Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zaman Məmmədov Soruşur Yazılma Tarixi:08.01.2016 20:17:07

Salam.Mən,Məmmədov Zaman Namiq oğlu 1990-ciil oktyabrin 9-da Masallı rayon Hacıtəpə kəndində ziyalı ailəsində anadan olmuşam.Ali təhsilliyəm.Sülməramli qüvvələrdə xidmət etmək istəyirəm.Bunun ücün nə etməliyəm?Hərbi xidmətdə olmuşam.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
meherremov xaliq Soruşur Yazılma Tarixi:08.01.2016 20:00:28

Bilmek isteyirdim ki, kollec bitirenler mudafie nazirliyinde zabit kimi ishleye bilerler?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən, hərbi qulluqçuların digər kateqoriyalarına və hərbi vəzifəlilərə hərbi rütbələr “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin tələblərinə müvafiq qaydada verilir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinə əsasən, hərbi təhsil müəssisələrini, hazırlıq kurslarını və ya hərbi ixtisas hazırlığına yaxın mülki tədris müəssisələrini bitirmiş, o cümlədən ehtiyat zabitlərin hazırlığı üzrə təlim toplanışlarını keçmiş və s. ali təhsilli hərbi vəzifəlilərə “leytenant” hərbi rütbəsi verilir.
Məmmədova İlahə Nazim qızı Soruşur Yazılma Tarixi:08.01.2016 14:57:31

Mən Məmmədova İlahə Nazim qızı 12.04.1982-ci ildə anadan olmuşam. (DSMF Oğuz rayon şöbəsində-böyük inspektop, ƏSMM Baş Məşğullq İdarəsi Oğuz rayon şöbəsində- operator, Bakı Özəl Tibb Mərkəzində, Kompyüterdə sərbəst isləyirəm) Sizdən xahiş edirəm ki, mənim müraciətimi nəzərə alaraq Bakı şəhəri və Naxçıvan MR ərazisində yerləşən N saylı hərbi hissədə qulluq etmək üçün necə müraciət etməliyəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Bu Qanunun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Bayram Rəsulov Soruşur Yazılma Tarixi:08.01.2016 12:02:31

Mən 30.01.2016. 18 yaşım bitir bilmək istiyirəm ki yanvar ayında çağırışa düşürəmmi?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Elnur hesenov Soruşur Yazılma Tarixi:08.01.2016 02:20:04

Bilmey iseyirem mudetden artq xidmet eleyib ehtiyata buraxlan herbi quluqcular 154 ci madenin e bendiynen yeniden qayda biler muracet etmiwem dq ya yox cavab veribler bunla bagl harasa muracet etmeliyem yoxsa wikayet

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  (154-cü maddənin “e” bəndi açıqlansın) ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 154-cü maddəsinin “e” bəndi mövcud deyil.
eliyev Tural Soruşur Yazılma Tarixi:07.01.2016 23:51:53

Salam men esgerliye aparmirlar hara sikayet edim

Bildiririk ki, sualınızın cavablandırılması üçün soyadınızı, adınızı, atanızın adını, doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
Kenan Memmedli Soruşur Yazılma Tarixi:07.01.2016 22:45:00

Salam men size 30.12.2015 tarixinde yazdim men yazandan sonra yazanlara cavab yazdiniz mene yox sizden kecen defeki sualimda sorusdumki ? hansi hallarda ve hansi ceza novlerinden sonra herbi hisse komandiri xidmete uygunsuzluq cezasi vere biler yeqinki bu defe sualima cavab verersiniz

Hərbi qulluqçular Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.
Mədətli Cahangir Soruşur Yazılma Tarixi:07.01.2016 21:05:48

18 yaşım fevral ayında tamam olur.May ayında ali məktəbə imtahan vermək uçun mən necə möhlət ala bilərəm?

Bildiririk ki,  respublikanın ali məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmiş vətəndaşlara hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.    
Altun Hesen Soruşur Yazılma Tarixi:07.01.2016 20:23:48

Salam, men sizi mohletin verilmesi ile bagli narahat edirem. Ozum Tiblis Humanitar Univeristetinde eyani oxuyuram, ve men bilmek isterdim buradan arayis getirmekle mohlet huququ elde ede bileremmi ?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Şövqi Soruşur Yazılma Tarixi:07.01.2016 19:14:29

Salam Men Artiq 6 ildir ki eskerlikden saxlayiblar mende az derecede skalioz var deyirler ki yararsizsan ancaq men ozumu tam saqlam hiss edirem 2 ildir ki Aqır Atletika İdmanı İle Meşğulam ve bu mende Heçbir Prablem Yaradmır Bunu Hekimde Tesdiqleyir.Mende İsteyiremki Herbi Xidmet Çəkim Hərbir Azerbaycan Vetendaşının Borcudur.

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14897