Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan İlyasov Soruşur Yazılma Tarixi:29.12.2015 07:44:15

Salam. Menim 18 yaşım var və məktəbdə təhsil alıram hələki. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqəm istifadeye yararsızdır (paltaryuyanda yuyulub). Nə etməliyəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Ruslan semedzade Soruşur Yazılma Tarixi:28.12.2015 23:44:48

Salam men ruslan semedzade 97 tevelludem...univeriste hazirlawdiqimcun 6 ay astocka almiwimdim ve indi astrockam bitib bilmey istəyirəm meni niye esger aparmirlar ??? Cox xaiw sualima cvb yazin

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Zekiyev Elsen Soruşur Yazılma Tarixi:28.12.2015 22:49:30

Men SQ-da maxi kimi ise qebul olmaq isteyirem.Ozumde sq-da xidmet elemisem Naxcivanda.Boyum 1.77.cekim.85kq.MEN neter oraylan elaqe saxlayim.Xais eleyirem mene komeklik eleyerdiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və qanunvericiliklə yaradılmış başqa silahlı birləşmələrinin komandanlıqlarına müraciət etməlisiniz.
emin Soruşur Yazılma Tarixi:28.12.2015 22:48:14

salam men herbiden niqodni veribler 17b ile 2 qrupla mene ne qeder pensiye ve konferensiya verlecekxahis edirem cavab yazardiz

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə özünüz haqqında ətraflı məlumat vermədiyiniz üçün cavablandırılması mümkün deyil.
Sahid Rzazade Soruşur Yazılma Tarixi:28.12.2015 21:12:33

Salam men herbi xidmeti bitirmisem tekrar herbiye qayitmaq isteyirem gzir ve ya maxe kimi bunun ucun hara muraciyet etmeliyem ozum Astarada yasayiram xais edirem sualima cavab veresiz

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar: - müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla); - gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla);   Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hər­bi xidmətə qayıtmaq istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Azer Velizade Soruşur Yazılma Tarixi:28.12.2015 20:12:59

salam,19.12.2015 ci ilde imtahanda olmusam.kecib kecmediyim haqda melumat oyrenmey isdiyirem.Zehmet olmasa bir melumat veresiniz.

Nəzərinizə çatdırırıq ki, 18.12.2015-ci il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
sadiq isayev Soruşur Yazılma Tarixi:28.12.2015 17:31:58

salam.Men apincsitden emelliyyat olmuwam aprel yainda herbiye gedmeliyem herbi ucun yararliyam yoxsa yox ?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Mustafayev Nazim Soruşur Yazılma Tarixi:28.12.2015 14:52:22

Salam men bilmek isteyirem 2010cu ilde bes serencam imzalanibki her 5ilden bir mart ayinda texris olan prizivler martin 8i texris olunsunlar bu dogrudurmu?

Bildiririk ki, xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları Azərbaycan Respublikasının Prezidentinin müvafiq aktı əsasında ehtiyata yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək buraxılırlar.
Axundova Yegane Soruşur Yazılma Tarixi:28.12.2015 14:37:37

Salam,men Azerbaycan Milli Ordusunda işləmək istəyirəm bunla bağlı hara müraciət etməliyəm zəhmət olmasa koməylik gösdərərdiz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Ulvi Huseyn Soruşur Yazılma Tarixi:28.12.2015 12:56:44

Salam.Mənim xalamoglunun ayağının altı düzdü (3cu dereceli yaziblar).İyul ayinda herbiye getmeli idi.2 cagiris yararsiz oldu.amma 3cu cagirisda yararli yaziblar.Bu nece olur?bu anadan gelme xestelikdir.Mualice olunmayib.amma herbiye yararli yazirlar.Basqa rayonun voenkamatinda ise 3cu derecelilere yararsiz yazib herbi biletlerini qaytariblar ozlerine.Cox xahis edirem cavablandirasiz bu suali....Tessekkurler....

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14897