Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
xelil xelilov Soruşur Yazılma Tarixi:29.12.2015 15:42:10

Salam men esgerlikde olmusam ozumde cebhede snyaperci olmusam tezeden meni snyaperci boluyune gotureler

Bildiririk ki, snayperçi kimi hərbi xidmət etmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Kamran Kərimov Soruşur Yazılma Tarixi:29.12.2015 15:20:30

salam. mənə respublika dəri zöhrəvi dispanserində yağlı seboreya diaqnozu qoyuldu. bu xəstəliklə hərbi xidmətə yararsız sayılıram? yoxsa necə?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
nurlan mahmudov Soruşur Yazılma Tarixi:29.12.2015 15:17:41

Salam,men ali tehsilliyem,esgerliyimi bitirmishem,hal hazirda mudafie nazirliyine muraciet ede bilerem leytenant kimi ishe qebula?zehmet olmasa suali cavablandirardiniz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  daxil olurlar. Odur ki, hərbi xidmət etmək istəyinizlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Ismayil Yusibov Soruşur Yazılma Tarixi:29.12.2015 10:03:49

Mən hərbi xidməti bitirmişəm 2012 ci ilde .indi herbide iwlemek istəyirəm gizir kimi ne etmeliyem.414 də xidmət etmişəm orda ve.ya bawqa yerde iwleye bileremmi?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütamadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) könüllü daxil olurlar. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti gizir hazırlığı kursunun nə vaxt başlayacağına aydınlıq gətirilməsi ilə bağlı isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Orxan İlyasov Soruşur Yazılma Tarixi:29.12.2015 07:44:15

Salam. Menim 18 yaşım var və məktəbdə təhsil alıram hələki. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqəm istifadeye yararsızdır (paltaryuyanda yuyulub). Nə etməliyəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Ruslan semedzade Soruşur Yazılma Tarixi:28.12.2015 23:44:48

Salam men ruslan semedzade 97 tevelludem...univeriste hazirlawdiqimcun 6 ay astocka almiwimdim ve indi astrockam bitib bilmey istəyirəm meni niye esger aparmirlar ??? Cox xaiw sualima cvb yazin

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Zekiyev Elsen Soruşur Yazılma Tarixi:28.12.2015 22:49:30

Men SQ-da maxi kimi ise qebul olmaq isteyirem.Ozumde sq-da xidmet elemisem Naxcivanda.Boyum 1.77.cekim.85kq.MEN neter oraylan elaqe saxlayim.Xais eleyirem mene komeklik eleyerdiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və qanunvericiliklə yaradılmış başqa silahlı birləşmələrinin komandanlıqlarına müraciət etməlisiniz.
emin Soruşur Yazılma Tarixi:28.12.2015 22:48:14

salam men herbiden niqodni veribler 17b ile 2 qrupla mene ne qeder pensiye ve konferensiya verlecekxahis edirem cavab yazardiz

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə özünüz haqqında ətraflı məlumat vermədiyiniz üçün cavablandırılması mümkün deyil.
Sahid Rzazade Soruşur Yazılma Tarixi:28.12.2015 21:12:33

Salam men herbi xidmeti bitirmisem tekrar herbiye qayitmaq isteyirem gzir ve ya maxe kimi bunun ucun hara muraciyet etmeliyem ozum Astarada yasayiram xais edirem sualima cavab veresiz

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar: - müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla); - gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla);   Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hər­bi xidmətə qayıtmaq istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Azer Velizade Soruşur Yazılma Tarixi:28.12.2015 20:12:59

salam,19.12.2015 ci ilde imtahanda olmusam.kecib kecmediyim haqda melumat oyrenmey isdiyirem.Zehmet olmasa bir melumat veresiniz.

Nəzərinizə çatdırırıq ki, 18.12.2015-ci il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891