Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvin Mustafayev Soruşur Yazılma Tarixi:07.11.2015 22:53:07

SALAM MENIM 17 YASIM VAR 2016 CI ILIN IYUL AYINDA HERBI XIDMETE DUSUREM YALNIZ ALILENIN TEK OQLUYAM MENEN BASQA EVDE USAQ YOXDUR MENI HERBI XIDMETE APARACAQLAR ??

Bildiririk ki, ailənin tək övladlarının həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Abdullayeva Çinarə Soruşur Yazılma Tarixi:07.11.2015 21:44:48

salam.Qardasimin herbi biletinde cuzi mehdudiyyetle yararsiz madde13d.a3 yazilib.bilmek isterdim hansi mehdudiyyetlere esasen yazilib bu? ve bu maddenin tam olaraq aciqlamasi nedir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il 59 №-li qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin 13-cü maddəsinin “d” bəndi (zəif qidalanma və ya II dərəcəli alimentar piylənmə)          3-cü məhdudiyyət dərəcəsi ilə “müddətli həqiqi hərbi xidmətə yararlılı” kimi təyin edilir.
Gülnar Həsənova Soruşur Yazılma Tarixi:07.11.2015 18:59:09

Mən 2014 cü ildə Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıqı müəllimi ixtisası üzrə təhsil almışam.Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti orqanlarında çalışa bilərəmmi? Bu barədə informasya verə bilərsiniz mənə?

 Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz haqqında ətraflı məlumat təqdim etdikdən sonra barənizdə müvafiq qərar qəbul oluna bilər.
Eleddin Niyazoglu Soruşur Yazılma Tarixi:07.11.2015 11:02:49

Salam.Men ali tehsilli,komputer biliyimde var,suruculuk vesiqemde var herbi xidmetide avtorotada olmusam boyum 179.Xidmete qebul olmaq isdiyirem bunun ucun ne etmeliyem?Goranboy Rayon Borsunlu kend sakiniyem.Goranboy vey

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Sənan Əsgərov Soruşur Yazılma Tarixi:07.11.2015 02:54:16

Salam mən Xocalı rayon sakini,Azərbaycan Bayrağı ordenli şəhid polis övladı Əsgərov Sənan Xəzani oğluyam.2012 ci ildə Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və gənçlərin çağrışaqədərki hazırlığı ixtisasın bitirmişəm.2012-2013 cu ildə Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçmişəm.2014 cu ildən orta məktəbdə gənçlərin çağrışaqədərki hazırlğı dərsin deyirəm.Həqiqi hərbi xidmətə qəbulla bağli Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə sənəd vermişəm imtahana dəvət olunmuşdum.Lakin keçid bali toplaya bilmədim yenidən imtahana girmək istəyirəm bununcun hara muraciət etməliyəm.Zəhmət olmazsa cavab verərdiz.Əlaqə nömrəm.051 569 32 32

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Havalayev Ranazan Soruşur Yazılma Tarixi:06.11.2015 21:46:26

Men Havalayev Ramazan Arif oglu.1993 Balaken rayonu.Ali tehsilliyem.Meni iyulda esger aparmadilar.1il mohlet vermisik dediler.Sentyabrin 28 City Hospitalda komisiyadan kecdim.Dediler cavab 15 gune biliner.Amma ustunden 1 ay 8 gun kecib xeber yoxdu.Men komisiyamin cavabini bilmek istiyirem.Mene bu meselede komeklik gosterin.Dunen de yazmisam size.Hele cavab gelmiyib.

Məlum olmuşdur ki, Siz, nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Quliyev Şahmar Soruşur Yazılma Tarixi:06.11.2015 19:33:43

salam men ata ana xeste oldugu ucun mohletli cagrisciyam menim herbi biletim yoxdur men Daxili İsler Nazirliyine Post patrol kimi ise gire bilerem zehmet olmasa bunun haqda melumat verediz

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməlisiniz.
Ülvin Hüseynov Soruşur Yazılma Tarixi:06.11.2015 18:45:48

Salam .Sualıma cavab gozləyirəm çox xahiş edirəm cavab verəsiniz.(Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər). Bu işlə bağlı hara müraciət edim?? Öz qeydiyyatda olduğum komissarlığa müraciət edim yoxsa elekton müraciət göndərməliyəm.

Sizin qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (şöbəsinə, bölməsinə) müraciət etməyiniz məqsədəuyğundur.
Babək Salehov Soruşur Yazılma Tarixi:06.11.2015 17:48:39

SHXÇDX ə xidmətə qəbulla əlaqədar ikinci dəfə yenidən sənət vermək olar?ikinci dəfə imtahanda iştirak etmək olar?

Bir daha nəzərinizə çatdırırıq ki, 24.10.2015-ci il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Ceyhun Mirzeyev Soruşur Yazılma Tarixi:06.11.2015 14:40:28

Mən 2000-ci ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək DİN Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olmuşam. Hərbi xidmətdə təşkilati səfərbərlik və kadr işi üzrə çalışmışam. Hərbi rütbəm baş leytenant. Xidməti uygunsuzluga görə ehtiyata buraxılmışam. Yenidən hərbi xidmətə qayıtmaq isteyirem. Hansı köməklik ede bilersiniz.

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Belə ki, mövcud qanunvericilikdə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları nəzərdə tutulmamışdır. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897