Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Boran Əliyev Soruşur Yazılma Tarixi:26.11.2015 11:53:09

Salam mən Əliyev Boran Mahir oğlu 11.11.1993 doğumluyam Ağstafa rayon qeydiyyatındayam 2011-2015 ci illərdə AzTu da oxumuşam. 01.07.2015 tarixində hərbi xidmətə çağırıldım həkimlərdən keçdim və sağ böyrəkdə 9mm daş aşkar olundu buna görədə mənə 3 illik hərbi bilet verildi indi mən hərbi xidmətə necə gedim getmək istəyirəm.

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə təqdim edildiyi halda mümkündür.
Adullayev Zameddin Soruşur Yazılma Tarixi:26.11.2015 11:52:12

Salam bağışdıyın sizi narahat edirəm mən sualım budur.Mən hərbi xidmətimi Qazağ rayonuda ki,707 saylı hərbi hissədə qulluğ eləmişəm.İndi isdiyirəm həmin hərbi hissədə müdətdən artığ qulluğ eləmək isdiyirəm. İndi mən nece eliyim mənim sualım budur. Əgər yazimda sehv varsa üzür isdiyirəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Hesenov Elcin Soruşur Yazılma Tarixi:26.11.2015 11:46:11

Salam. Herbi Akademiyani bitirenler teyinatla gonderilir herbi hisselere. Bes maxe kimi gedenlerde nazirliyin teyinati ile gonderilir? Ve ya hansi herbi hissede bow yer ora muraciet etmekle iwe qebul olmaq olar?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Cavid eliyev Soruşur Yazılma Tarixi:25.11.2015 22:40:20

salam menim dostum iyul ayinda herbi xidmete cagirilib. Ve sonra herbi xidmeti bitdikden sonra qalib oxumag ve leytenant vezifesinde calismag isteyir. Ali tehsillidir. Bunun ucun kime ve nevaxt muraciet etmelidir? Ve xidmetinin hansi aylarinda? Zehmet olmasa etrafli cavablandirardiz sualimi. Indiden tesekkurumu bildirirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyi hərbi hissənin komandanlığına müraciət edilməlidir.
Qurbanov tehran Soruşur Yazılma Tarixi:25.11.2015 22:17:39

salam men bilmek isdeyirem ki men herbi xidmete yaralsizam amma konullu getmek isdeyirem bu mumkundumu

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.        
      Məlumat üçün bildirirəm ki, Siz təkrar tibbi müayinənin nəticəsindən asılı olaraq, hərbi xidmətə yararlı olduğunuz təqdirdə müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Agaselim Yaxşıbəyov Soruşur Yazılma Tarixi:25.11.2015 20:57:49

men yanvar cagirişında herbi xidmete getmeliyem.xarici passportum var men olkeden 10 gunluyune cixa bilerem?? Serhedde problem yaranmaz ki,?

Bildiririk ki, sizin 2016-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar tibbi şəhadətləndirilməyə dəvət ediləcəyinizi nəzərə alaraq, Respublika ərazisini tərk etməməyiniz məqsədəmüvafiq hesab edilir.
Elnur Mirzeyev Soruşur Yazılma Tarixi:25.11.2015 20:16:10

Salam 10 gun bunnan qabaq ixtisasima gore ixtisara duwmuwem herbi biletimde her hansi madde yazila bilermi?

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil.
Nəsibov Sail Soruşur Yazılma Tarixi:25.11.2015 19:51:07

Salam Men 29.01.1986 ci il təvvəlüdlüyem. 2004-2008 ci illerde Mingəçevir Politexnik İnstitutunda Muhendis iqtisadiyyati ve idare etme fakültəsini bitirmisəm. 2008-2009 cu illərdə hərbi xidmətdə olmusam. Sualim belədir. Men herbi zabit kimi isleye bilərəm? Zehmet olmasa cavablandirasiz. Tesekkur edirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Famiq Mirzeyev Soruşur Yazılma Tarixi:25.11.2015 18:55:06

Salam men bilmek isteyiremki Seferberlik xidmetinin reisi General-Leytenant Arzu Rehimov Lenkeran rayonunda vetendaslari ne vaxt qebul edecek?

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz müraciətə baxılmışdır.         
     Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən 18 iyun 2015-ci il tarixdə  Lənkəran rayonunda  vətəndaşların qəbulu keçirilmişdir. Növbəti ildə Lənkəran rayonundan olan vətəndaşların qəbulunun keçiriləcəyi vaxtı mütəmadi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron saytını (www.seferberlik.gov.az) nəzarətdə saxlamaqla dəqiqləşdirə bilərsiniz.
Vüqar Əliyev Soruşur Yazılma Tarixi:25.11.2015 02:55:00

Salam.Xahiş edirəm sualıma ətraflı cavab verəsiniz.Mən Hərbi Dəniz Qüvvələrində müddətdənartıq xidmət etmək istəyirəm.Bunun üçün hara müraciət etməliyəm?Birdə ki mən quru qoşunlarında xidmət etmişəm,bu halda Hərbi Dəniz Qüvvələrində müddətdənartıq xidmət etməyim mümkündür?Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya HDQ-nin komandanlığına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897