Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Camalli elyar Soruşur Yazılma Tarixi:15.11.2015 17:04:05

Men camalli elyar bextiyar oglu 1994 cu ilde anadan olmusam. Men muraciet elemek istiyirem ki men 04.01 2015 de herbini bitirmisem. İstiyirem ki herbiye maxi kimi qayitmaq istiyirem. Bunun ucun ne senetler lazimdi. Xahis edirem bu barede oyrenin mene xeber gondere bilersiz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Vüqar Nəsirov Soruşur Yazılma Tarixi:15.11.2015 15:14:05

Salam.Mənim ali iqtisadi təhsilim var və hərbi xidmətdə olmuşam.Zabit olmaq üçün nə etməliyəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
isazade ismet Soruşur Yazılma Tarixi:15.11.2015 14:51:53

N sayli herbi hissede xidmet etmek isdeyirem ne senedleri lazimdi komek edin.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı hərbi hissədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
yegane eliyeva Soruşur Yazılma Tarixi:15.11.2015 14:36:01

and icme merasimi saat neceye kimi olur?and icdikden sonra esgerleri o gunun sonuna qeder azad buraxirlar?yeni ki aileleriyle neceye qeder goruwub geri gedirler?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların hərbi andı qəbuletmə vaxtı onların təyin edildikləri qoşun növünün komandanlığı tərəfindən müəyyənləşdirilir.
Rahim Mirzeyev Soruşur Yazılma Tarixi:15.11.2015 14:31:10

salam men bilmek iteyiremki muddetden artiq herbi qulluqcular xidmet etdikleri herbi hisseni deyisib on cephedeki herbi hiselerde xidmet ede bilermi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Elvin Mustafayev Soruşur Yazılma Tarixi:15.11.2015 13:58:52

SALAM MEN 2016 IYULDA HERBI XIDMETE DUSUREM MEN SIVYAZ RABITE KURSU OXUYA BILEREM ?

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə mütəxəssislər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il üçün xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair verilmiş Sərəncamında rabitəçi ixtisası üzrə mütəxəssislərin hazırlığı nəzərdə tutulmamışdır. Bununla əlaqədar növbəti ildə bu ixtisas üzrə kursların təşkili planlaşdırılmamışdır.
Namazade vuqar Soruşur Yazılma Tarixi:15.11.2015 10:54:15

Namazade vuqar 1997 bakı seherı suraxanı rayonu zıg qesebesi ev 47 unvanda yaşayan vuqar fayiq oglu herbı xıdmete cagrısı varmı

Bildiririk ki, sizin təcili olaraq Xidmətin Suraxanı rayon idarəsinin çağırış komissiyasına müraciət etməyiniz tövsiyə olunur.
rasim allahverdiyev Soruşur Yazılma Tarixi:14.11.2015 23:47:10

salam menim qardasim yanvarda esger getmelidi ama onun ureyinde qusuru var sol dos qefesi qabariqdi ve usaqliqda raxit xesteliyi kecirib rematizmasi var ve ayaqi duzdu bilmek isteyirem herbi xidmete yararlidi ya yox.

Qardaşınız qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
elvin huseynov Soruşur Yazılma Tarixi:14.11.2015 21:48:55

Salam .Mən H.Elvin 24 yasım var . Bilmək istəyərdim ki, mədəmdə ki problemlə bağlı hərbidə olmamışam(maddə 58b).Biletimdə sulh dövrü yarasız müharibə dövrü yararlı hesab edilib. hərbidə hərbi quluqcu kimi işləyə bilərəm.bunun üçün hara müraciət etməliyəm? Əvvəlcədən təşəkkürlər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Çağırışçılar üçün – bu Qanunun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar. Hərbi vəzifəlilər üçün – bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Qeyd olunanlara və mövcud qanunvericiliyin tələblərinə əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan vətəndaşlar həqiqi hərbi xidmətə qəbul edilirlər.
Ruslan Haciyev Soruşur Yazılma Tarixi:14.11.2015 20:22:13

Salam. MAXE xidmete uyqunsuzluq kimi herbiden cixardanin dovler ishinde ishdiye bilermi? ve yaxud herbiye tezden qayida bilermi ?

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Belə ki, mövcud qanunvericilikdə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları nəzərdə tutulmamışdır. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək və ya işləmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897