Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məhəmməd Rəhimov Soruşur Yazılma Tarixi:12.11.2015 16:10:17

Mənim 18 yasim 20.01.2016 tarixində bitir. hal hazırda LDHK 9 illik bazadan 1 kurs tələbəsiyem mən 21.01.2016 tarixində həqiqi hərbi xidmətə çağırılmisam . 9 illik bazadan qebul olunanlar həqiqi hərbi xidmətə tehsil müddəti bitdikdən sonra cagrilir ola bilər ki men muəyyən muddete mohlet hüququndan istifadə edib təhsilimi davam etdirim

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.
Orxan ehedov Soruşur Yazılma Tarixi:12.11.2015 16:05:53

Salam, Men Ehedov Orxan Elxan oglu 1998.01.31 ci ilde baki seherinde anad olmusam, size sualim odur ki men 2016 ci il yanvar cagirinda konullu olaraq gede bilerem? bele aprel cagrisina dusurem ama yanvarin 31 ad gunumdur 18 tamam olur yaraliyam herbi ag biletimde var

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq 2016-cı ilin yanvar ayının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş kişi cinsli vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.         Eyni zamanda bildiririk ki, siz 2016-cı ilin aprel çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəksiniz.
Ruzi Cəlilov Soruşur Yazılma Tarixi:12.11.2015 15:02:34

Salam.Mən ali təhsili 2008-2012 ildə bitirmişəm.2012-2013-cü illərdə hərbi xidmətdə olmuşam.Mən zabit kimi qulluq etmək istəyirəm. Bunun üçün hansı mərhələləri keçməliyəm.Zəhmət olmazsa mənə bu haqda məlumat verəsiniz. Təşəkkür edirəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Amid Hesimov Soruşur Yazılma Tarixi:11.11.2015 23:10:56

Salam. Men universtetden 4 cu kurs kesrim oldugu ucun mezun ola bilmedim , Universtetden mezun oldugdan sonra yanvarda esger gedecem ,bilmey isteyrem yanvar ayinda gedende leytanantligi oxuya bileremmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Erani Babayev Soruşur Yazılma Tarixi:11.11.2015 22:49:40

Salam.men tibb kollecini bitirmiwem.serhed qowunlarina sened vermiwem 1 ilden coxdu hekim kamisiyadan 7 aydi kecmiwem.ve helede cagirmirlar.hara muraciet edim ne edim bilmirem .b haqa meni melumatlandira bilersiz?

Qeyd etdiyiniz məsələ ilə bağlı DSX-yə müraciət etməyiniz tövsiyə olunur. 
anar ismayilov Soruşur Yazılma Tarixi:11.11.2015 20:57:33

Men 13.10.2015 ayın 13 oktyabrda herbi hosbitala gedmişem helemde cavablar gelmiyib niye gec gelir cavab

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Orxan Soruşur Yazılma Tarixi:11.11.2015 20:31:56

Mənim məhdud yararlı hərbi biletim var. Mən hərbidə qulluq edə bilərəmmi? Bu biletlə hərbidə qulluq etməyin istisna halları qanunla varmı?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
Nurlan Alxasov Soruşur Yazılma Tarixi:11.11.2015 20:31:18

Salam. Men Alxasov Nurlan Tehmez oglu İyul ayinda SHXCDX-de zabitliye qebul olmaq ucun imtahan verdim ve qebul ola bilmedim. bilmek isteyrem yeniden ikinci defe xidmete qebul olmaq ucun sened vermek olur? xais edirem bu barede melumat veresiniz.

Bildiririk ki, 28.07.2015-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Vusal Hashimov Soruşur Yazılma Tarixi:11.11.2015 17:10:41

Salam adım Həşimov Vüsal Adəm oğlu. 1987 noyabr 15 anadan olmuşam. Sumqayıt şəhər idarəsində uçotdayam. bu il möhlet hüququm bitib. lakin nüvbeti yoxlanışa və ya möhlət almaq üçün cağırılmamışam. səbəb nə ola bilər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Odur ki, təkrar tibbi müayinədən keçməyiniz üçün hərbi biletinizlə Xidmətin Sumqayıt şəhər idarəsinə müraciət edin.
Xatem səmədov Soruşur Yazılma Tarixi:11.11.2015 14:16:11

Mən 1998ci ildə anadan olmuşam 18 yanvar hərbiyə haçan çağrılacam

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2.1 bəndinə uyğun olaraq, müddətli həqqiqi hərbi xidmətə Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.  Bildiririk ki, çağırış günü üçün 18 yaşı tamam olmuş və heç bir möhlət hüququna malik olmayan vətəndaşlar qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.  
Cədvəldə sətir sayı :14897