Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Memmedov Yunus Soruşur Yazılma Tarixi:04.11.2015 17:40:34

Men Memmedov Yunus Arif oglu Suraxani rayon kamisarligi mene 3 il muddetine mohlet verib. men 2017 ci ilde tibbi komisyadan kececem ? xesteliyimle elaqedar zond udmaga cetinlik cekirem ona gore sorusdum xaiw edirem cavablandirarsiz

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Ülvin Soruşur Yazılma Tarixi:04.11.2015 15:56:19

Salam .Bununla bağlı sizə ikinci dəfədir ki bu sualı sizə ünvanlayıram. Mən belə bir sual ünvanlamışdım ki siradan kənar yaralı nə deməkdir? Yararsızlar burada xidmət keçə bilər? Cavabda isə Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər yazılmışdı, İndi mən bu vəzifələr üçün hara müraciət edim. ozum qeydiyyata olduğum komsisarlığa gedim yoxsa elektron müraciət göndərməliyəm.

Bildiririk ki, sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş çağırışçılar hava-desant qoşunları, üzən heyətlər, dəniz piyadası və xüsusi təyinatlı dəstələr istisna olmaqla digər qoşunlarda hərbi xidmət keçməyə yararlıdırlar.             Həmin çağırışçılar qeyd olunan qoşun növlərində arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə xidmətdə olduqları hərbi hissə komandanlığı tərəfindən təyin edilə bilərlər. 
Mubariz Muratli Soruşur Yazılma Tarixi:04.11.2015 15:14:47

Meni herbi quluqa caqiran vayinkamag Fuzului vayinkamati di Atamin adi Tehran Hesenov 1963 il tevelutlu

Məlum olmuşdur ki, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Fuad Sultanov Soruşur Yazılma Tarixi:04.11.2015 11:20:07

salam men herbi xidmeti 7 aydi bitirib gelmişem mulki mudafie qoşunlarıda olmuşam.indi muddetden artıq heqiqi herbi quluqçu kmi işlemek isteyirem.kime nece muraciet edim hansi senedler lazımdı?xahiş etrafli melumat verin.təşəkkürlər

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir:
-          şəxsiyyəti təsdiq edən sənəd;
-          ərizə və ya raport;
-          şəxsən yazılmış tərcümeyi-hal;
-          xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
-          təhsil haqqında sənədin surəti;
-          doğum haqqında şəhadətnamənin surəti;
-          nikah haqqında şəhadətnamənin surəti (evli olduqda);
-          uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda);
-          4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil;
-          məhkumluğun olub-olmaması barədə arayış. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Elman Mustafayev Soruşur Yazılma Tarixi:04.11.2015 01:28:43

Salam Herbi Deniz Akademiyasina Hansi senedler lazimdi ? Menim Atestatim yoxdu wadet namem var 9 cu sinifden cixmiwam qebul ola bilerem ???

Qeyd etdiyiniz məsələ ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etməyinizi tövsiyə edirik.
Elnur Verdiyev Soruşur Yazılma Tarixi:04.11.2015 00:20:10

Salam. Mən bir neçə ay bunnan öncə SHXÇDX-də imtahanda olmuşam, imtahannan keçə bilməmişəm və yenidən müraciyət etmək isdəyirəm. Mən yenidən necə sənədlərimi təqdim edə bilərəm.

Bildiririk ki, 17.04.2015-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün Sizin  yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Tagiyev Elyar Soruşur Yazılma Tarixi:03.11.2015 23:39:16

Salam her vaxtiniz xeyir men Tagiyev Elyar Mahal oglu 24.10.2015 ci il tarixinde ise qebulla bagli imtahan vermisem neticeni oyrenmek isteyirem

Müsahibəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir
Zabit Memmedov Soruşur Yazılma Tarixi:03.11.2015 22:30:35

Salam.Musabiqede istirak edib lakin yuksek netice toplamadiqi halda yeniden ise qebulla bagli muraciet etmek olarmi?Yeni İse qebul olana qeder nece defe musabiqede istirak etmek olar?

Bildiririk ki, 28.07.2015-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Alim allahverdiyev Soruşur Yazılma Tarixi:03.11.2015 21:31:10

Men 1998 ci il noyabr 1 anadan olmusam ve esgerliye ne vagt gedecem bilmek isdeyirem

Bildiririk ki, 01.11.2015-ci il tarixdə 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Namiq Museyibov Soruşur Yazılma Tarixi:03.11.2015 20:22:42

Salam men bilmək istəyrəm ki mən Daxili qoşunlar xidmetde olmasam belə daxili qoşunlara (kobra qartal şahin və s.) xususi teyinatli destelere duşə bilərəm

Bildiririk ki, çağırışçıların təyin olunduqları qoşun növünün sonradan dəyişdirilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Cədvəldə sətir sayı :14897