Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murad Rəhimli Soruşur Yazılma Tarixi:02.01.2016 13:19:45

Salam,sizə bir sualım var,məsələn mən hərbi xidmətimi hərbi dəniz qüvvələrində və yaxud hərbi hava qüvvələrində etmək istəyirəm.buna görə nə etmək lazımdır??xahiş edirəm sualımı cavablandırasınız..

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölünür. Çağırışçıların hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
Hasimov ruslan kamil oglu Soruşur Yazılma Tarixi:02.01.2016 02:00:17

Manim panzda 3 darazali yasti daban kimi sayiliyam zox sagllamam harbi haxidmAta aparmirlar na etmaliyam ki gedim

Sizin təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Araz Quliyev Soruşur Yazılma Tarixi:02.01.2016 00:22:01

Ali tehsilliyem yanvarin 5 i herbi xitmete gedirem.ixtisasim arxiv iwidi.leytinant ola bilerem?

Bildiririk ki, leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Behruz Bayramov Soruşur Yazılma Tarixi:01.01.2016 22:27:51

Salam.Men 2006-2010 ci ilde GDU ni bitirmisem 2010-2011 ci ilde herbi xidmeti esger kimi basa vurmusam. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit kimi xidmet eliye bilremmi.Hal hazirda issizem xais edirem komek edesiniz

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Orxan celilzade Soruşur Yazılma Tarixi:01.01.2016 22:15:57

Salam.Men ali universiteti bitirib milli ordunun sıralarında xidmet edirem ve orada zabit qalaraq xidmet etmek isteyirem,lakin nikadr leytinantkimi xidmetim bitenden sonra men xaricde tehsilimi davam etmek meqsedi ile olkeni terk ede bilerem geri gelmek serti ile tehsil bitdikden sonra? Bir sualda,nikadr leytinant olaraq xidmet nece illiydi ve xidmet bitenden sonra ordudan ayrıla bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdiri­lir: 38.1.5. zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar – 1 il 6 ay. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər.
Mubariz Muradli Soruşur Yazılma Tarixi:01.01.2016 21:56:19

Salam men Mubariz Muradli. Size muraciyet edim meni apardilar yoxlanmaqa noyabir ayinda helede mene hecbir cavab vermiler zeng edirem deyiler deyeciyik men 1996 ci 06 ci ay 10 u anadan olmuwam menim yawidlarim bu gun xidmetden gelir men hele bilmirem gedecem ya qalacam xayiw edirem mene komek edin men fizuli rayon vayinkamatinan herbi xidmete caqrilar

Məlum olmuşdur ki, Sizin Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilən zaman səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq əlavə müayinəyə göndərilməniz məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Azər Məmmədov Soruşur Yazılma Tarixi:01.01.2016 20:58:35

Saalam men Memmedov Azər menim sol ayagımın altında problem var ve mene deiblerki senin ayagıvın altı düzdü ve menim gözümdede problem var yay vaxtı allergiya olur mende ve meni aparacaqlar esqerliye yoxsa yox?

1.Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. 2.Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. 3.Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Emin Agayev Soruşur Yazılma Tarixi:01.01.2016 20:21:47

Menim dayim oglu var cekisi coxdur.boyu 1.80,cekisi 120 kqdir. Gede biler esgerliye?zehmet olmasa cavab vererdiz

Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Lakin müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Himayət Nəsirov Soruşur Yazılma Tarixi:01.01.2016 19:01:59

Salam mən soruşmaq istiyirəm mənim gözum ikisidə zəifdi eynəy taxıram mən hərbi xidmətə yararlıyam ya yox?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elcin Xankiwiyev Soruşur Yazılma Tarixi:01.01.2016 18:30:51

Salam.Men yanvar ayinin 5i esger gedirem.Nikadir Leytinant kurslari 40 gunden sora bawlayir?Yoxsaki 9 aya qeder uzaldilib?Xaiw edirem bu barede mene melumat veresiniz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897