Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mirhadı İsalı Soruşur Yazılma Tarixi:24.12.2015 20:43:49

Salam.02.2016-cı ildə 18 yaşım tamam olur.Ali məktəbə may ayında imtahan vermək uçun çağırıçdan möhlət ala bilərəmmi?

Bildiririk ki, 2016-cı ildə orta ümumtəhsil məktəbini bitirəcəyiniz halda respublikanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edə bilərsiniz.
Mehdi xancanov Soruşur Yazılma Tarixi:24.12.2015 19:27:59

2015 yanvar ayinda geden, deqiq hansi ayda texlis olur?

 Bildiririk ki, 2015-ci ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndərilmiş ali təhsilli vətəndaşlar 2016-cı ilin yanvar ayı ərzində, orta təhsillilər isə iyul ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Araz Agazade Soruşur Yazılma Tarixi:24.12.2015 18:05:06

men yanvar cagiriscisiyam. herbi komisarliqdan meni sabuncu rayon 3 sayli xestexnasina gonderis verilib. nevropatoloq ve cerrah terefinden. xestexanadan 2 diyaqnoz verildi. 1. vegetative damar distaniyasi. 2. onurganin 1 ci dereceli skolyozu ve 2 ci dereceli kifozu. men bu diyaqnozla herbi xitmete yararliyam. yoxsa mene mohlet verilecek ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elnur hesenov Soruşur Yazılma Tarixi:24.12.2015 18:02:34

Xais edirem bu sualmada cavab veresüz silahl qüveler nizamnamesinde mutdetden artq xidmetden ehtiyata buraxlanardan hanslar yaraszd men e bendinen buraxlmwam xais edirem etrafl cavab veresiniz bunla bagl harasa sikayet edmeliyemi

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan yuxarı inzibati orqana və ya məhkəməyə şikayət vermək hüququna malikdirlər.
memmedov elxan Soruşur Yazılma Tarixi:24.12.2015 16:45:44

salam.men herbi qullugu 8 il evel bitirmiwem.ama indi vetene xidmet etmek heme iwlemek isteyirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və qanunvericiliklə yaradılmış başqa silahlı birləşmələrinin komandanlıqlarına müraciət etməlisiniz.
Elnur Shirinov Soruşur Yazılma Tarixi:24.12.2015 16:22:11

Salam.Menim 20 yashim var.Hazirda incesenet kollecinin 4cu kurs telebesiyem.Sonuncu ilimdir bitirirem kolleci.Sonra ressamliq akademiyasina sened vereceyem.Bilmek isteyirdimki sened verib qebul olsam oxumaq olar yoxsa herbi xidmete getmeliyem?azad olunmaq mumkundur?

Bildiririk ki, Siz kolleci bitirdikdən sonra mövcud qanunvericiliyə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
emil huseynov Soruşur Yazılma Tarixi:24.12.2015 15:32:02

salam men2012 ci ilde heyder eliyev adina AAHM bitimiriwem Aile veziyeyteine gore raprot yazmiwm texris olunma barede ve 2014 cu ilde herbi xidmet kecme hagginda esasnamenin 156.e gore ehtyata buraxilmiwam yeniden Silahli guvveler siralarin gayida bileremmi?

Bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qayıtmaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Vusale Memmedova Soruşur Yazılma Tarixi:24.12.2015 15:21:57

Salam. 24 yashim var herbi xidmete goshulmaq yaxud islem isteyirem.Hara muraciet etmeliyem ve hansi senedler lazimdir?

Bildiririk ki,“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun müvafiq maddələrinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Azer Ahmedov Soruşur Yazılma Tarixi:24.12.2015 15:03:53

18.12.2015-ci ilde test imtahaninda istirak etmisem.Netice barede mene melumat verilmeyib.Xahis edirem mene bu barede melumat veresiniz.

Nəzərinizə çatdırırıq ki, 18.12.2015-ci il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Eliyev Serdar Soruşur Yazılma Tarixi:24.12.2015 14:13:07

salam.sulh dovru ucun herbi xidmete yararsiz olan Selimov Teymuraz Mehed oglunun saglamligi imkan verirmiki o Qayadibi kend mektebinde hem ibtidai sinif muellimi,hemde direktor vezifesinde caliwir.bunun qanuna uygunlugu varmi.saglamliq arayiwini hansi orqanlari haqda alir

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qeyd edirik ki, vətəndaşların hər hansı dövlət orqanına işə qəbul olunma tələbləri (həmçinin sağlamlıq vəziyyəti) Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətinin səlahiyətinə daxil deyil.
Cədvəldə sətir sayı :14897