Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Taleh Veliyev Soruşur Yazılma Tarixi:06.11.2015 11:23:21

Salam.Seferberlik olarsa eger yaw heddi nece olar ve 3 uwaq varsa yaw heddini deyerdiniz zehmet olmasa

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü  maddəsinə əsasən  Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək ehtiyatda olurlar:  
Hərbi vəzifəlilərin heyəti Ehtiyatda olmanın son yaş hədləri birinci dərəcə ikinci dərəcə üçüncü dərəcə əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş 45 yaş 50 yaş kiçik zabitlər 50 yaş - 55 yaş baş zabitlər: mayor və polkovnik-leytenantlar 50 yaş - 55 yaş polkovniklər 55 yaş - 60 yaş ali zabitlər 60 yaş - 65 yaş
   Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün – 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün – 45 yaşdır.           “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən:             -Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar;   
           -Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində işləmək üçün göndərilə bilərlər.
           
Sualın ikinci  hissəsinə cavab: 
        
    “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”
Azərbaycan Respublikasının Qanununun 15-ci  maddəsinə əsasən  Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət aşağıdakı vətəndaşlara verilir:
-  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə; - səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə altı ay müddətinədək;  - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalı vətəndaşlara
Imamverdiev Elsen Elmar oglu Soruşur Yazılma Tarixi:06.11.2015 01:40:19

Salam bagislayin Bagislayin narahat edirem. Menim sualim bundan ibaretdi.Menim bibim oglu Sabanov Kenan Vahid Oglu 02.10.2015 tarixinde herbi xidmete yola saldiq ancaq valideyinlerinin xeberi yoxdu ki Sabanov Kenan Vahid oglu hal hazirda harada herbi xidmetdedi

Bildiririk ki, bibiniz oğlu Şabanov Kənan Vahid oğlu Xidmətin Gədəbəy rayon şöbəsi tərəfindən 2015-ci ilin oktyabr çağırışına cəlb edilərək, həqiqi hərbi xidmət keçmək üçün sərəncamla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasına təyin edilmişdir. 
huseyn Soruşur Yazılma Tarixi:05.11.2015 23:53:32

salam.zehmet olmasa bilmek isderdim.imtahan nevaxt kecirilecek novbeti ayda?ehtiyatda olan zabitem sizin qurumda xidmet etmek isderdim.on xette zabit olmusam hal hazirda ehtiyatdayam.sumqayit seherinde vakant yer var? ora qebul olmag olar?

Müraciətinizlə əlaqədar nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır, müsabiqəyə (test imtahanına) dəvət olunma növbəli qaydada həyata keçirilir.
Mirmöhsün Səmədov Soruşur Yazılma Tarixi:05.11.2015 23:32:42

Salam. 1998-ci ildə anadan olmuşam və yanvar ayının 31 in dənəm. Ancaq Hələki orta məktəbdə 11-ci sinifdə oxuyuram. Sualım budur ki Mart ayında inşallah qismətsə Türkiyəyə ən uzaqı 1 həftəlik istirahətə getmək istəyirəm. Xarici pasport almaq üçün isə möhlət kağızı istiyir Asan xidmət. Mənə o kağız vericləcək? və ya xarici pasport almağımı sağlayacaq başqa bir kağız?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Kamran Hesimov Soruşur Yazılma Tarixi:05.11.2015 23:28:59

Salam men semkir rayonunda yasayiram ve burda milli ordunun korpusunda ise duzelmey isdiyirem ora ne senetler lazim olur zehmet olmasa diyerdiz.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir:
-          şəxsiyyəti təsdiq edən sənəd;
-          ərizə və ya raport;
-          şəxsən yazılmış tərcümeyi-hal;
-          xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
-          təhsil haqqında sənədin surəti;
-          doğum haqqında şəhadətnamənin surəti;
-          nikah haqqında şəhadətnamənin surəti (evli olduqda);
-          uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda);
-          4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil;
-          məhkumluğun olub-olmaması barədə arayış. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur.
Nadim Abbasov Soruşur Yazılma Tarixi:05.11.2015 22:56:54

salam men Herbi Hava quvveleri ve hava hücümden mudafie qosunlarinda müddetden artiq heqiqi herbi xidmet etmek isteyirem cox xais edirem meni melumatlandirin men senetlerimi Herbi Hava Hücümüden mudafie qosunlarnin komandanligina nece gönderim yani men unvani deyin?önceden tesekkür edirem

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Tahir Abdullayev Soruşur Yazılma Tarixi:05.11.2015 22:20:12

Səhətimdəki mövcud problemə görə, dinc vaxdı hərbi xidmətə yararsız kimi qiymətləndirilərək, hərbi xidmətə göndərilməmişəm. Hər üç ildən bir həkim komisiyasindan keçməklə dörd dəfə həkim komsiyasından keçmişəm. (28 yaşım var) mən hansı yaşa qədər hər üç ildən bir həkim komisiyasından keçməliyəm? öncədən təşəkkürlər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Elvin Quliyev Soruşur Yazılma Tarixi:05.11.2015 22:20:05

SalamMen Elvin Quliyev tovuz rayonunda anadan olmusam 13.02.1999 tevelluvem.men bilmek isdeyiremki men 10 cu sinifi bitiren kimi herbi mektebe daxil ola bilerremi bu imtahanla mumkun olacaq yoxsa nece xais edirem suali,i cavablandirasiniz.

Qeyd etdiyiniz məsələ ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etməyinizi tövsiyə edirik.
Emil Sohretli Soruşur Yazılma Tarixi:05.11.2015 21:16:49

vaenkomat hesabina suruculuk vesiqesi almaq nece olur?

Bildiririk ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlığının təşkili ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinə əsasən, 17 yaşına çatmış kişi cinsli vətəndaşlar “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə hazırlıq keçə bilərlər. Sürücü ixtisası üzrə hazırlıq kurslarına müəyyən edilmiş tələblərə cavab verən vətəndaşlar hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişi əsasında cəlb edilir və hazırlıq tədris proqramına uyğun olaraq 4 ay müddətində davam edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə təşkil edilən sürücülük kursları hazırlıq dövlət büdcəsi hesabına keçirilir və vətəndaşlar tərəfindən heç bir maliyyə vəsaiti ödənilmir. Hazırlıq kursunu bitirmiş vətəndaşlar sürücülük vəsiqəsi almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin aidiyyəti struktur bölmələrində  imtahanlara cəlb edilirlər. İmtahanlardan müvəffəqiyyətlə keçmiş vətəndaşlar BDYPİ-nin struktur bölmələrində qanunvericiliklə müəyyən edilmiş rüsumu ödəməklə sürücülük vəsiqəsi ilə təmin olunurlar. Sürücü ixtisası üzrə hazırlığa cəlb edilmənin şərtləri və hazırlıq keçirən təhsil müəssisələri barədə məlumat almaq üçün hərbi qeydiyyatda olduğunuz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz.   
Yusifov Mircavanşir Soruşur Yazılma Tarixi:05.11.2015 20:58:26

Evvala salam.Bilmek isdeyirem ki, men heqiqi herbi xidmetde olmuşam,amma bu gün herbi komissarlıqdan zeng gelib menim elaqe telefonuma ve bildiribler ki,1 heftelik herbi xidmete getmeliyem.Diyilene göre seferberlik elan olunub.bu düzdürmü?

Bildiririk ki, səfərbərlik hazırlığının yoxlanılması məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Hazırda hərbi vəzifəlilərin səfərbərlik hazırlığının yoxlanılması məqsədilə toplanışlara çağırılmaları həyata keçirilmir.
Cədvəldə sətir sayı :14897