bu il oktyabr ayinda DSX da basa vurmusam.SHÇDX de ise qebul olmaq isteyirem.vakansiya yerleri yada her hansi bir imtahan kecirilirmi,

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Hüseynov Şahmar Şamxal oğlu Soruşur Yazılma Tarixi:19.11.2015 13:11:42

mənim oğlum 2015- ci ildə Gürcüstan Dövlət Texniki Universitetinin bakalavr təhsil proqramının birinci kursunda əyani oxuyur bu barədə həmin universitetdən oxuduğu barədə arayış almışam lakin onu rayon hərbi komisarlığı qəbul etmir ki arayışa səfirlik möhür vurmalıdır bu nə dərəcədə doğrudur və mənim oğlum hərbi xidmətə çağırışda möhlət hüququ varmı oxuduğu üçün

Sizin oğlunuzun qəbul olduğu ali təhsil müəssisəsindən aldığı arayışı tərcümə etdirərək (notarial qaydada təsdiq edilməklə) qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyi tövsiyə olunur.    
    Nəzərinizə çatdırırıq ki, gələcəkdə təhsilini davam etdirmək üçün çağırışdan möhlət
verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və ya bölmələrinə təhsillərini davam etdirmələri haqqında arayış təqdim etməlidirlər.
Cədvəldə sətir sayı :14897