Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamran Əlizadə Soruşur Yazılma Tarixi:30.12.2015 18:36:59

salam. 9100-dan sms vasitəsi ilə məlumat alıram ki, xidmət olunacaq qoşun növü (EN) qoşun növüdür? EN nə deməkdir? Yəni EN deyiləndə hara nəzərdə tutulur? Əvvəlcədən təşəkkürlər.

Ədliyyə Nazirliyi
Sefer Memmedov Soruşur Yazılma Tarixi:30.12.2015 16:10:47

Salam.Burda ise qebul qaydalari necedir ve test varsa,hansi movzulardan suallar düşür?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Bagirov Kenan Soruşur Yazılma Tarixi:30.12.2015 15:36:23

Salam.yanvar ayinda cagiris ayin necesine qeder davam edir?meni muayineye gonermisdiler,muayineden de kecdim amma hele cagiris gelmeyib.

Bildiririk ki, 2016-cı ilin yanvar çağırışı yanvar ayının 30-dək davam edəcəkdir.
tural nəbiyev Soruşur Yazılma Tarixi:30.12.2015 15:08:04

salam qardaşım qafqaz universitetinin altıncı kursunda təhsilini davam etdirmək üçün iyul ayında komissarlığa arayış təqdim etmişdir ve bu arayışa heç bir etiraz olunmamışdı lakin dekabr ayının son günlərində komissarlıq bildirdi ki hərbi xidmətə getməlidi və həmin arayışı keçərsiz sayırlar heç bir əsas olmadan hal hazırda 6 ay qalıb ki qardaşım təhsilini bitirsin zəhmət olmasa deyə bilərsinizmi möhlət hüququnun verilməsi üçün hara kimə müraciət etməliyəm

Bildiririk ki, sualınızın cavablandırılması üçün qardaşınızın soyadını, adını, atasının adını, doğum tarixini və Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
sadiq Soruşur Yazılma Tarixi:30.12.2015 13:13:26

salam. men isayev sadiq aydin odlu 16.03.1998 ci il aprel ayinda xidmete gedmeliyem 2015 oktyabr ayinda kor bagarsagdan emeliyyat olmusam bilmek isdiyirem heribeye yararliyam yoxsa yox.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Orxan Tariyev Soruşur Yazılma Tarixi:30.12.2015 02:30:43

Salam,mülkü həyatında pnevmaniya xəstəliyini keçirən şəxs hərbi xidmətə getdikdə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edə bilərmi?

Bildiririk ki, sağlamlıq vəziyyəti ilə əlaqədar sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş çağırışçılar hava-desant qoşunları, üzən heyətlər, dəniz piyadası və xüsusi təyinatlı dəstələr istisna olmaqla digər qoşunlarda hərbi xidmət keçməyə yararlıdırlar.             Həmin çağırışçılar qeyd olunan qoşun növlərində arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə xidmətdə olduqları hərbi hissə komandanlığı tərəfindən təyin edilə bilərlər. 
kerimov sixkerim Soruşur Yazılma Tarixi:30.12.2015 00:54:47

salam men 2013-cu ilde quba rayonunda 1illik tib kursunu bitirmiwem hal hazirda 18 yasim var Yanvar aynin 4-du herbi xidmete yola duwurem ve herbici olmag isdeyirem ve sizden xaie edrrm mene bir meslehet veresiz ve birde harda gulug edecegmi bilmek isderdim munkunduse sagolun

Bildiririk ki, Siz Xidmətin Quba rayon şöbəsi tərəfindən 2016-cı ilin yanvar çağırışına cəlb olunaraq, müddətli həqiqi hərbi xidmət keçmək üçun sərəncamla 051 saylı hərbi hissəyə təyin olunmusunuz.
Ezizaga Abdullayev Soruşur Yazılma Tarixi:30.12.2015 00:17:46

Salam men abdullayev ezizaga eldar oglu 1997 dekabrn 29 unda anadan.olmuwam ve mene atpravka geldi getdim medkamisyalardan kewdim. Sol qolumda 4 dene kesiy oldugna gore meni 2 sayli eseb dispanserne gonderdiler dekabrn 1 i gedib yoxlaniwdan kecmiwem ve mene.dedilerki ola bilsin aprel prizivne qalasan vayenkamat dediki biz ozmuz zeng vurub xeber deyeceyik hele xeber demeyibler gedecegim haqqda mellumat mene hacana veriler???? Ve hansi tarixe xaiw edirem sualmi cavablandirasiz

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Röyal Xaliqov Soruşur Yazılma Tarixi:30.12.2015 00:11:41

Men bu il BDU da 4 cu kursda oxuyuram , bilmek isteyiremki ali tehsilli oldugum ucun herbi xidmetde oldugum mutdetde leytenant rutbesi alaraq xidmet ede bilerem ? ede bileremse bunun ucun neynemeliyem ? xaiw edirem etrafli izah edesiniz , tewekkurler

Bildiririk ki, leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
hesenrustrmov Soruşur Yazılma Tarixi:29.12.2015 21:58:35

salam.menim.agzimda.4.disim.yoxdi.bubirsilerde.curukdu.men.herniye.yarariyam

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897