Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ehmed Soruşur Yazılma Tarixi:03.01.2016 15:16:02

Salam 1999.09.21 ci ilde anadan olmusam efqanistan sulh meramliqa dusmek isdiyirem mene ne etmeliyem nece elemeliyim mene komeklik gosderin xais edirem tel 0514847830

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeçiliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
qasimov araz Soruşur Yazılma Tarixi:03.01.2016 01:55:16

9-sayli poliklinka psixiatriya hekim qaradagli gulnare menim valdeyimnnen danisib saxta yolnan pensiya cixarmaq isdeyir amma men buna mane oldum hekimnen sikayyetciyem onun ne ixtiyari varki valdeyimle danisib mennen xelvet is cevirsinler.hekimlerin coxusu rusvet alirlar sonra demeyinki azerbaycanda rusvet alan hekim yoxdur fakt olaraq goz qabagindadi men qarsisini almasaydim cixarardilar he birdeki .qaradagli gulnare hekim valdeyimnen sorusubki herbi bilete ne maddesi qoyulub valdeyim deyib ki 14b .hekimde deyibki yaxsi vaxtdi pensiya dusur buna demeyim buduki saxta sened hszirlmaq isdeyidiler

Bildiririk ki, Xidmətin elektron saytında qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etməlisiniz.
Həbibov Vasif Soruşur Yazılma Tarixi:03.01.2016 00:58:11

Salam.Men sizin Baş İdarəyə məktub yazıb göndərmişəm.amma cavabin almamisam.mümkunsə məktub cavablandirilarken menimle əlaqə saxlanila biler?? Sumqayitdan gondermisem.SS275252290AZ nomreli xebernameyle.

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına 28 dekabr 2015-ci il tarixdə daxil olmuş müraciətiniz tərəfimizdən icra olunmuş və cavab məktubu göndərilmişdir.
Celil Memmedquluzade Soruşur Yazılma Tarixi:03.01.2016 00:16:49

Men herbi xidmeti bitirmiwem.23yawim var.tam orta tehsilliyem ve kollec diplomum var.men daxili qowunlarda maxe kimi iwlemek isteyirem.mene komeklik edin.nece ede bilerem?ozumde kicik cavus rutbesinde olmuwam

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə müraciət etməlisiniz.
Ilkin sadiqov Soruşur Yazılma Tarixi:03.01.2016 00:13:48

Mən Sadıqov İlkin Mahir oğlu 1997.09.17 mənə oktyabr ayında əsgərliy düşürdü vaynkomatdan çağırdılar ama astroçka götürməli olduğ 3 aylığ Yanvara qədər Ama indi çağırmıyıblar Bilmək istiyirəmki çağırışım nə vaxt olacaq? Və hara düşəcəm?

Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Abdin Memmedov Soruşur Yazılma Tarixi:02.01.2016 22:35:09

Salam.Men herbi deniz quvvelerinde 2il 2001-2003 illerde heqiqi herbi xidmetde olmuwam.Men isteyirem ki,herbi gemide deyil qrajdan gemilerde iwlemekcun hara muraciet edim ve hansi senedleri toplayim.Herbide vezifem bash sukanci olub.

Bildiririk ki, Xidmətin saytında qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə işləmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Qasimova Xeyale Soruşur Yazılma Tarixi:02.01.2016 22:12:36

Men 1 ildi senedlermi vermisem idareye islemek isdeyirem deyirlerki senin yasin coxdu 30 yasim var meyer 40 yasina kimi deyil qizlara yas heddi DSX vermisem senedlermi

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Vusal Beyleroglu Soruşur Yazılma Tarixi:02.01.2016 22:02:35

Salam men 18.02.1998 tevelludundeyem 2016 fevralin 18de 18 yasim tamam olacaq bilmek isteyiremki hansi ay cagiris olacaq mene hansi ayda gedecem herbiye.???

Bildiririk ki, 18 fevral 2016-cı il tarixdə 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Qara Hesenov Soruşur Yazılma Tarixi:02.01.2016 21:53:30

Iyul ayında geden esgerlerin məzuniyyət vaxtı nə vaxtı?

Bildiririk ki, qeyd etdiyiniz məsələ hərbi hissənin daxili nizam qaydalarına uyğun olaraq həyata keçirilir. 
Ezizzade Rehman Soruşur Yazılma Tarixi:02.01.2016 21:24:20

Salam evvelceden diqqetinize gore tesekkur edirem. 2ci qurup gozden Elillye gore ehtiyata buraxilmisam. Gizir rutbesinde xidmət etmişem. Azərbaycan Respublikasınin erazi butovlu ugrunda dusmen gullesine tuş gelerek elil olmuşam amma TSEK terefinden elillik arayişima gozden iti olmayan dovlet işlerinde işleye biler sozunu qeyd ediblər. Men yeniden gozden iti olmayan bir işde evvel ki rutbemde xidmete qayitmaq isteyirem ve bilmek isteyirem bu mumkundur eger mumkundurse mene verilen pensiya xitmete getdikden sonra dayandirilacaqmi ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın   3.5-ci bəndinə əsasən, həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən əlavə olunan sənədlər aşağıdakılardır: 3.5.1. sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı. Bu Qaydanın 3.9-cu bəndinə əsasən, müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir: 3.9.4. Hərbi-həkim komissiyası tərəfindən keçirilən tibbi şəhadətləndirmənin nəticəsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edildikdə.
Cədvəldə sətir sayı :14897