Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Huseyn Ceferov Soruşur Yazılma Tarixi:18.12.2015 14:12:32

Salam...xahis edirem sualima etrafli cavab veresiz. men 2015 ci ilin iyul cagirisin da herbi komisarliqa cagirildim. menim her iki qulagimda cirk ve qulaq perdesinde yirtiq askar edildi. Mene yararsiz yazdilar. Men her iki qulagimdan da emeliyat oldum ve qulag perdesi perpa olundu. Hal hazirda saglamliqim barede menfi hecne yoxdu sukur allaha. Men indi herbi xidmete getmek istiyirem. Amma herbi komisarliq mene yoxlanisin bir de 2018 ci ilde olacagini deyir. Men 2016 ci ilde herbi xitdmete gede bilerem? yoxsa 2018ci ili gozlemeliyem?... Yene qeyd etmek istiyirem tam saglamam herbi komisarliqda ki hekimler de yoxladi... Yeqin ki fikrimi catdira bildim. Xahis edirem sualima etrafli cavab yazasiz.

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
murad memmedov Soruşur Yazılma Tarixi:18.12.2015 12:50:33

salam men nervoz xesdesiyem amma indi 17 yasim var xesdeliyi ozumde hiss etmirem ayaqimin alti duzdur men heqiqi herbi xidmete gede bilerem

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
islam allahverdiyev Soruşur Yazılma Tarixi:18.12.2015 12:05:49

Salam qardasimin 18yasi var herbi komisiyaya caqirdilar bir cox problemleri cixdi dos qefesinin qabariqliqi onurqa eyriliyi ayaqinin birinde2-ci birinde ise3-cu dereceli duzduk var ve ayaqinin barmaqlarinda eyrilik var ve baki komisiyasinnan yararsiz yazilib ve bildirilirki oz herbi komisiyaniz caqiracaq. Ama heleki caqirmayiflar bilmek isterdikki gecikme ne ile elaqadardi

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elcin Xankisiyev Soruşur Yazılma Tarixi:18.12.2015 11:15:52

Salam.Men yanvar ayinin 5inde gedecen inwallah.Ali tehsilliyem nikadr leytinant olmaq isteyirem.Bu nece mumkundur?Kurs olacaq?nece ay?hemen kurs harda olacaq birdeki maaw ne qederdir

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən, hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları həqiqi hərbi xidmətlərə çağırılırlar. “Zabit hazırlığı kursu”nun nə vaxt və hansı müddətə keçirilməsi aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə əlaqədar qulluq (xidmət) edəcəyiniz hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Eldar Azadlı Soruşur Yazılma Tarixi:18.12.2015 11:12:25

Salam.Mən 4 aprel 1997-ci ildə anadan olmuşam.2015-ci ildə orta məktəbi bitirib,elə həmin il Gəncə Dövlət Universitetinə daxil olmuşam.Təhsilimi qiyabi davam etdirirəm.2016-cı ilin yanvarın 5-də sesssiya bşlayır.Mənə hələdə hərbi xidmətə çağırış barədə məktub gəlməyib.Yanvarın 1-i 2016-cı ildə çağırış vərəqi gələ bilərmi?Əyər gələrsə və mən Gəncədə olsam nece olacaq?xahiş edirəm bu barədə məlumat verəsiniz

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Novruz Şahmarov Soruşur Yazılma Tarixi:18.12.2015 11:10:04

Salam adım Novruz dur 18 yaşım var 4 aydan sonra məni hərbiyə çağıracaqlar amma mən gözlərim çox zəyifdir gözlərimin zəifliyi 7 -dir eynəysiz heç cürə görə bilmirəm xahiş edirəm mənə kömək edin

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Bəhruz Məmmədyarov Soruşur Yazılma Tarixi:18.12.2015 10:14:05

Salam, Sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış və hərbi bileti olan vətəndaşın iş yerində hərbi uçot vərəqəsi doldurularkən (Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydasına əsasən) Qeydiyyat qrupu (2.1-ci bənd) yerində çağırışçı yoxsa hərbi vəzifəli yazılmalıdır? Həmçinin bu halda uçot vərəqinin Xüsusi hissəsində (2.10-cu bənd) və Hərbi vəzifəli olması barədə qeyd (2.11-ci bənd) bölməsində nə yazılmalıdır. Qısa zaman ərzində cavablandırmağınıza ümid edirəm. Köməyə görə təşəkkür edirəm. Hörmətlə, Bəhruz Məmmədyarov

Bildiririk ki, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2013-cü il tarixli 76 nömrəli Qərarına “1 nömrəli əlavə”nin bəzi bəndləri aşağıda qeyd olunan formada doldurulur: 2.1-ci bənddə - vətəndaşın çağırışçı və ya hərbi vəzifəli olması; 2.10-cu bənddə - çağırışçılar üçün: həqiqi hərbi xidmətdən verilmiş möhlətin səbəbi və müddəti, hərbi vəzifəlilər üçün: çağırışdan möhlət verilməsi haqqında vəsiqənin nömrəsi, təxsislənmə (bron) siyahısının nömrəsi, bölməsi və bəndi, eləcə də Xidmətin yerli idarə, şöbə və bölməsi tərəfindən rəsmiləşdirilmə tarixi; 2.11-ci bənddə - hərbi vəzifəlinin istefaya keçirilməsi barədə qeydlər yazılır.
Behruz eliyev Soruşur Yazılma Tarixi:18.12.2015 09:18:01

Salam men neise prablem oldugum ucun bakiya gonderildim 20 gundu qayitmisam hec bir cavab yoxdu men getmek isdeyirem lenkeran herbi kamisarliqi mene hecne demir mumkunse menimle elaqa saxlayin 0503359121

2016-cı ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Lənkəran rayon şöbəsində tibbi şəhadətləndirilmisiniz və sağlamlıq vəziyyətinizlə əlaqədar tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Tibb müəssisəsindən daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edulməsi aktı”nda qeyd edilmiş diaqnoza əsasən, hərbi xidmətə müvəqqəti yararsız hesab edilmisiniz. Bildiririk ki, Sizə müddətli həqiqi hərbi xidmətə çağırışdan 6 ay müddətinə möhlət  verilməsi məsələsinə 2016-cı ilin yanvar çağırışı zamanı baxılacaqdır. 
Şamo Babayev Soruşur Yazılma Tarixi:18.12.2015 02:40:59

Salam. Mən Babayev Şamo Şaiq oğlu 17.04.1995-ci ildə Lerik rayonunda anadan olmuşam. Hal-hazırda Naxçıvan Dövlət Universitetinin 4cü kurs tələbəsiyəm. May ayında çox güman ki, universiteti bitirəcəyəm. Sağlıq olsa iyulda əsgərliyə yollanacağam. Sualım bundan ibarətdir ki, mən xalq arasında deyilən adı ilə ne kadr, yəni zabit kimi xidmət edə bilərəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Ferid Hemzetov Soruşur Yazılma Tarixi:17.12.2015 22:57:48

Salam men Hemzetov Ferid iyun ayinda yoxlanishdan kecdim ve yoxlanisda sikayetimi bildirdim 12 barmaq bagirsaqda hora xesdeliyi idi. Vayenkamatdan gonderish verdiler heqiqetende xesdeliyim cixdi. Ve mene 6 ay muddetinde herbi xidmete yararsiz yazdilar. Bu ayda vayenkamatdan cagirdilar ve sual verdilerki niye mualice olummuram? Menim imkanim olmadigim halda men nece mualice olummaliyam ve bu haqda hara muraciet ede bilerem sikayetim var .

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
Cədvəldə sətir sayı :14897