Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ziyad Kazimli Soruşur Yazılma Tarixi:06.12.2015 21:46:25

salam.bilmek istərdim bölgələr üzrə hərbi səfərbərlik idarəsinin boş vakansiyalarına necə baxmaq olar ?

Nəzərinizə çatdırırıq ki, verdiyiniz sualın cavabı xidməti məlumat xarakteri daşıdığı üçün açıqlanmır. 
Askerov Cavansir Soruşur Yazılma Tarixi:06.12.2015 21:33:53

Salam. Mende 2013 ilde olmusdu komissiya. Men o vaxt kok idim, 131 kq ceki, piylenme 3cu dereceli. Mene verdiler herbi bilet, ordada xestelik cedvelde yazilim 13A madde. Men baxtim 13A madde dusur D kateqoriya. D kateqoriya yazilib herbi ucotdan cixir. Men indi arixladim. 79 kq ceki. Men esedmisem her 3 il 35 yasa geder cagiris olur, men istiyirdim bilmek, eger biletde mende yazilib 13A xestelik, o D kateqoriya, mende 2016 ilde tezden cagiris olacaq yada men herbi ucotdan cixdim?

Nəzərinizə çatdırıram ki, Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” sayılan vətəndaşların təkrar şəhadətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Hüseynov Röyal Soruşur Yazılma Tarixi:06.12.2015 19:44:54

salam mənim atam cernobil əlilidir mənimsə heç bir problemim yoxdur məni hərbi xidmtdən saxlayarlar?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.        
      Siz tibbi şəhadətləndirilikdən və öyrənildikdən sonra rayon çağırış komissiyasında barənizdə qanunvericiliyə müvafiq qərar qəbul ediləcəkdir.
Musfiq Memmedov Soruşur Yazılma Tarixi:06.12.2015 19:29:40

salam men bilmek isdiyirdim ki gizirlik kurslari ne vaxt baslayir ora hansi senedler teqdim olunmalidi ve kursa daxil olmaq ucun odenis olunurmu?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir: -          şəxsiyyəti təsdiq edən sənəd; -          ərizə və ya raport; -          şəxsən yazılmış tərcümeyi-hal; -          xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; -          təhsil haqqında sənədin surəti; -          doğum haqqında şəhadətnamənin surəti; -          nikah haqqında şəhadətnamənin surəti (evli olduqda); -          uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda); -          4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil; -          məhkumluğun olub-olmaması barədə arayış. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Efsun Baratov Soruşur Yazılma Tarixi:06.12.2015 19:04:09

salam men Efsun Baratov Size Bir sual deyecem men 1998- iyul ayinin 29 yawim tama olur meni 30 herbi xetmete aparallar

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Lalayev Ruslan Soruşur Yazılma Tarixi:06.12.2015 18:55:40

esgerlikde olmamisam 1994 teveludem . ucota dusub esgerliye getmek ucun hansi senedleri toplamaliyam ?

Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:  - doğum haqqında şəhadətnamənin surəti;  - ailə tərkibi haqqında arayış;  - təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);  - təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;  - tərcümeyi-hal;  - 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil.
Əfsanə salmanova Soruşur Yazılma Tarixi:06.12.2015 18:07:07

Salam mən Salmanova əfsanə kamil qizi 1993 tevellud mən könüllü olaraq həqiqi hərbi xidmətə getməy istəyirəm siz dən xayiş edirəm mənə köməklik göstərəsiniz mən hara müraciət etməliyəm və nə sənədlər verməliyəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cəfərov Cavid Fərhad oğlu Soruşur Yazılma Tarixi:06.12.2015 14:02:44

Mən Cavid Ceferov 1.12.1993 -cü ildə Sumqayit şəhərində anadanolmusam 2009-cu ildə Sumqayt Dövlət Texniki kollecinə daxil olmusam. 2013-cü ilde kolleci bitirmisem.Azərbaycan. Respublikacinin Səfəbəlik və Hərbi xidmətindən mənə çağrış gəldi.Mən o vaxtlar sudurqi eplesiya xəstəliyindən müalicə olurdum,sağlam idim amma 1il müalicəmi davam etdirməliydim.sudurqa məndə tumayib hec vaxt amma bir az eplepsiyam olub.mən 3 ilk hərbi xidmətə yarasız götürmüşəm.Məndə müalicə 2 ildi qutarim.Mən istiyirəm ki Hərbiyə gedim və Mən Azərbaycan Respublikasında xidmət eləmək istərdim.Azərbaycan Respublikasinda xitmet etməyə özümə şərf bilərəm. Sagolun

Nəzərinizə çatdırırıq ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Sumqayıt şəhər idarəsinə təqdim edildiyi halda mümkündür.
perviz alisanov Soruşur Yazılma Tarixi:06.12.2015 13:53:57

Salam menim qardasimin 20 yasi var ali mektebe hazirlasir hal hazirda 11 ci sinifde oxuyur onu esger apara bilerler

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alan  çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan 20 yaşınadək möhlət verilir. Qardaşınıza ali məktəbə qəbul imtahanlarında iştirak etməsi üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi mövcud qanunvericiıikdə nəzərdə tutulmamışdır.
Suleyman qarayev Soruşur Yazılma Tarixi:06.12.2015 00:40:06

salam.men azerbaycan dovlet iqtisad universitetinin 4 cu kurs telebesiyem.snayper kurslarina yazilmaq isteyirem hara muraciet etmeliyem ? Ve odenislidi ya odenissiz?

Bildiririk ki, mövcud normativ hüquqi aktların tələblərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə xüsusi hərbi ixtisaslar üzrə hazırlığa (həmçinin snayperlərin hazırlığına) müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməmiş və sağlamlıq vəziyyyətinə görə hərbi xidmətə tam yararlı olan çağırışçılar cəlb edilir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri və başqa silahlı birləşmələr tərəfindən xüsusi hərbi ixtisaslı mütəxəssislərin hazırlığına dair verilmiş sifarişlər əsasında növbəti il üçün müvafiq ixtisaslar üzrə hazırlığın keçirilib-keçirilməməsi və hazırlanmalı olan çağırışçıların sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bununla əlaqədar 2016-cı ildə bu ixtisas üzrə hazırlığın keçirilməsi planlaşdırılmamışdır. 
Cədvəldə sətir sayı :14891