Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ismet Soruşur Yazılma Tarixi:01.11.2015 15:19:50

Men gence dovlet universitetinin 2ci kursunda fizika muellimliyi ixtisasinda tehsil aliram bilmey isdeyiremki Ali tehsili basa vurduqdan sonra herbi xidmete edliyye nazirliyinde dovlet serhed xidmetinde ve yaxud diger qosun novlerinde leytenant kimi xidmet Ede bilerem ve hasi ixtisasla??

Bildiririk ki, Siz təhsilə görə möhlət hüququnuz bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəksiniz.   Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı ilə təyin olunacağınız qoşun növünün komandanlığına zabit kimi xidmət keçmə məsələsi ilə bağlı müraciət edə bilərsiniz.
Rzayev pervin Soruşur Yazılma Tarixi:01.11.2015 13:59:45

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətine ise qebul olmaq ucun nece muraciet edim? erize numunesi nece olmali ve hara gondermeliyem? tevellud 1987.

Müraciətinizlə əlaqədar nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
yanis efendiyev Soruşur Yazılma Tarixi:01.11.2015 11:58:30

Salam men Azerbaycan vetendashi oldugum halda, menim adimdan Miqrasyaya esgerliye getmeyime icaze olub olmamasi ile elaqeder icaze isdendi,, sebeb ise xaricde dogulmagimdir, axi menim shexsiyet, xarici passportum ve suruculuk vesiqem var, xaish ederdim bu meseleni mene aydinlashdirasiniz ne sebebden Miqrasya?

Bildiririk ki, sualınızın cavablandırılması üçün soyadınızı, adınızı, atanızın  adını, doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
Sadiq Behmenli Soruşur Yazılma Tarixi:01.11.2015 11:20:30

Salam men daha onca muraciet etmisdim demisdiniz atatin adi tevelludun qeydiyyatda oldugun yer bir de cagirildigin herbi komsarli . Menim atamin Bextiyar .Men 1997-ci il dekabrin 9-da anadan olmusam.Qeydiyyatda oldugum yer Yevlax rayon Nemerli kendi .Komsarligin adi Yevlax rayon herbi komisarligi .Amma bunu da qeyd edim menim orda soyadimi Behmenli yerine Behremli yaziblar

Bildiririk ki,  Siz 07.02.2013-cü il tarixdə Xidmətin Yevlax rayon şöbəsində ilkin hərbi qeydiyyata alınarkən “Döş qəfəsinin deformasiyası” diaqnozu ilə ET Travmatalogiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz.  Lakin İnstitutun 12.02.2013-cü il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda soyadınız “Bəhrəmli” kimi qeyd edilmişdir. Siz 2016-cı ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilərək təkrar müayinəyə göndərildikdən sonra, nəticələrə əsasən barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Veliyev Togrul Soruşur Yazılma Tarixi:01.11.2015 03:42:52

salam size sual vermiwdim ancaq cavab almaq ucun siz menden soz soruwduz. veliyev togrul nusret oglu 04.08.1997 baki seher xetai rayonu.sualivizin cavabi budur.xaiw edirem mene melumat bildirin

Bildiririk ki, Siz 2015-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Xətai rayon idarəsində tibbi şəhadətləndirilərkən zərurət yarandığı üçün tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Səhhətin müayinə aktını çağırış komissiyasına gec təqdim etdiyiniz üçün xidmətə göndərilmə məsələniz 2016-cı ilin yanvar çağırışına keçirilmişdir.
Natiq Soruşur Yazılma Tarixi:01.11.2015 00:33:42

menim 3usaqim var herbi xidmete caqirilmisam hansi senedleri duzeltmeliyem apara bilerlermi meni herbi xidmete?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Bunun üçün Siz övladlarınızın doğum haqqında şəhadətnamələrinin surətini Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə təqdim etməlisiniz. 
Elyar camalli Soruşur Yazılma Tarixi:31.10.2015 23:58:07

Salam axsaminiz xeyir sizide narahat eliyirem. Menim sualim odur ki esgerliye getmek ucun gerek 18 yas olandan sonra aparirlar. Men getmisem xaloglum gedecek ona gore sorusdum.

Bildiririk ki, 18 yaşı tamam olan və müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb edilirlər.  
Salehzade Fexriyye Soruşur Yazılma Tarixi:31.10.2015 20:02:28

salam.01.10.2015-30.10.2105 il tarixinde heqiqi herbi xidmete cagisiri olanlari ne vaxt aparacaqlar?bilmey olar zehmet olmasa??

Bildiririk ki,  vətəndaşlar həqiqi hərbi xidmətə oktyabr ayının 1-dən 30-dək qeydiyyatda olduqları idarə, şöbə və ya bölmə tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndərilirlər.
Araz Qurbanov Soruşur Yazılma Tarixi:31.10.2015 16:41:46

Salam.SHXÇDX-ə həqiqi hərbi xidmətə (işə) qəbul edilənlər öz rayonlarında işləyir,yoxsa DSX kimi hara göndərsələr orda işləməlidilər?

Nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə və eləcə də Xidmətin Bakı şəhərində yerləşən struktur bölmələrinə mülki işə qəbulla bağlı müraciətlərinə baxılması barədə qərar yalnız onlar özləri haqqında ətraflı məlumat verdikdən sonra qəbul edilir. Eyni zamanda bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar.
Semseddin Bendeliyev Soruşur Yazılma Tarixi:31.10.2015 11:10:25

Salam meni vayinkamat deyilen yere cagirdilar cagiran vaxt men mektebliydim indide mektebliyem amma orda mene dediler ki pence duzduyu var bir az ayaqinda indi men bilmek isdeyirem esgerliye yararliyam ?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897