Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
cavid ıslamzade Soruşur Yazılma Tarixi:17.11.2015 21:19:06

Mən 2013 ilin iyul ayında hərbi xidmətə çağırılıb hərbi xidmətə getdim hərbi xidmətdə tkm vəzifəsində xidmət etmişəm 2015 ci ilin yanvar ayında təxris olmuşam indi hərbi xidmətə düzəlmək istəyirəm bunun üçün xaiş edirəm mənə kömək edəsiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Xəlil Kazımov Soruşur Yazılma Tarixi:17.11.2015 20:40:18

Salam.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə mülki işçi kimi qəbul olmaq üçün hansı sənədlər lazımdır?Hansı vəzifələr üzrə vakansiya var?

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
hesenov ramil Soruşur Yazılma Tarixi:17.11.2015 04:35:53

salam baki islam universitetini bitiren telebelere herbi hisseye gedende 3aydan sonra nikadir leytinant olmaq teklif edirler??

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Ağayev Mirilkin Soruşur Yazılma Tarixi:17.11.2015 03:37:13

Salam, bilmək istərdim hansi aylarda çağırış olur, və Hərbi Hava Qüvvələrində xidmət edə bilərəm?

Bildiririk ki, Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir.  Eyni zamanda bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Nəzərinizə çatdırırıq ki, müddətli həqiqi hərbi xidmət qulluqçularının hansı hərbi hissədə xidmət keçməsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir. 
Melikova Elvira Soruşur Yazılma Tarixi:16.11.2015 15:35:07

Menim 2 oglum var.Boyuk oglum Texniki Universitetin 4-cu kurs telebesidir.Kicik oglum mektebi bu il qurtarib 2si de 2016 ci ilin iyulunda herbi xidmete getmelidir. Bilmek isterdim ki, onlar ayri-ayri herbi hisselerde xidmet edecekler,yoxsa eyni herbi hissede? Amma nezerinize catdirim ki,bir evde yasasalar da muxtelif unvanlarda qeydiyyatdadirlar.

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarlarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün eyni hərbi hissəyə göndərilirlər.         
Orxan Ehedov Soruşur Yazılma Tarixi:16.11.2015 12:06:11

Salam. Men Ehedov Orxan Elxan oglu 31.01.1998 ci ilde anadan olmusam, ve ve konullu olaraq yanvar ayinda xidmete getmek isteyirem .aprele dusurem eslinde 1.30 kimidi cagris ama men konullu olaraq yanvarda gede bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq, yanvar ayının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş kişi cinsli vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.        Eyni zamanda bildiririk ki, siz qanunvericiliyin tələblərinə uyğun olaraq, 2016-cı ilin aprel çağırışına cəlb ediləcəksiniz.
Nicat Babayev Soruşur Yazılma Tarixi:16.11.2015 05:29:46

Salam Men Babayev Nicat Ilgar Oglu 26.06.1997 herbi xidmete yararsiz sayilmiwam iyul privizinde ...ama helede herbi bilet verilmeyib ne vaxt verilecek ?

Bildiririk ki, rayon və ya şəhər çağırış komissiyasının qərarı ilə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən) “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş çağırışçılar, barələrində qəbul edilmiş qərar təsdiq edilməsi üçün şəxsi işləri ilə birlikdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilirlər. Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasının müvafiq qərarı ilə çağırışçıların hərbi xidmətə yararlılıq kateqoriyası təyin edildikdən sonra şəxsi işləri aidiyyəti üzrə Xidmətin yerli idarə, şöbə və bölməsinə geri qaytarılır. Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Bu Qanunun 28.6-cı maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Odur ki, şəxsiyyətinizi təsdiq edən sənədlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin  yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
ILQAR MURSELOV Soruşur Yazılma Tarixi:15.11.2015 23:33:08

SALAM 26 YASIM VAR KULLU HERBI XIDMETE GETMEK ISTIYIREM ONU BILMEK ISTIYIREM KI QEBUL HACANDI

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Ramel Huseynli Soruşur Yazılma Tarixi:15.11.2015 22:43:43

Salam.Əvvala sizə bu çoxluqda sualları cavabsiz qoymadığınız üçün Təşəkkür edirik. Mən Üzeyir Hacıbəyov ad.Bakı Musiqi Akademiyasının(vokal-solo oxuma) 4cü kurs tələbəsiyəm.Hərbi Orkestrin solistiyəm. MƏZUN olanda Həqiqi Hərbi xidmətdə ZABİT kimi(leytenant.Ali təhsil) xidmət edə bilərəm???

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
AYXAN ƏMİRXANLİ Soruşur Yazılma Tarixi:15.11.2015 18:13:25

Salam esgerin yaşadiği yer ile herbi hisenin mesafe ferqi neçe km olmalidirş.

Bildiririk ki, çağırışçılar həqiqi hərbi xidmət keçmək üçün təyin edildikləri qoşun növlərində əks ərazi prinsipi nəzərə alınmaqla  hərbi hissələrə təyin olunurlar.
Cədvəldə sətir sayı :14897