Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sabir Ebdulrehimli Soruşur Yazılma Tarixi:10.12.2015 20:04:00

Salam men muddetden artiq heqiqi herbi qulluqcu olmaq ucun kimlere muraciet etmeliyem ? Birde men Baki seheri qeydiyyatindayam Baki Korpusunda isleye bilerem ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən,  - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) daxil olurlar.
Odur ki, harada və hansı vəzifədə hərbi xidmət keçməyinizlə bağlı istədiyiniz müvafiq hərbi hissəyə müraciət etməlisiniz.
Rahid Abasov Soruşur Yazılma Tarixi:10.12.2015 19:06:48

Salam,narahat edirem Bilmek isteyirem ki men universitetde oxuyuram,cagiris gelib unveristetden arayis alib vermisem.2019 da bitirecem unveristeti. Meni esger apara bilerler??

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.4-cü maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Həmin Qanununun 21-ci maddəsinə əsasən qeyd olunan təhsil müəssisələrində təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Fəxrəndə Əliyeva Soruşur Yazılma Tarixi:10.12.2015 19:01:38

Səfərvərlik və hərbi xidmətə çağırış hərbi xidmətə işə qəbulla bağlı testdə hansı fənlərdən düşür suallar.Hansi materiallardan istifadə etmək məsləhət görülür.

Bildiririk ki, müsabiqəyə (test imtahanında) müraciət edən vətəndaşların ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Terane Muxtarova Soruşur Yazılma Tarixi:10.12.2015 18:24:31

Salam. Men Ali tehsilliyem. Herbi sahe üzre tehsilim yoxdur. Lakin bu sahe üzre dövlet xidmetinde işlemek isdeyırem mümkündürmü? Tehsilim Azerbaycan Kooperasıya Unıversıtetı -Çox işlenen malların texnologıya muhendısı. Eger mümkündürse hara müraciet ede bilerem?.

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Togrul Əmənov Soruşur Yazılma Tarixi:10.12.2015 13:34:02

salam men seferberlik idaresinde imtahana cagrilmali idim ama 1 aydan coxdur hele xeber yoxdur. Menede hec bir melumat verilmeyib. Xahis edirem meluimat veresiniz

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar keçiriləcək müsabiqədə iştirak etmək üçün 18.12.2015-ci il tarixdə saat 09:00-da Xidmətin Aparatına gəlməyiniz təklif olunur. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Ferzeliyev Ramin Soruşur Yazılma Tarixi:10.12.2015 13:16:03

Salam sızden oyrenmek ıstedıyım men 2007 cı ilde herbı xıtmetde olmuşam ..indı hetbı xıtmete qayıtmaq ısteyırem ve qulluq etmek isteyırem men bununla baglı ne etmeliyem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
İntiqam Kərimov Soruşur Yazılma Tarixi:10.12.2015 12:13:18

Salam. mən orduda(Müdafiə Nazirliyi) 1 il 6 aylıq leytenant kimi xidmət göstərmək istəyirəm. bunun üçün hara müraciət etməliyəm? hərbi xidməti bitirmişəm. ali təhsilliyəm. hərbi xidməti Naxçıvanda HHM-də keçmişəm. kiçik-çavuş hərbi rütbə ilə xidmət etmişəm. Mənə bu barədə məlumat vermənizi istəyirəm. Əvvəlcədən təşəkkürlər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
iftixar samilov Soruşur Yazılma Tarixi:09.12.2015 23:09:08

salam 26 yasim var bilmek isterdim men ozum secdiyim herbi xidmetde muddetden artiq heqiqi herbi xidmet qulluqcusu isleye bileremmi. bunun ucun hara muraciet etmeliyem. tesekkurler

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1 müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Xanmemmed Abdulov Soruşur Yazılma Tarixi:09.12.2015 21:50:42

Esgerliye hara duşduymu ne vaxt oyrene bilecem. ...ne qeder vaxt qalmış bilinir? xais edirəm cavab yazin

Bildiririk ki, 2016-cı ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndəriləcək vətəndaşlar həqiqi hərbi xidmətə çağırılmaları və hansı hərbi hissəyə təyin olunmaları barədə dəqiq məlumat almaq üçün 30 dekabr 2015-ci il tarixdən etibarən Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərlər. Eyni zamanda nəzərinizə çatdırıram ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün əvvəl - 31 dekabr, 31 mart, 30 iyun, və 30 sentyabr tarixlərində aktivləşir.
Adalet Huseynov Soruşur Yazılma Tarixi:09.12.2015 20:05:39

salam. men bilmey isteyirem dekabrin necesi esgerlerin buraxilisidi. naxcivan seherinde daxili qosun esgerleri?

Bildiririk ki, xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları ehtiyata yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək buraxılırlar.
Cədvəldə sətir sayı :14897