Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
xezer xudiyev Soruşur Yazılma Tarixi:05.01.2016 19:55:25

Salam neye gore sullhmeramli esgerlerine yardim etmirsiz bir satusdan bir adan bir madi dedtek etmirsiz

Bildiririk ki, Xidmətin saytında qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müraciət etməlisiniz.
Namazov Elməddin Soruşur Yazılma Tarixi:05.01.2016 19:51:38

Salam Əleykum.Mən 21 iyun 1996-cı ildə anadan olmuşam.Hərbi komissarlıqdan keçdim 6 ay möhlət verdilər..O müddət yanvar ayında başa çatıb və hələki çağırış gəlməyib.Bilmək istəyirəm mən hərbi xidmətə gedəcəm yoxsa yararsızam ?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Ramil Aliyev Soruşur Yazılma Tarixi:05.01.2016 19:44:18

SALAM MEN YAYDA ESGERLIYE GEDECEM VE MEN ISTEYIREM KI DUSMENLE UZ BE ZU OLAN SEHEDDERE DUSUM BUNUN UCUN NE ETMEK LAZIMDIR

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölünür. Çağırışçıların hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
Nurlan Babayev Soruşur Yazılma Tarixi:05.01.2016 15:59:09

Salam. Sinədə deformasiya varsa, və o da nəfəs almada problemlər yaradırsa, həmin şəxs hərbi xidmətə çağırıla bilər?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ruslan Abbasov Soruşur Yazılma Tarixi:05.01.2016 12:27:13

Salam. 35 yasim var. Rutbem leytenantdi. Orduda xidmet etmisem. Rutbemi AZTU dan almisam. 120mm minaatan batereyasinda taqim komandiri islemisem. Yeniden orduda isleye bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Abbasov Elnur Soruşur Yazılma Tarixi:05.01.2016 11:54:47

Salam, mən Zamanlı Cavid Ağa oğlu 1994- cü il təvəllüdlüyəm ( Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi ). Bilmək istəyirəm ki mənim haqqımda nə qərar qəbul edilib və hansı xəstəliyə görə məni hərbi xidmətə aparmırlar ? Çox xahiş edirəm ki, cavablandirasiniz.

Məlum olmuşdur ki, 1994-cü il təvəllüdlü Zamanlı Cavid Ağa oğlu  nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmişdir. Möhlət hüququ bitdikdə C.A.Zamanlı təkrar tibbi müayinəyə cəlb olunacaqdır.
Elman Mustafayev Soruşur Yazılma Tarixi:05.01.2016 03:22:05

Salam Qardas DSX herbi deniz Quvvelerine Nece ise gire bilerem ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Cəfər Soruşur Yazılma Tarixi:05.01.2016 01:59:54

Salam.Mən RF vətəndaşıyam.Azerbaycanlıyam.Rusiyada dogulmsam.Xerbi xidmetde olmamisam.Men Azerbaycanda herbi xidmetimi Azerbacanda ede bilerem ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, yalnız Azərbaycan Respublikasının vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilirlər.
Aslan Aslanov Soruşur Yazılma Tarixi:05.01.2016 01:53:21

Salam,men Aslan Alsanov 23.11.1994 tevelludem Ali tehsilimi dondurub Herbi Xidmete Konullu olaraq gedirem. 06.01.2016 (DSX) tarixde herbi xidmete cagrilmisam ( Sumqayit h.k) Lakin,dislerime gore 10 gun mualice aliram hal hazirda ama mualice aldigim haqqda herbi kamisarliga sened teqdim ede bilmirem yeni menim cagirildim vaxtdan 10 gun gec getmeyime uzurlu sayilin icaze verilir yoxsa uzursuz sayilir indiki hal?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz Sumqayıt şəhər idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Elşən Soruşur Yazılma Tarixi:04.01.2016 23:52:41

Talasamiya dawiyicisi herbi xidmete sulh vaxti yararlidi ta yox.xestesi yoxa dawiyicisi

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin “a” bəndinin I qrafasına əsasən: talassemiya xəstəliyi olan çağırışçılar “Həm dinc dövrdə hərbi xidmətə yararsız, həm müharibə dövründə hərbi xidmətə yararsızdır”  hesab edilirlər.
Cədvəldə sətir sayı :14891