Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
agasiri bayramov Soruşur Yazılma Tarixi:25.12.2015 22:27:34

Salam,bayramov tural hal hazirda herbi xidmetdedi.bayramov tural muddetden artiq xidmet etmek isteyir,lakin ona deyibler ki atan bayramov azer naib oglu uc il ceza cekib.amma bu bele deyil bayramov azer iki il ovto qeza ile ceza alib.azer Bayramov qarabag muharbe vetrandi.tural bayramov muddeten artiq herbide qulluq ede biler?ede bilerse bize komeg edin ve ya hara muraciyyet ede bileceymizi deyin?

Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələ Tural Bayramovun  hərbi xidmət keçdiyi hərbi hissənin komandirinin və həmin hərbi hissənin tabe olduğu Nazirliyin səlahiyyətlərinə aiddir.
Ali Huseynli Soruşur Yazılma Tarixi:25.12.2015 20:17:45

Çağrîşçî hansî xestelikden eziyyet çekdiyi zaman xestelikler cedvelinin 1-ci qrafasinin 18 b maddesine esasen sülh dövründe herbi xidmete yararsîz,müharibe dövründe mâhdud yararlî sayîlîr? cavab yazdîğînîz üçün evvelceden teşekkür edirem.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 18-ci maddəsinin “b” bəndinin I qrafasına “Mülayim dərəcədə ifadə olunmuş, davamsız kompensasiya ilə və ya kompensasiya olunmuş şəxsiyyət pozuntuları” aiddir.
Rəşad Qəhrəmanzadə Soruşur Yazılma Tarixi:25.12.2015 18:48:44

Mənim 18 yaşım yanvarın 28i tamam olacağ.Çağırışım 29u olacağ yoxsa 30u?

Bildiririk ki,  vətəndaşlar həqiqi hərbi xidmətə hər çağırış ayının (yanvar, aprel, iyul, oktyabr) 1-dən 30-dək qeydiyyatda olduqları idarə, şöbə və ya bölmə tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndərilirlər.
mamedov cavidan Soruşur Yazılma Tarixi:25.12.2015 18:13:50

gepatit b virusu ile ve tesdiq olunmus qeyri spesefik xorali kolit xesteliyi ile esgerlikden terxis olunur mu

B virus hepatiti səthi antigeninin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır. Həzm funksiyasının pozulması dərəcəsindən və kəskinləşmələrin tezliyindən asılı olmayaraq, xroniki residivləşən qeyri-spesifik xoralı kolitlər ilə çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Kamal Sirinov Soruşur Yazılma Tarixi:25.12.2015 12:36:15

Salam, men Sirinov Kamal Eziz Oglu, 30.05.1993 cu il tevelludem. Cebrayil rayon herbi komisarliqinda qeydiyyatdayam. bu ayin evvellerinde Herbi hekim Komissiyasindan kecdim. Komissiyadan helede bir xeberyoxdur. Xais edirem mene bir cavab deyin. Komissiya haqqimda ne qerar verib? Cox xais edirem cavablandirasiniz.

Məlum olmuşdur ki, Siz, 14.12.2015-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Abdullayev Elesger Soruşur Yazılma Tarixi:25.12.2015 11:42:28

Salam men 2010 cu ilde herbi xidmete cagrildim , amma meni valdeyinlerim terefinen saxlanildim , ve herbi biletimi yararsiz kimi almişam , buna baxmayaraq Kelbecer ray,. Komıssarlığına muracıet etmışem ,herbi xidmet etmek ucun , hec bir xesteliyim yoxtu , amma menim muracietime hec kimse cavab vermedi , mende sizden xaiş edırem artıq derecede mene komeklık edesınız hamı kımı esger olmaq ısteyırem bır cox arzularım var hec bır yere ışe gotmurler cunkı herbı bıletım yararsız olduqu ucun , nece edım mene komeklık gosterın

Bildiririk ki, sağlamlıq vəziyyətinizin təkrar yoxlanılması və hərbi xidmətə yararlı olub-olmamağınıza aydınlıq gətirilməsi üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinə müraciət edə bilərsiniz.
Cosqun Memmedov Soruşur Yazılma Tarixi:25.12.2015 10:09:03

Salam.Men 2007 2009 cu illerde herbi xidmetde olmusam.herbi xidmet dovrunu bitirmeye on bes gun qalmis kor bagarsaq agrisi ile hospitala yerlesdirildim lakin herbi hissedeki zabitlerin sehlenkarligi ucbatindan men hospitala bir nece gun gec getirilmisdim,bu sebebden 3 defe agir emeliyyat olundum,uc ay hospitalda qaldim nehayet sagaldim amma bu xestelik sagalarken arxasi uste cox yatdigimdan primaniya olmuwdum bu xesteliye qarsida mualice olundum ve sagaldim ,ozumude cox yaxsi hiss edirem ,amma herbi biletimi yararsiz verdiler .bes men bu qeder eziyyet cekib xidmet elemiwdim bir il alti ay sonrada nece ay hospitallarda,men yararli herbi bilet ala bileremmi, bunun bir yolu varmi,bununla elaqedar kime hara muraciet ede bilerem xahis edirem cavab yazin

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, əvvələr hərbi xidmət keçdiyiniz qoşun növünün Hərbi Həkim Komissiyası tərəfindən barənizdə verdiyi qərarının dəyişdirilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, sağlamlıq vəziyyətinizin yoxlanılması və bu barədə hərbi biletinizdə müvafiq qeydlərin aparılması üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz.
Enare Qurbanova Soruşur Yazılma Tarixi:24.12.2015 21:44:14

salam xahis edirem etrafli yazin gizirlik kursu ucun ise qebul etdiyniz xanilmarin yas heddi nece yasdan nece yasa olmalidi ayrica ne zaman kurslara qebul edirsiz ?

Bildiririk ki,“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun müvafiq maddələrinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Oruc Oruclu Soruşur Yazılma Tarixi:24.12.2015 21:13:43

Salam.men bilmek isderdimki esgere mezuniyyet necenci ayinda verilir

Qeyd etdiyiniz məsələ ilə bağlı əsgərin xidmət etdiyi qoşun növünün komandanlığına müraciət etməyinizi tövsiyə edirik.
mustafayev Vusal Soruşur Yazılma Tarixi:24.12.2015 21:02:46

salam.men bilmek isteyirem maxeler ucun cagiris ne vaxtdi.ve deyiller teze ilin aprel ayi ucun cagirisdi.bu duzdu?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla)daxil olurlar. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun hansı tarixdə başlayacağına aydınlıq gətirilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897