Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
refiyev adil Soruşur Yazılma Tarixi:26.12.2015 20:59:29

salam men bir il iyirmi uc gun maxe kimi islemisem bas aperator seftikatin almisam radilakasiya stansiyalari taktikive texniki hisselerin mukemel bilirem sadece aile meselesine gore erizemi verib isden cixmisam yeniden qayida bilerem yox vayini biletime 151 ci made vurulub yeniden herbiye qayidmaq mumkindi

Bildiririk ki, hərbi xidmətə yenidən qayıtmaq istəyinizlə bağlı əvvəllər hərbi xidmət keçdiyiniz aidiyyəti qoşun növünün Komandanlığına müraciət edə bilərsiniz.
sarif hemzeyev Soruşur Yazılma Tarixi:26.12.2015 20:51:15

salam menim sag gozum zeyifdi gorumur amma meni 01 05 2016 esger cagiriblar aparirlar meni bakiya qosbitala hekim gozum cun yazib ki get hekime amma vayinkamat aparir bu duzdu amma gozum zeyfdi xahis bir cavab yazasiz

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elmir Nebiyev Soruşur Yazılma Tarixi:26.12.2015 19:45:23

salam men Nebiyev Elmir Elbrus oglu 17.12.1989 tarixinde anadan olmusam men müddetden artiq heqiqi herbi xidmet etmek ücün senedlermi Daxili Qosunlara vermisem xais edirem emrimin gelmesi haqqinda mene melumat verin

Bildiririk ki, hərbi xidmətə qəbul olunmağınız barədə müvafiq əmrin verilib-verilməməsinə aydınlıq gətirilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının DİN-nin Daxili Qoşunlarının Komandanlığına müraciət etmılisiniz.
ezizov behruz Soruşur Yazılma Tarixi:26.12.2015 19:40:03

Men MAXE kimi 877 sayli herbi hissede xidmet etmisem 2 il,ama buna baxmayaraq meni sakriseniya adinnan isden cixartdilar ve vayenni biletime xidmete uygunsuz yazdilar,men indi neynemeliyem

Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələyə aydınlıq gətirilməsi, həmçinin hərbi xidmətə yenidən qayıtmaq istəyinizlə bağlı əvvəllər hərbi xidmət keçdiyiniz aidiyyəti qoşun növünün Komandanlığına müraciət edə bilərsiniz.
Faiq Ayvazov Soruşur Yazılma Tarixi:26.12.2015 17:10:14

Salam Mən gələn ilin aprel ayında əsgərliyə çağırışımdi inşallah əsgərlik xidmətim bitdikdən sonra vayenni də qalmaq istəyirəm mənə məlumat verə bilərsiz zəhmət olmasa.

Bildiririk ki, 04 aprel 2017-ci ildə 18 yaşınız tamam olduğu üçün 2017-ci ilin aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.         Müddətdən artıq hərbi xidmət keçmək məsələsi ilə əlaqədar xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədəmüvafiqdir.
Kamran Kərimov Soruşur Yazılma Tarixi:26.12.2015 16:47:42

Salam. Mənim dərimdə (başda,burun kenarlarında,sinemde,qulaqlarda, alın və üz hissəsində) seboreya xəstəliyi var. bu xəstəlik mən bakıda yoxlamadan keçərkəndə çıxdı. ama qış aylarında daha çox olur və dərim qızarır,qabıqlanır yara olur, qaşınır yandırır. günəşə çıxanda qaşında yanma hissi verir qışda ise daha çox qabıqlanır.hal hazırda ise yeni yoxlanmışam. çıxıb ama şiddətli yox. bu vəziyyətdə mən hərbi xidmətə yararlıyam ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Orxan Namazov Soruşur Yazılma Tarixi:26.12.2015 01:37:01

Salam men bilmek isdeyiremki iyul cagrisinin qurtarmasina 5 gun qalmis cagrisa getdem ve iyulun axirina kimi eserliye getmek imkanim varmi? Yoxsa ayin evelinden cagrisa getmek lazimdi?

Bildiririk ki,  vətəndaşlar həqiqi hərbi xidmətə hər çağırış ayının (yanvar, aprel, iyul, oktyabr) 1-dən 30-dək qeydiyyatda olduqları idarə, şöbə və ya bölmə tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndərilirlər. Sizə əvvəlcədən təyin edilmiş vaxtda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə gəlməyinizi tövsiyə edirik.
Samir Nuriyev Soruşur Yazılma Tarixi:26.12.2015 01:05:33

Salam,men herbi TTM-de, yanvar ayina olan imtahanin ne vaxt olacagini,deye bilersiz zehmet olmasa.

Bildiririk ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil ediləcək növbəti kursun imtahanının nə vaxt başlayacağına aydınlıq gətirilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Aqil rəsulov Soruşur Yazılma Tarixi:25.12.2015 23:27:19

Salam men Herbi hava quvvelerine maxe kimi ise duzelmek isteyirem.Men hara muraciyyet etmeliyem.

Bildiririk ki, Hərbi Hava Qüvvələrində hərbi xid­mət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
sarif hemzeyev Soruşur Yazılma Tarixi:25.12.2015 23:06:45

salam axwaminiz xeyir sag gozum zeyifdi gormur amma esger aparirlar meni bu duzdu men yararliyam esgerliye xahiw bir cavab yazin

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897