Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ruslan Abbasov Soruşur Yazılma Tarixi:05.01.2016 12:27:13

Salam. 35 yasim var. Rutbem leytenantdi. Orduda xidmet etmisem. Rutbemi AZTU dan almisam. 120mm minaatan batereyasinda taqim komandiri islemisem. Yeniden orduda isleye bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Abbasov Elnur Soruşur Yazılma Tarixi:05.01.2016 11:54:47

Salam, mən Zamanlı Cavid Ağa oğlu 1994- cü il təvəllüdlüyəm ( Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi ). Bilmək istəyirəm ki mənim haqqımda nə qərar qəbul edilib və hansı xəstəliyə görə məni hərbi xidmətə aparmırlar ? Çox xahiş edirəm ki, cavablandirasiniz.

Məlum olmuşdur ki, 1994-cü il təvəllüdlü Zamanlı Cavid Ağa oğlu  nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmişdir. Möhlət hüququ bitdikdə C.A.Zamanlı təkrar tibbi müayinəyə cəlb olunacaqdır.
Elman Mustafayev Soruşur Yazılma Tarixi:05.01.2016 03:22:05

Salam Qardas DSX herbi deniz Quvvelerine Nece ise gire bilerem ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Cəfər Soruşur Yazılma Tarixi:05.01.2016 01:59:54

Salam.Mən RF vətəndaşıyam.Azerbaycanlıyam.Rusiyada dogulmsam.Xerbi xidmetde olmamisam.Men Azerbaycanda herbi xidmetimi Azerbacanda ede bilerem ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, yalnız Azərbaycan Respublikasının vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilirlər.
Aslan Aslanov Soruşur Yazılma Tarixi:05.01.2016 01:53:21

Salam,men Aslan Alsanov 23.11.1994 tevelludem Ali tehsilimi dondurub Herbi Xidmete Konullu olaraq gedirem. 06.01.2016 (DSX) tarixde herbi xidmete cagrilmisam ( Sumqayit h.k) Lakin,dislerime gore 10 gun mualice aliram hal hazirda ama mualice aldigim haqqda herbi kamisarliga sened teqdim ede bilmirem yeni menim cagirildim vaxtdan 10 gun gec getmeyime uzurlu sayilin icaze verilir yoxsa uzursuz sayilir indiki hal?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz Sumqayıt şəhər idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Elşən Soruşur Yazılma Tarixi:04.01.2016 23:52:41

Talasamiya dawiyicisi herbi xidmete sulh vaxti yararlidi ta yox.xestesi yoxa dawiyicisi

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin “a” bəndinin I qrafasına əsasən: talassemiya xəstəliyi olan çağırışçılar “Həm dinc dövrdə hərbi xidmətə yararsız, həm müharibə dövründə hərbi xidmətə yararsızdır”  hesab edilirlər.
Quluzade Misir Soruşur Yazılma Tarixi:04.01.2016 23:22:15

Salam Men Quluzadə Misir 1997-ci il iyun ayinin 8-de Sumqayit şəhərində anadan olmuşam.atam Quliyev Ilhami Misir oğlu Laçin rayonu qacqini olduğu uçun orada qeydiyatdayiq. Ancaq yaşim artiq tamam olsa belə məni herbi xitmete cağirmayiblar. Xahiş edirəm bununla maraqlanasiniz .Əvvəlcədən təşəkkür.

Bildiririk ki, Siz 2016-cı ilin aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
zakir tehmezov Soruşur Yazılma Tarixi:04.01.2016 23:02:10

Men gizir olmağ arzusundayam.bu arzumu heyata keçirmeyde mene kömey edin.28 yaşım var aileliyem.1 uşağım var

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
ulvi hesenzade Soruşur Yazılma Tarixi:04.01.2016 22:34:03

Salam 17yasinda konullu herbi xidmete getmek olar?

Bildiririk ki, Siz 18 yaşınız tamam olduqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Nicat Qafarov Soruşur Yazılma Tarixi:04.01.2016 22:32:51

Salam men 2003cu ilde herbi xidmete cagirilmisam.2004 cu ilden gizir kimi xidmet etmisem.2010 cu ilde muqavilem bitdiyi ucun ordu siralarindan ehtiyata buraxilmisam.Men SHXCDX de gizir kimi ise duzelmek isdeyirem.Xahis edirem komeklik gosteresiniz.

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin gizir qismində həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897