Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Qasimiv Elnur Soruşur Yazılma Tarixi:04.12.2015 14:26:37

Salam.Evin tek övladi ve atasi rehmete getmiw oglan herbi xidmetden azaddirmi?

Bildiririk ki, mövcud qanunvericilikdə valideynini itirmiş və tək övlad olan çağırışçılara hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
mustafayev Vusal Soruşur Yazılma Tarixi:04.12.2015 13:14:17

salam eger men senedleri hansisa herbi hisseye vermisemse emrim nece aydan sora cixacaq.xais edirem cavablandirasiz.

Bildiririk ki, Xidmətin elektron ünvanına daxil olmuş müraciətinizlə bağlı aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
seyfet huseynov Soruşur Yazılma Tarixi:04.12.2015 12:33:08

Salam men yanvarin 3ü. 2016cilde heqiqi herbi xidmete gedirem.bilmey isdiyirem hansi herbi hissede qulluq edecem

Bildiririk ki, yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndəriləcək vətəndaşlar həqiqi hərbi xidmətə çağırılmaları və hansı hərbi hissəyə təyin olunmaları barədə dəqiq məlumat almaq üçün 30 dekabr 2015-ci il tarixdən etibarən Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərlər. Eyni zamanda nəzərinizə çatdırıram ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün əvvəl - 31 dekabr, 31 mart, 30 iyun, və 30 sentyabr tarixlərində aktivləşir. 
islam Atakisiyev Soruşur Yazılma Tarixi:04.12.2015 09:02:26

Salam. Men esgerliyde qarmalit olmusam ve agrisi cox keskindi. Indi mene HHSSDE deyirler ki cox gumanki seni niqodni cixaracaxlar. Neynim bilmirem.???

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ruslan Fetullazade Soruşur Yazılma Tarixi:03.12.2015 23:47:12

Salam.Menim sualim beledir.Menim iki il bundan qabaq ayagim oma sümüyünden çox şaxeli şekilde sinib.Herbi xidmet vaxti çatdiğina göre müayine olundum.4 defe Bakiya geldim ayagim biri digerinden 3 sm qisadi niye mene herbi bilet vermirler.Menim imkanim yoxdur her defe bakiya gelmeye.Atam rehmete gedib.Men kime muraciet etmeliyem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elnur Əkbərov Soruşur Yazılma Tarixi:03.12.2015 23:32:17

Salam. Men Azerbaycan Texnologiya Universitetini 2013-cu ilde bitirmisem. Heqiqi herbi xidmete getdikden sonra SQTTM ni ehtiyyat zabitler kursunda esya xidmeti mutexessisi ixtisasinda oxumusam, kursu bitirdikden sonra herbi hissede esya xidmet reisi vezifesinde xidmet etmisem. Xidmet muddetim basa catdigi ucun ehtiyyata buraxilmisam. Indi ise SHHXCDX islemek isdiyirem. Xahis edirem mene melumat veresiniz bunun ucun men ne etmeliyem? Ve menim ora ise duzelmeyim mumkundurmu?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar, barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına yerləşdirilmiş elektron xidmətlər bölümündəki "  Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu" alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Zabit Memmedov Soruşur Yazılma Tarixi:03.12.2015 20:05:49

Salam.Men Mudafie Nazirlliyi Silahli Quvvelerin Ehtiyyat zabit hazirliq kursunu Tank Taqim komandiri ixtisasini bitrib leytenant herbi rutbesin alib Mudafie Nazirliyinin terkibinde olan N sayli herbi hissede xidmet etmisem.Xidmet muddetim basa catdiqi ucun ehtiyyata buraxilmisam.Bilmek isteyrem ki Mudafie Nazirliyinden basqa hansi Nazirliye Zabit kimi xidmete qebul ola bilerem??Mudafie Nazirliyinin verdiyi herbi rutbeni hansi nazirlikler taniyir yeni kecerlidir???

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Nicat Əliyarov Soruşur Yazılma Tarixi:03.12.2015 16:52:04

Menim 18 yasm var yanvarda aparmasalar xarici olkeye gede bilerem

Bildiririk ki, 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Heyderov Nahid Soruşur Yazılma Tarixi:03.12.2015 15:36:10

Salam. Men 2013 cu ilde qax rayon herbi komissarligindan herbi xidmete cagirilmisam ve 2013 cu ilde komissarligin xettiyle zaqatala rayon suruculuk mektebinde surucu kimi tehsil almisam. Lakin mueyyen sebeblerden imtahanda istirak ede bilmedm ve suruculuk vesiqesini ala bilmedm. Hazirda suruculuk tehsilini aldigim barede senedi men hardan ala bilerem?? Men suruculuk mektebine muraciet etdim mene bildirildiki bu senedi vere bilmeyeceyik. Bildirdilerki rusum odemelisiz. Cox xahis edirem mene bu barede komeklik gosteresiniz.

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrinin göndərişi ilə xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən təhsil müəssisələrində təşkil olunan sürücülük kurslarında hazırlıq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrin sürücü mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə aparılır. Belə ki, bu kursları bitirmiş çağırışçılar müəyyən olunmuş qaydada BDYPİ-nin aidiyyəti struktur bölmələrində imtahanları verərək sürücülük vəsiqəsi əldə etməli və müddətli həqiqi hərbi xidmətdə sürücü ixtisaslı mütəxəssis kimi hərbi xidmət keçməlidirlər. Bununla yanaşı hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən, hazırlıq aparan quruma dövlət büdcəsindən yalnız sürücülük vəsiqəsi ilə müddətli həqiqi hərbi xidmətə göndərilmiş çağırışçılar üçün nəzərdə tutulmuş maliyyə vəsaiti ödənilir. Hazırlığı bitirərək sürücülük vəsiqəsi almadan müddətli həqiqi hərbi xidmətə getmiş çağırışçılar üçün isə heç bir maliyyə vəsaiti ödənilmir. Bu səbəbdən, eləcə də MMC-nin və onun filiallarının təsərrüfat hesablı (komersiya) təşkilatlar olduğunu nəzərə alaraq, müəyyən maliyyə çətinlikləri (nəzəri dərs və sürmə təlimi müəllimlərinin əmək haqlarının verilməsində və s.) yaranır. Yuxarıda qeyd olunanlarla əlaqədar “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC öz maliyyə-təsərrüfat fəaliyyətinin tənzimlənməsi məqsədilə bu məsələlərin həlli üçün müəyyən qaydalar tətbiq etmişdir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı MMC-nin İcra Orqanına müraciət etməyiniz tövsiyyə olunur.
Gulmemmedov Kamran Soruşur Yazılma Tarixi:03.12.2015 15:34:39

Salam . Men 2013-cu il Yanvar ayinda herbi xidmete cagrildim ve herbiye yararsiz cixdim .. Yekunda mene herbi bilet verdiler . Ama men pensiyaya cixmaq ucun Hekimden xestelik kagizimi istedim dedi vaenkomat vermelidir , geldim vaenkomata dedi hekim vermelidir , kstati meni belece firlatdilar.. 3 - cu il olmagina az qalib helede mene poveska gelmeyib ki yeniden gedim hekimden kecim .. ve size sualim budurki mene Xestelik kagizimin verilmemesi ne derecede dogrudur ? men hara shikayet etmeliyem ? Teshekkurler ..

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14897