Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
alikram agayev Soruşur Yazılma Tarixi:04.01.2016 00:44:13

salam men bilmek isteyiremki herbi xidmete vaxtindan evvel getmek olar ya yox menim 17 yasim var sadece bu barede daha etrafli oyrenmek istiyirem bele sey movcuddur heqiqi herbi xidmete vaxtindan evvel gedmek??????

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Vətəndaşların vaxtından əvvəl müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Pashayeva Soruşur Yazılma Tarixi:04.01.2016 00:05:55

Salam. Oğlum ali təhsillidir və 6 aydır həqiqi hərbi xidmətdədir. Bilmək istərdik, məzuniyyətə nə vaxt və neçə günlüyə buraxılacaq? Əvvəlcədən təşəkkürümüzü bildiririk.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı övladınızın xidmətdə olduğu qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
rustem Soruşur Yazılma Tarixi:04.01.2016 00:00:15

salam muellim tedris kurslar istenilen adam istirak ede biler? tedris odenislidir yoxsa pulsuz? tedrisden sonra mecburi teyinat var ?

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil.
Elza İs ayilova Soruşur Yazılma Tarixi:03.01.2016 23:47:56

Salam.Mənim iki oglum ikisi də Hepatit b dir.Bilmək istərdim onlar əsgər aparılacaq?Bir oglum Tibbdə oxuyur stomptoloq.O rezidentura oxuyandan sonra əsgər apatılacaq?

B virus hepatiti səthi antigeninin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Rustem Veliyev Soruşur Yazılma Tarixi:03.01.2016 20:57:57

1 ci partiya gedenlerin adlari kim hara duwub dekabr 30 bilindi. 2 ci partiya gedenlerin adlari ne vaxt cixir ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
memmedov qiyas Soruşur Yazılma Tarixi:03.01.2016 20:14:00

Salam menim herbi biletimde 35b derecesinden herbi xidmete yararsizam bu hansi xestelikdi,menim ikinci sualim men her 3 ilden bir. Herbi tibbi komesiyadan kecirem ve mohlet vahtim 10 01 2016 da bitir hele de mene prapiska gelmeyib bu ne ile elaqederdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 35-ci maddəsinin I qrafasına “Korluq, zəif görmə, rəng görmə anomaliyaları” aiddir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Ekber Yusufov Soruşur Yazılma Tarixi:03.01.2016 20:09:12

Salam men Yusufov Ekber 1997ci il tevelludluyem.men 2defe herbi kamissiyadaan kecmisem ve ayigimda 3dereceli duzluk var.bilmek isteyirem men herbiye yararliyam ?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Anar Hüseynov Soruşur Yazılma Tarixi:03.01.2016 16:25:48

Salam.Mən ali təhsilliyəm 34 yaşım var.Hərbi xidmətdə olmuşam.Zabit kimi xidmət etmək mümkündür?

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Elçin Hacıyev Soruşur Yazılma Tarixi:03.01.2016 15:58:15

Salam.Men 1989 ci il tevellüdlüyem 2007-2013 ci illerde Azerbaycan Tibb Universitetinde tehsil almışam.2013-06.2015 tarixine qeder Azerbaycan Tibb universitetinde rezidentura tehsilimi davam etmişem.yalniz 06.2015 tarixinde Turkiyede Rezidenturaya daxil olduğum üçün ATU rezidenturadan imtina edib Turkiyede rezidenturada tehsilime davam edirem.Sualım beledir.Turkiyede rezidentura tehsil aldigima aid butun senedleri Seferberlik idaresine gönderdiğim halda mene möhlet verile bilirmi?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.4-cü maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Həmin Qanununun 21-ci maddəsinə əsasən qeyd olunan təhsil müəssisələrində təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verildiyi üçün respublikada rezidentura təhsilindən imtina etdiyinizə görə möhlət hüququnuzu itirmisiniz.
Tural Mammedzade Soruşur Yazılma Tarixi:03.01.2016 15:30:27

Salam. Men konulu herbi xidmete getmek isdeyirem 20 yawim var vayeni biletimde yarasizdi. Yazlib. Eyaqim alti duz olduquna gore aparmadilar. Ve vayeni biletimi yarasizkimi yazdikar men Konulu. Esger ged biler. Mudafiye naziriyne mekdub gonderimiwem helem cavb gelir. Hergun gonderirem

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14897