Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Babayev elsen nazim oglu Soruşur Yazılma Tarixi:28.12.2015 05:07:14

Salam evvelceden tessekur edirem.men babayev elsen nazim oglu 03.09.2006 ci ilde sumqayit seheri herbi komissarliq terefinden heqiqi herbi xidmete cagrilmisam.on cepede olmusam qazaxda.01.04.2008 ci ilde ordudan kicik cavus rutbesi ile texris olunmusam.orduya yeniden qayitmaq istiyirem 2 ildi ki muracietetmediyim yer qalmiyib.prablem ondadir ki 18.01.2013 cu ilde avto qezaya dusmusem.1 ci qurup elilem hec yerde ise goturmurler.aileliyem 28 yasim olacaq 31.07.1988.lakin uze bilirem qaca bilirem 8 kq kimi agir qaldira bilirem.demeyim odur ki ozum ozumu yararli sayiram herbi ucun.cunki bu yolu kecmisem seyfeli telim merkezinde kursdada olmusam 3 ay.mumkundur sizce herbiye qayitmagim umid yeri var?kime hara muraciet edim?

Bildiririk ki, hərbi xidmətə yenidən qayıtmaq istəyinizlə bağlı əvvəllər hərbi xidmət keçdiyiniz aidiyyəti qoşun növünün Komandanlığına müraciət edə bilərsiniz.
Sadıqov Fərid Soruşur Yazılma Tarixi:28.12.2015 01:37:15

Salam mən hərbi xidmətdə olmuşam.İndi Universitet tələbəsiyəm Filologiya 3 kurs qiyabi təhsil alıram.Fikrim Zabit olmaqdı təhsili bitirənə qədər maxe və ya gizir işləyə bilərəm.(oxuya oxuya)

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:  - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla);  - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla)  - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.  Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz haıda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Bağirov Aqil Soruşur Yazılma Tarixi:28.12.2015 00:05:17

Salam men Baqirov Aqil 1997 ci il men mekdeb oxumusam specnaz paraşutcuyam yanvar prizivi serhed qosunlari hansi çasda dusduyumu bilmek isdeyirem

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün əvvəl - 31 dekabr, 31 mart, 30 iyun, və 30 sentyabr tarixlərində aktivləşir. Dövlət Sərhəd Xidmətinin komandasına təyin edilmiş çağırışçıların hərbi hissələr üzrə bölgüsü adı qeyd olunan qoşun növünün komandanlığı tərəfindən aparılır.
elmeddin huseynov Soruşur Yazılma Tarixi:27.12.2015 22:19:21

Salam men bilmek. Isteyirem ki daxili qowunlara. Boyu nece sm olanda dusur

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Bu zaman çağırışçının antropometrik göstəriciləri (boy, çəki) qoşun növünün tələblərinə cavab verməlidir.
Elxan ehedov Soruşur Yazılma Tarixi:27.12.2015 22:18:06

Salam yanvarda esgerliye 4du çagirilan çagirişçi yanvatin 4ude getmelidi yoxsa 1 den 30 kimi her hansi bir vaxtda gede biler?

Bildiririk ki,  vətəndaşlar həqiqi hərbi xidmətə hər çağırış ayının (yanvar, aprel, iyul, oktyabr) 1-dən 30-dək qeydiyyatda olduqları idarə, şöbə və ya bölmə tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndərilirlər.
Gündüz Cavadov Soruşur Yazılma Tarixi:27.12.2015 22:06:31

Salam. Mən ehtiyatda olan zabitəm. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işlə necə təmin olunmaq olar və yaş həddi neçədir?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Tahir Bilalov Soruşur Yazılma Tarixi:27.12.2015 21:33:05

Salam mənim oğlum Bilalov Fərid Tahir oğlu 2015-ci ildə aprel ayında Şəki şəhər hərbi komissarlığından hərbi xidmətə çağırıldı.Lakin hərbi xidmətə yararsız hesab olunaraq möhlət verildi. Ayağında yastıpəncəlik müəyyən olunmuşdu. İndiyə kimi 4 dəfə Bakıya komissiyaya göndərilib. hər dəfə də ailə vəziyyətimizin yaxşı olmamasına baxmıyarağ yol xərclərini digər xərcləri özümüz ödəmişik. İndi isə 9 ay sonra çağırıblar ki ayın 21-i hərbi xidmətə getməlidi. Bizi narahat eliyən budur ki əgər bu uşaq yararlı idisə niə 9 ay əvvəl aparılmadı? Ayağında ağrılar olur.Fakt sübüt prablemi var. Bu qədər uzadılannan sora niə birdən birə belə qərar çıxıb. Vətənə xidmət hamının borcudu. Ama əgər yararlı idisə niə 9 ay əvvəl yox indi aparırlar? Bunnan bağlı kimə danışaq?kimnən kömək istiyək? Xahiş edirəm bir yol göstərin. Bu məsələ bizə çox şübhəli qalıb, Bu prablemi aydınlaşdırın.

Məlum olmuşdur ki, 1997-ci il təvəllüdlü Bilalov Fərid Tahir oğlu nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmişdir. F.T.Bilalov 2016-cı ilin yanvar çağırışına cəlb olunacaqdır.
Firuze Bedelova Soruşur Yazılma Tarixi:27.12.2015 20:53:19

Menim 29 yasim var ve men herbide islemek istiyirem konulu olaraq bununcun mene komeklik edib melumat catdirin .orta tehsiliyem .

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Qafarov Nicat Soruşur Yazılma Tarixi:27.12.2015 02:16:53

Salaam men Milli ordu siralarinda gizir kimi xidmet etmisem ve muqavilem bitdiyi ucun ehtiyata buraxilmisam.Seferberlik ve herbi xidmete cagiris uzre dovlet xidmetinde ise duzelmek isteyirem xahis edirem komeklik edesiniz

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Samir Hüseynov Soruşur Yazılma Tarixi:27.12.2015 01:46:09

Salam. Mən Hüseynov Samir Sabir oğlu 03.12.1997ci ildə anadan olmuşam. Mənimçün 27.12.2015 tarixindəyəm amma mənimçün hərbiyə çağrış gəlməyib kamisiyadan keçmişəm iki dəfə biz çağıracağıq deyib məni evə göndəriblər. Mən əsgərliyə gedəcəm yoxsa ki yararsızam.

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Cədvəldə sətir sayı :14897