Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Anar Kamalov Soruşur Yazılma Tarixi:24.12.2015 13:57:45

salam. men 2000ci ilden goz eliliyem, pensiya aliram.. 2012ci 3 qrup muddetsiz pensiya aliram.. 2015 ci ilde may ayinda gonderis ile Z.Aliyeva adina goz instutuna gonderdiler herbi xidmet terefinden... orda 34c maddesinin 1ci qrafasina esasen esgere qismen yararli akti verildi.. o akt esasinda pensiyam legv eletdirmek ucun VTEKe gonderdiler.. Vtek ise yoxladi legv elemedi pensiyani. hal hazirda elimde vtekin akti var muddetsiz pensiya davam edir... meni vayenkumat yeniden Z.Aliyeva adina goz instutuna gonderir ki may ayinda verilen yararli akti legv edilsin diye.. men indi ne etmeliyem? yeniden Z.Aliyeva adina goz instutuna getmeyime ehtiyac varmi? yoxsa Vtekin qerarina esasen herbi bileti vermelidirlermi?

Müraciıtinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qedyiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elesger Abdullayev Soruşur Yazılma Tarixi:24.12.2015 08:50:58

Men Abdullayev Elesger Bınnet oğlu 01.07.1992 KELBECER ray.,Soyuqbulaq kendınde anadan olmuşam , 2010 cu ılde heqqeten herbı xıdmete cagrılmışam , amma menı saxlatdılar arzularım gozumde qaldı , ındı ıse cox ısteyırem kı , mende AZERBAYCAN RESPUBLIKASININ SILAHLI QUVVELERINDE XIDMET EDIM , cox cox xaış edırem mene yardımcı olasınız , nece ede bılerem bu mumkundu ???

Bildiririk ki, Siz müddətli həqiqi hərbi xidmətə cəlb olunmaq üçün 2010-cu ilin iyul ayında hərbi-həkim komissiyasından, həmçinin 2015-ci ilin oktyabr ayında təkrar tibbi müayinədən keçərkən “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilmisiniz. Növbəti təkrar tibbi müayinədən keçməyiniz 2018-ci ilin oktyabr ayına təyin olunmuşdur. Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Babek Novruz Soruşur Yazılma Tarixi:24.12.2015 00:25:59

Salam.Men Efqanistan ve ya Irakda sulhmeramli quvvelerde xidmet etmek istiyirem. Bu mesele ile bagli hansi qurumlara muraciet etmeliyem? 2016ci ilin yanvar ayi uchun heqiqi herbi xidmete cagirilmisham.evvelceden teshekkurler.

Bildiririk ki, sülhməramlı qüvvələrdə hərbi xid­mət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Kamal Salmanov Soruşur Yazılma Tarixi:24.12.2015 00:04:47

Salam Men 29 Dekabr 1998ci ilde Anadan Olmuşam Sadəcə Bilmək istədim ki,Hərbi xidmətə nə zaman yola düşəcəm?

Bildiririk ki, 29 dekabr 1998-ci ildə anadan olduğunuz üçün 2017-ci ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Mansur Sahverdiyev Soruşur Yazılma Tarixi:23.12.2015 22:29:45

3 usaqi olan atani esger aparirlar?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Hesenli Ilahe Soruşur Yazılma Tarixi:23.12.2015 22:27:13

Salam. Bilmem isteyirem ki, talassemiya dashiyicilari esger aparilirmi? Men talassemiya xestesiyem ve ailemde her kes talassemiya dasiyicisidi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 11-ci maddəsinin "a" bəndinin I qrafasına əsasən: talassemiya xəstəliyi olan çağırışçılar "Həm dinc dövrdə hərbi xidmətə yararsız, həm müharibə dövründə hərbi xidmətə yararsızdır" hesab edilirlər.
Bakcel Soruşur Yazılma Tarixi:23.12.2015 22:10:50

Herbini bitirmisem tezden qayıtmaq isteyirem yardim eliye dirzde 2013 bitirmisem herbini

Bildiririk ki, hərbi xidmətə yenidən qayıtmaq istəyinizlə bağlı əvvələr hərbi xidmət keçdiyiniz aidiyyəti qoşun növünün Komandanlığına müraciət edə bilərsiniz.
xalid emirov Soruşur Yazılma Tarixi:23.12.2015 21:53:31

xalid emirov men 6ay di herbi xidmeti basa vurmusam indi isteyirem mudetden artiq heqiqi herbi qulluqcu isliyim nece hara muraciet ede bilerem

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütamadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursun”da oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, gizir­lə­rin həqiqi hər­bi xid­mə­tınə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əs­gər­lər, mat­ros­lar, ça­vuş­lar, 40 ya­şı­na­dək hərbi  vəzifəlilər (zabit­lər­ istisna olmaqla) könüllü da­xil olurlar. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti kursun nə vaxt başlayacağına aydınlıq gətirilməsi ilə bağlı isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
ELESGEROV RESUL Soruşur Yazılma Tarixi:23.12.2015 21:51:21

salam,menim 18 yasim aprelin 19 u tamam olur.Meni ne zaman herbi xidmete cagira bilerler?

Bildiririk ki, 19 aprel 2016-cı il tarixdə 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Nicat Haciyev Soruşur Yazılma Tarixi:23.12.2015 19:34:00

Menim 18yasim avqusda olacaq men onda nece aydan sonra esger aparacaqlar

Bildiririk ki, 2016-cı ilin avqust ayında 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14897