Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mehemmed Rustemov Soruşur Yazılma Tarixi:22.11.2015 16:11:15

Men 15 yasinda könüllü sekilde esger getmek isteyirem xahis edirem mene komek edesiniz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, 18 yaşı tamam olmuş və heç bir möhlət hüququna malik olmayan vətəndaşlar qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar. Odur ki, qeyd etdiyiniz məsələ müvafiq qanunvericilikdə öz əksini tapmamışdır. 
Sultanov Rovshen Elbrus Soruşur Yazılma Tarixi:22.11.2015 13:55:33

Salam Herbiye ishe duzelmek ucun hara ve kime muraciyyet ede bilerem. onceden teshekkur edirem

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətindədir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək və ya işləmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Ibrahimov Ferid Soruşur Yazılma Tarixi:22.11.2015 12:44:03

Salam menim 21 yashim var. 04.01.2014 cu ilde herbi xidmeti Fexri Fermanla bitirmisem. Tam orta tehsilliyem, gizir kimi Mudafie Nazirliyi Beyleqan korpusunda xidmet etmek isteyirem. Men indi Bakiya MN aparatina getmeliyem yoxsa Beyleqan korpusuna? .birde attestla birbasa gizir kimi basayacam xidmete ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Nəzərinizə çatdırırıq ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Rahil Eliyev Soruşur Yazılma Tarixi:21.11.2015 23:46:55

Salam.bilmey isterdim ali tehsil diplomum var leytinant getmey istiyrem eskerliye bu nece yasa kimi mumkundu ? Zehmet olmasa cavablandirardz

Qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur. 
QAFAROVA KAMILA Soruşur Yazılma Tarixi:21.11.2015 23:39:36

Salam.Oqlum 1997 il tevelud,Rossiyada yawayir,Azerbaycan vetendawi.Oxuyur,2 kurs telebesi.Azerbaycan,Lenkeran r-on,herbi xidmete caqirilib.Muveqqeti herbi xidmetden azad edilmesine aid dokument gyondermek isteyirik.Zehmet olmassa elektron adres,ve yaxud faks,adresi yazasiz.

Bildiririk ki, təhsilə görə möhlət rayon çağırış komissiyası tərəfindən təhsil müəssisələrinin verdiyi arayış (forma 10) əsasında çağırışçının çağırış komissiyasında şəxsən iştirakı ilə tibbi şəhadətləndirmə keçirilmədən verilir.   
Reman Quliyev Soruşur Yazılma Tarixi:21.11.2015 14:31:48

Men Quliyev Reman Elman oglu men primayiya kecirdmisem 2 ilden yuxari dirki malice iyne derman almiram sagalmisam esger getmek isteyirem ama meni esger aparmirlar niye gore tam saglamam sizden yais edirem ki men esger getmek isteyirem mene yararsir herbi bilet veribler isdediyiniz Xestexanada gedib kece bilerem cunki men esger getmek isteyirem Hal hazirda 21 yasim var menim Azerbaycanimizin herbir bolgesinde esgerlik cekmek menim ucun bir serefdir xais edirem bir cavab yazasiniz.

Nəzərinizə çatdırıram ki, Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” sayılan vətəndaşların təkrar şəhadətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür. Bununla belə, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi xidmətə münasibətinə dair bütün məlumat və dəyişikliklər hərbi biletin xüsusi qeydlər bölməsində öz əksini tapmalıdır.
Ramiq Əsgərov Soruşur Yazılma Tarixi:21.11.2015 11:32:22

Salam mən Əsgərov Ramiq Raqif oglu 01.06.1987. 20.04.2013 Herbiden leytenant rütbesi ile ehtiyyata buraxılmışam ,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə nece düzələ bilərəm,

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
samir orucov Soruşur Yazılma Tarixi:21.11.2015 00:00:30

Men Orucov Samir Saleh oglu 01.10.1990 ci ilde Baki seherinde anadan olmusam. 18 yasim tamam olan zaman sehhetimde nasazliq yaranib ve qeydiyyatda oldugum Nerimanov rayon herbi komisarligi 15.04 2009 cu ilde HHK-si terefinden xestelikler cedvelinin l qrafasinin 15 a maddesine esasen(AR NK- nin 14. 03. 2008 tarixli 123 Nomreli qerari) herbi ucotdan cixarilmaqla herbi xidmete yararsiz hesab edilib. Mualice almisam. Hal hazirda tam saglamam. Tibbi ekspertizaninda musbet reyi var. Onuda qeyd edimki Memarliq ve Insaat kollecinin 3 kurs telebesiyem. Berber fealiyyeti gosterirem. Yeniden herbi ekspertizanin hekimlerinden kecib heqiqi herbi xidmete yollanmagim ucun mene komeklik gosteresiniz.

Nəzərinizə çatdırıram ki, Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” sayılan vətəndaşların təkrar şəhadətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Sail Nesibov Soruşur Yazılma Tarixi:20.11.2015 22:48:17

Salam. Men 1986 ci il tevvelludluyem, 2004-2008 ci illerde Mingecevir Politexnik Institutunda Muhendis iqtisadiyyati ve idare etme fakultesini bitirmisem.2008-2009 cu illerde herbi xidmet kecmisem. Ozel sirketde muhasib kimi islemisem. Hal hazirda herbi xidmetde Zabit kimi isleye bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
samir balacayev Soruşur Yazılma Tarixi:20.11.2015 18:25:28

salam sualim belediki menim qan azligi catismazligim var umumilikde anemia xesteliyini dasiyiram ve eseb xestesiyem tovuz rayon vaykomatina her bir lazim olan senedi vermisem meni esger aparmadilar nede vayenni bilet vermedilerki gedim xarice mualice ucun 3 ildirki meni get gele saldilar bunun sebebini bilmek isteyirem

Bildiririk ki, Siz Xidmətin Tovuz rayon şöbəsinin hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilərək “dəmir defisit anemiya” diaqnozu ilə ET Hematologiya və Transfiziologiya İnstitutuna tibbi müayinəyə göndərilmisiniz. Müayinənin nəticəsinə uyğun olaraq barənizdə rayon çağırış komissiyasında 2016-cı ilin yanvar çağırışı zamanı qanunvericiliyə müvafiq qərar qəbul ediləcəkdir. 
Cədvəldə sətir sayı :14897