Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cavadov Uzeyir Agahesen oglu Soruşur Yazılma Tarixi:20.12.2015 00:49:50

Salam men 1986 cil aprelin 6 Ucar rayonunda anadan olmusam ali tehsilliyem. Ixtisasim telekomnikasiya sistemlerinin infarmasiya tehlukesizliyidi. Herbi xidmetde olmusam men SHXCDX isleye biler?

Nəzərinizə çatdırırıq ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Vuqar Necefov Soruşur Yazılma Tarixi:19.12.2015 23:35:58

Salam. Men esgerliye yararsizam. Bilmek isteyirem ki, könüllu erize yazib esgerliye gede bilerem ya yox?

Bildiririk ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Afiq Əliağaye Soruşur Yazılma Tarixi:19.12.2015 18:54:28

Salam mənim qardaşım SHXÇDX nin saytında yenidən hərbi xidmətə qayıtmaq üçün müraciət edib. Jurnalist ixtisasına uyğun işin olmaması əsas gətirilərək onun müraciəti müsbət həllini tapmayıb. Halbuki o ixtisasına uyğun deyil, ümumən hərbiçi olmaq niyyəti ilə müraciət etmişdi. Bilmək istəyirəm ki, qardaşım gizir olaraq yenidən hərbi xidmətə qayıtmaq üçün hara müraciət etməlidi?

Nəzərinizə çatdırırıq ki, qardaşınız – Əliağayev Alik Akif oğlunun ixtisası Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə onun həqiqi hərbi xidmətə qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına gizir qismində həqiqi hərbi xidmətə qəbul etmək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə, aidiyyəti üzrə müraciət etməyiniz məqsədəmüvafiqdir.
feride memmedli Soruşur Yazılma Tarixi:19.12.2015 18:08:13

Qizlar herbi xidmete gedmesi mumkundurmu ?

Bildiririk ki, qadınlar yalnız müddətdən artıq hərbi xidmətə cəlb oluna bilərlər.
Qasim Qasimli Soruşur Yazılma Tarixi:19.12.2015 12:53:43

Salam men bu il kollece 11 ci sinifden daxil olmusam ve men esgerliye getmeliyem ya kolleci qurtarmagima mohlet ala bilerem ?

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 20 yaşınadək möhlət verilir.
AQIL EMIROV Soruşur Yazılma Tarixi:19.12.2015 12:38:50

SALAM MEN HERBI XIDMETDE OLMUSAM SEFERBERLIK XIDMETINDE RAYONLARIN BIRINDE GIZIR KIMI ISLEMEK ISTIYIREM

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Əhmədova Şəms Soruşur Yazılma Tarixi:19.12.2015 10:55:09

Salam .Men Silahli quvvelerde iwe duzelmek istirem kime muraciet etmeliyem. Özum orta tehsilliyem. İdmançiyam cüdo uzre defelerle nailliyetlerim olub.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Orxan Tariyev Soruşur Yazılma Tarixi:19.12.2015 01:23:02

Salam, ali təhsili bitirdikdən sonra həqiqi hərbi xidməti Zabit kimi xidmət eləmək müddəti nəqədərdir? (neçə ildir?) və mən KHVTİC təşkilatının Snayper kursunu müvəffəqiyətlə bitirmişəm,xidmət zamanı bunu nəzərə alacaqlar? oxudugum kurs üzrə xidmətimi davam edə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdiri­lir: 38.1.5. zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar – 1 il 6 ay. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər.
Mirhdı İsalı Soruşur Yazılma Tarixi:18.12.2015 20:56:08

Orta məktəbi bitirmişəm 18 yaşım 02.2016 cı ildə tamam olacaq.Əsgərliyə getdiyim gunu səbirsizliklə gözləyirəm.Boyum 176sm çəkim 114kq -dır.Sağlamlığım qaydasindadır.Mənə deyirlər bu çəki ilə səni əsgərliyə aparmayacaqlar.Bu nə dərəcədə duzgundur?Xahiş edirəm mənə ətraflı məlumat verin.

Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Lakin müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Boyunuz 176 sm, bədən çəkiniz 114kq olduğu halda Siz, hərbi xidmətə yararsızsınız. Həqiqi hərbi xidmət keçmək üçün Siz, 23kq arıqlamalısınız.
Elnur hesenov Soruşur Yazılma Tarixi:18.12.2015 20:08:18

Salam men mutdetden artr xidmet elemisem ve öz iseyimle texris olmusam indi men mili orduda xidmet edebileremi xais edirem bununla bagl men kömeyliy edesiz

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş əvvəlki müraciətinizə 04.12.2015-ci və 11.12.21015-ci il tarixlərdə ətraflı cavab verilmişdir. Bir daha bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897