Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Niyazi Soruşur Yazılma Tarixi:04.01.2016 22:00:39

Salam 31.01.1994 Yanvarın 6sı Herbi xidmete gedirem düşdüyüm qoşunun növü Daxili qoşunlardır bilmek istiyiremki haranın Daxili qoşunlarında xidmet edecem xaiş edirem meni melumatlandırardız .Qabaqcadan teşekkürler...

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
murad əliyev Soruşur Yazılma Tarixi:04.01.2016 20:22:47

salam.şexsiyyet vəsiqəsi olmayan çagirişçini heqiqi herbi xidmətə aparirlar?

Bildiririk ki, şəxsiyyət vəsiqəsinin olmaması çağırışçının müddətli həqiqi hərbi xidmətə göndərilməməsi üçün əsas vermir.
aydin omerov Soruşur Yazılma Tarixi:04.01.2016 18:36:23

Salam menim atam 2 ci qrup elildi qardasimda 1 ci qeul elil lal kardir men xidmete yararliyam yoxsa yox

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan, 19.1.5-ci maddəsinə əsasən isə himayəsində 18 yaşınadək və yaxud 1-ci qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmayan çağırışçılara verilir.
Kamil Elekberov Soruşur Yazılma Tarixi:04.01.2016 15:42:52

Salam mem yanvar ayinin 4-u esger getmeliydim amma adim cixmadi siyahida. Senedlerim Bakidadi dediler ve yerler yeniden cixacaq yoxsa bununla qurtarir..? Bilmey isdeyiremki bu ay gede bilerem yoxsa daha yox..?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
HƏMİD Soruşur Yazılma Tarixi:04.01.2016 14:29:16

Salam 29.11.1997 ci illem mene hele pavesqa gelmeyib ayyaqimin alti duzdu meni aparacaqlar esger yoxsa aparmayacaqlar bilmek isderdim

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
zeynalov namik Soruşur Yazılma Tarixi:04.01.2016 14:24:01

Herbiye konullu maxi kimi xidmet elemek istyrem gede bilmrem xaiw elyrem mene komek elyin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
selimzade tunar Soruşur Yazılma Tarixi:04.01.2016 12:40:40

2014 prizivleri deqiq yanvar ayinin necesi texris olur xahis edirem cavablandirasiz

Bildiririk ki, xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları yanvar ayının 1-dən 30-dək ehtiyata buraxılırlar.
Rustem Soruşur Yazılma Tarixi:04.01.2016 08:46:36

Salam men xarici olkede (Turkiyede) tehsil aliram herbi xidmet mohleti ucun hansi sened vermeliye univerisitetden ogrenci belgesi verirler telebe oldugum haqda sehadetname bundan basqada sened verilmir ve bizim esgerlik sobesi bunu qebul etmir xais eliyirem komey edin.

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Əli İbrahimov Soruşur Yazılma Tarixi:04.01.2016 05:06:25

Salam. Bakıda və ya başqa hansısa bölgədə kəşfiyyat kursu varmı? Əgər varsa zəhmət olmasa onun adresini deyərdiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Nihad Huseynov Soruşur Yazılma Tarixi:04.01.2016 01:04:32

Men muddetden artiq heqiqi herbi xidmet qulluqcusu isleyirdim meni Herbi xidmet kecme hakkinda esasnamenin156 ci maddesinin e bendine esasen texris edibler men yeniden herbi xidmete qayida bilerem??

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan yuxarı inzibati orqana və ya məhkəməyə şikayət vermək hüququna malikdirlər.
Cədvəldə sətir sayı :14897