Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ramil Soruşur Yazılma Tarixi:31.10.2015 02:29:01

Sualım odur ki herbi kamisiya 3 il yox 2015ci ilde 5il olub?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Vusal Huseynov Soruşur Yazılma Tarixi:31.10.2015 01:44:57

men 2009-cu ilde 42cmaddesi ile herboi xidmete yararsiz hecab edilmiwem lakin 2014-cu ilde ozu kamisarliga yaxnlawb saglam oldugmu demiwem ver herbi xidmete getmek isdemiwem komisarliq meni tekrar tibii muayneden kecmek ucun Bakida Akademik Cabbarov adna kordiologiya inistituna gonderibler ve orda hekmlerin yoxlamasi neticesinde saglam cixmiwam ve herbi xidmete getmiwem ali tehsilli oldugum ucun bir ilden sonra yeni 25.07.2015-ci ilde texris olmuwam amma menim herbi biletmse meni 42c maddesi ile 3-cu mehdudyetle heebiye yararli yaziblar bu ne cur duz ola biler evveler 42c maddesi ile xesde olmuwam indi ise hemen madde ile saglama men indi polisde paqonda iwleye bilmirem niye axi.Men vetenimin dar gununde vetenmi duwmenden qorumaq duwmen tapdaqnda olan torpaqlarmizi azad etmeye haziram.xahiw edrem buna aydinliq getresiz ki menm biletim niye niqodnu saylr xesdeydmse niye heebiye getdim herbide hec vaxt xesdelenmemiwem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Adil ismayilov Soruşur Yazılma Tarixi:30.10.2015 21:42:07

Salam menim 19 yasim var men esgeliye aparmayıblar herbi biletide götürmüşem her üç ilder çağrisdlar indi meni aparma ehtimali varmi

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu Qanunun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
Orxan Həsənov Soruşur Yazılma Tarixi:30.10.2015 20:43:38

Mən Həsənov Orxan Rafiq Oğlu 24.10.15 tarixində işe qebulla bağlı imtahan vermişəm ve neticemi öyrənmək istəyirəm.

Müsahibəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Famiq Mirzeyev Soruşur Yazılma Tarixi:30.10.2015 19:39:20

Salam.Ehtiyyatda olan zabitem rutbem Leytinatdir.Men zabit kimi erizile muraciyyet etdim seferberlik xidmetine mene bildirdiler ki siz burda isleye bilmesiniz.Xestelikle texris olundugunuz ucun siz burda isleye bilmesiniz.Men bilmek isterdim mufetis kimi seferberlik xidmetinde isleye bilerem?Zehmet olmasa mene melumat veresiniz.

Bir daha nəzərinizə çatdırırıq ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Rövşən Məmmədov Soruşur Yazılma Tarixi:30.10.2015 18:01:31

Salam mən hərbi xidmətdən gəldikdən sonra hərbi biletimi itirdim. Bilmək istərdim yeni bilet almaq üçün mən neynəməliyəm və rüsumu nə qədərdir. Əvvəlcədən təşəkkürlər. Sağ olun

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən 50 manat miqdarında cərimə) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməyiniz tövsiyə olunur.
heyderov elcin Soruşur Yazılma Tarixi:30.10.2015 16:27:14

salam sualim sadece bunnan ibaretdir men muddetden artiq xidmet etmekcun ne etmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Elnur Haciyev Soruşur Yazılma Tarixi:30.10.2015 10:19:50

Salam. 2016-cı ilin mart ayının 4-ü 18 yaşım tamam olacaq. Hal-hazırda xarici dövlətdə ali təhsil alıram. Bununla əlaqəli müvafiq qanuna əsasən təhsil aldığım müddətdə möhlət əldə edəcəm. Ali təhsilimin davamı haqqındakı arayışı aprel çağırışından əvvəl təqdim edib möhlət ala bilərəmmi?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar onlara təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir. Sizə təhsilə görə möhlət verilməsi məsələsinə baxılması üçün təhsil almanız barədə arayışı 2016-cı ilin mart ayında Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etməlisiniz.
Orxan Məcidli Soruşur Yazılma Tarixi:30.10.2015 09:15:31

salam.zəhmət olmasa Nəsimi rayon şöbəsinin əlaqə nömrəsini yazardız. 0125948875 nömrəsinə zəng eetdim, belə bir nömrənin mövcud olmadığı bildirildi.

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsi, Bakı şəhəri, Bakıxanov küçəsi 21 ünvanında yerləşir. Əlaqə nömrəsi (012) 594-88-76
memmedov tural Soruşur Yazılma Tarixi:30.10.2015 03:14:48

salam cox saolunki bundan qabagki sualimi cavablandirdiniz.bir seyde bilmek isterdimki esgere namaz qilmaga icaze verilir?

Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, hərbi qulluqçuların dini əqidə azadlığına təminat verilir, dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir.
Cədvəldə sətir sayı :14897