Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Gunesov Xamis Soruşur Yazılma Tarixi:30.11.2015 23:56:01

Salam.menim 24 yasim var.boyum180sm.cekim 63kq. Qaradagda yasayiram..aileliyem.Agdamda xidmetde olmusam sengerde.xidmeti xesiyetname ile ferqlenmisem...men senedlerimle birlikde hara muraciet ede bilerem...zehmet olmasa cavablandirardiniz.onceden minnetdaram

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil.
ilqar şukurzada Soruşur Yazılma Tarixi:30.11.2015 18:50:55

Salam gizir olmaq isdiyirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Eli Nesirli Soruşur Yazılma Tarixi:30.11.2015 17:56:11

Salam.oyrenmek isterdim men universiteti(aviasiya) bu il-2016ci ilde bitirecem cagiris ne vaxt olacaq?ya men ozum muraciet etmeliyem.saglamliq durumu her sey qaydasindadi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Oruc Oruclu Soruşur Yazılma Tarixi:30.11.2015 17:30:23

Salam men bilmek isderdimki esgerler mezuniyyete necenci ayinda buraxilir

Bildirilir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq 1 il 6 ay həqiqi hərbi xidmət keçməli olan hərbi qulluqçular 1 il xidmət etdikdən sonra növbəti məzuniyyətə buraxılırlar.             
Elnur hesenov Soruşur Yazılma Tarixi:30.11.2015 17:02:45

Men daxili qowunlarda mutdetden artq xidmet elemiwem soradan cxmwam indi mili orduda iwlemey iseyirem men hara muracet edim

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya müvafiq hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Mahmud Şükürov Soruşur Yazılma Tarixi:30.11.2015 13:37:31

əvəla salam mən esgərliyimi dsx-de eləmisəm. indidə ora sənəd vermək istətirəm, qəbula hazielaşıram ora sənəd vermə nə vaxt başlıyır. xahiş cavab yazın

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Mahmud Həməşəyev Soruşur Yazılma Tarixi:30.11.2015 12:24:26

Salam mən oktyabr ın 24ü sizin xidmətə imtahan vermişəm ama keçə bilməmişəm, təzədən nə vaxt imtahanda ola bilərəm və bunun üçün nə edə bilərəm? öncədən təşəkkürlər

Bir daha nəzərinizə çatdırırıq ki, 24.10.2015-ci il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Suleyman Sadixov Soruşur Yazılma Tarixi:29.11.2015 20:50:53

Salam. May ayin axirinda 2013 mende olmusdu komissia, dusdum negodniy. Avgust 29 2013 ilde mene verdiler herbi bilet. Indi her 3 il birdefe 35 yasina geder men gelmeliyam. 2016 ci ilde men hacan gelmeliyam mayda yada avgusta?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Nəzərinizə çatdırırıq ki, Çağırış Komissiyası və ya Hərbi-Həkim Komissiyası tərəfindən qəbul edilən qərarın tarixinə əsasən ehtiyata olan vətəndaşların (hərbi vəzifəlilərin) təkrar tibbi müayinə vaxtı müəyyən olunur. 
Mustafayev QİSMƏT Soruşur Yazılma Tarixi:29.11.2015 19:41:28

Salam. Mənim yaşım 05.11.2015 tamam olub amma çağırış gəlməyib bilmək istəyərdim çağırış nə vaxt gələcək.

Bildirilir ki, çağırış günü üçün 18 yaşı tamam olmuş və heç bir möhlət hüququna malik olmayan vətəndaşlar qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Ervin Rommel Soruşur Yazılma Tarixi:29.11.2015 18:37:47

Deməli belə,desəm ki,hərbi xidmətə getmək istəmirəm və səbəbini açıqlasam bilirəm ki,haqlıyam.O,zaman mən hərbi xidmətə yararsız hesab edilirəm(get bizə belə əsgər lazım deyil deyəcəklər?) inkişaf etmiş dövlətlərdəki kimi,yoxsa ARCM-nin 321.2-ci maddəsi ilə cinayət işi başladacaqlar inkişaf etməmiş dövlətlərdəki kimi?

Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur.     
         “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidirlər.
Cədvəldə sətir sayı :14897