Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fariz Novruzov Soruşur Yazılma Tarixi:14.12.2015 21:18:54

salam men 1991ci ilden anadan olmusam herbi xidmeti 2011 ilde bitrmisem orta tesiliyem gizirlik oxumaqa isdeyirem bu mumkundumu esgerliyde muhendis istekamci olmusam manqa komandiri xayis edirem menim sualma cavab yazasiz

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hər il mütəmadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, gizirlərin həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) könüllü daxil olurlar.
Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz , SQ TTM-də təkil ediləcək növbəti kursda oxumaq üçün adınız namizəd kimi siyahıya daxil edilməsi və hansısənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz.
Taleh Veliyev Soruşur Yazılma Tarixi:14.12.2015 20:13:38

Salam men Veliyev Taleh 01.07.1998 ci ilde anadan olmusam kecen il kesilmisem bu il is vere bilecenmi insituta

Bildiririk ki,  respublikanın ali məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmisiniz və Sizə ali məktəbə qəbul imtahanlarında təkrar iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət verilməsinə qanuni əsas yoxdur.    
Orxan ibrahimov Soruşur Yazılma Tarixi:14.12.2015 15:42:15

Salam mene vayonkomat terefinden sulh dovru uçun yararsız muharibe dovru ucun mehdud yararlı hesab edildim indi mene vayeni bileti duşurmu ? duşurse mene hansı senedleri teqdim etmek teleb olunur ? vayeni bileti üçun rusum varmı varsa ne qeder odemeliyem ?

Bildiririk ki, "dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı" hesab edilərək ehtiyata keçirilən vətəndaşlar hərbi biletlə təmin olunurlar. Mövcud qanunvericilikdə bu kateqoriyadan olan şəxslər hərbi bilet verilərkən onlar tərəfindən hər-hansı rüsum ödənilməsi nəzərdə tutulmamışdır.
Odur ki, hərbi biletlə təmin olunmağınız üçün hərbi qeydiyyatda olduğunuz yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət etməniz vacibdir.
Taleh Veliyev Soruşur Yazılma Tarixi:14.12.2015 12:02:47

Salam men Veliyev Taleh Hidayet oglu 1 iyul 1998 ci ilde anadan olmusam men bu il insituta is vere bilecemmi kesilmisem 1 il may ayinin 24 imtahandi is vere bilecemmi

Bildiririk ki,  respublikanın ali məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmisiniz və Sizə ali məktəbə qəbul imtahanlarında təkrar iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət verilməsinə qanuni əsas yoxdur.    
Zərcan Gunel Soruşur Yazılma Tarixi:13.12.2015 23:55:34

Salam,men yayda Salyan rayon uzre Herbi komissarligindan Imtahana gonderildim ve cavab geldi ki,guya kecmemisem cunki imtahanin gedisi meni qane etmedi men indi hal-hazirda tekrar imtahan vere bileremmi ve nece? xahis edirem cevablandirin.

Nəzərinizə çatdırırıq ki, 29.07.2015-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkünhesab edilməmişdir.
Rasid Cunayev Soruşur Yazılma Tarixi:13.12.2015 21:11:06

Hərbi komissarlıqda desəm ki,hərbi xidmətə getmək istəmirəm və səbəbini açıqlasam.O,zaman mən hərbi xidmətə yararsız hesab edilirəm(get bizə belə əsgər lazım deyil deyəcəklər?) inkişaf etmiş dövlətlərdəki kimi,yoxsa cinayət işi başladacaqlar inkişaf etməmiş dövlətlərdəki kimi?

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Çağırışılara həqiqi hərbi xidmətə çağırışdan möhlət təhsilə, ailə vəziyyətinə  və səhhətinə görə verilir. Yuxarıda sadalanan möhlət hüquqlarından hər hansına malik olmayan vətəndaşlar çağırışdan boyun qaçırdıqları halda, qanun qarşısında cavabdehlik daşıyırlar.
Ehmedova Gunay Soruşur Yazılma Tarixi:13.12.2015 20:24:24

Salam her vaxtınız xeyir. Men 1 ildiki herbiye maxe kimi qebul olmaq isteyirem. Ve bu meqsedlede bir çox herbi korpuslara muraciet etmişem onlarsa qadınların qebulunun bağlı olduğunu deyibler, men bilmek isteyirem ki helede qadınların herbiye qebulu var? Evvelveden teşekkur edirem.

Bildiririk ki, müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
ezimov ebil Soruşur Yazılma Tarixi:13.12.2015 20:04:17

salam xidmetkecme haqqinda esasnamenin 156 e bendi xidmeti uygunsuzlugnan ehtiyata buraxilmisham.kadr zabitem 8 aydi ehtiyatdayam.oz erizemle ehtiyata cixmisham.iwden qovulmamisham prablemsiz oz erizemle ehtiyata buraxilmisham.bilmey istiyirem geri qayida bileremi.ve qayida bileremse nece ve ne etmeliyem

Bildiririk ki, hərbi xidmətə qayıtmaq istəyinizlə bağlı əvvəllər hərbi xidmət keçdiyiniz Azərbaycan Respublikasının Silahlı Qüvvələriinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmənin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Said Asadov Soruşur Yazılma Tarixi:13.12.2015 19:54:45

Salam. Men (Voyenkomat shotuna)oxuyub Prava almaq istyrem. 16 yashim var . Bu mumkundur ? Ve nece ? Komeklik edin Mene

Bildiririk ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlığının təşkili ilə əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinə əsasən, 17 yaşına çatmış kişi cinsli vətəndaşlar “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə hazırlıq keçə bilərlər. Bu kurslara müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və sağlamlıq vəziyyyətinə görə hərbi xidmətə tam yararlı olan vətəndaşlar cəlb edilir.    Qeyd olunan yaş həddinə çatdıqdan sonra sürücü ixtisası üzrə hazırlıq kurslarına cəlb edilməniz üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Cavid Memmedov Soruşur Yazılma Tarixi:13.12.2015 19:32:07

Salam men 2006 ci ilde ehtiyyata buraxilmişam indi herbide işlemek isteyitem mene kömeklik ederdiz

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla)
 - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla)  
- Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.
 Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 

Cədvəldə sətir sayı :14897