Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kerimov Moyfet Soruşur Yazılma Tarixi:21.12.2015 20:06:10

Men bu il Tibb Univeristeti bitirirem . Herbi xidmetimi zabit-hekim kimi kecmek isteyirem , bilmek isteyirem ki , men ne etmeliyem

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislər müddətli həqiqi hərbi xidmətə çağırılan zaman təhsil almaq üçün Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursuna göndərilirlər.
suleyman eminov Soruşur Yazılma Tarixi:21.12.2015 18:33:47

salam.Men herbi xifldmetde olmusam Milli orduda.Herbiye qayitmaq isdyrem ozude on cebheye bir maxe kimi boyum 1.62 nece ede bilerem ki bu is mende alinsin

Bildiririk ki, ön cəbhədə müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Umud Nagiyev Soruşur Yazılma Tarixi:21.12.2015 17:39:56

salam. men gizir olmaq ucun SHXCDX rayon sobesine senedlerimi vermisem. bilmek isteyerdim qebulun cagirisi ne vaxtdi. ve yaxud niye bu qeder uzanir. ele biri varki 1 ildi sened verib ama cagiris yoxdu. bu haqda ne deye bilersiz?

Bildiririk ki, müraciətinizdə hərbi qeydiyyatda olduğunuz Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsini qeyd etmədiyiniz üçün sualınızın cavablandırılması mümkün olmamışdır.
Özünüz haqqında ətraflı məlumat verildikdən sonra Sizə köməklik göstəriləcəkdir.
Camal Mikayilov Soruşur Yazılma Tarixi:21.12.2015 12:56:12

Salam men muddetden artiq xidmet etmek isteyirem 29 yawim var 2006 ci ilde herbi xidmeti bawa vurmuwam yeniden herbi xidmete muddetden artiq xidmet etmek isteyirem hara muraviet edim vr hansi senedleri hazirlayim zehmet olmasa cavab yazasiz 0773334435 adim camal

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsasən Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) daxil olurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz haıda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Gülər Məmmədova Soruşur Yazılma Tarixi:21.12.2015 00:31:22

Salam. Mən Okean və dənizlərin fizikası ixtisasını magistr dərəcəsi üzrə fərqlənmə ilə bitirmişəm. Hazırda isə Dövlət Sərhəd Xidmətində işləmək istərdim. Xanımlar üçün belə bir sahədə işləmək mümkündürmü? Xahiş edirəm, sualımı cavablandırasınız. Sağ olun.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Kamran Zerbeliyev Soruşur Yazılma Tarixi:20.12.2015 23:48:24

Salam, men orgenmek isdeyerdmki herbi xidmetde olarken 6 ayin esgeri olanda mudetden artiq esger kimi xidmet elemek olur? Zehmet olmasa cavablandirardniz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) daxil olurlar.
mustafayev Vusal Soruşur Yazılma Tarixi:20.12.2015 20:45:48

salam men mustafayev vusal barsad oglu size bir sualim var.eger men senedlerimi hansisa herbi hisseye versem,emrim ne vaxt cixacaq ve nece aya cixacaq.sagolun

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Elvin Bağırlı Soruşur Yazılma Tarixi:20.12.2015 20:28:07

Məim 18 yaşım fevral ayında tamam olur.Sənədlərimi Sərhəd akademiyasına vermək istəyirəm.Mənə çağırışdan möhlət huququ verilə bilərmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Eli Isayev Soruşur Yazılma Tarixi:20.12.2015 18:03:57

Salam. Qardasimin derisinde vitiliqo (ala) xesteliyi var. Hemde hedden artiq esebidi. Xidmete yararli hesab olunur?

Vitiliqonun yayılmış və total formaları olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Salahov Resul Soruşur Yazılma Tarixi:20.12.2015 13:05:07

Salam.. Menim boyum 1.56 dir men herbi xidmete yararliyam?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Cədvəldə sətir sayı :14891