Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fərid Məmmədov Soruşur Yazılma Tarixi:12.01.2016 12:41:47

Salam.Mən NMR-da 2006-2008 ci illərdə hərbi xidmətdə olmuşam. Nizami rayon qeydiyyatındayam. İndi istıyirəmki MAXE kimi könüllü hərbiyə qayıdım.Necə və hara müraciət etməliyəm ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Senan Suleymanov Soruşur Yazılma Tarixi:12.01.2016 11:51:27

Salam men size bir defe de yazdim hama cavab tapa bilmedim Men evin tek ogluyam 1.Esgerliye gedecem 2. Kollec qurtariram bu il 2016 da 2017 yanvarin 7 si de yasim tamam olur mene nese guzest var kolec qurtarmagima ? zehmet olmasa emaile atin burda tapa bilmirem

Siz 18 yaşınız tamam olduqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız. Bildiririk ki, mövcud qanunvericilikdə müddətli həqiqi hərbi xidmətə göndərilən zaman kollec bitirmiş vətəndaşlara hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
Resid Soruşur Yazılma Tarixi:12.01.2016 11:28:08

Salam Men 1998-ci ile avqustun 11anadan olmuwam meni oktiyabr ayinda herbiye cagiracaglar? Ola bilsin ki yanvara qalim?

Bildiririk ki, Sizin 11.08.2016-cı il tarixdə 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Sefer Memmedov Soruşur Yazılma Tarixi:12.01.2016 00:06:00

Salam. Bilmek olar test imtahanini kecdikden sonra zabit rütbesi almaq üçün kurs kecirilir ve ne qeder muddete?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Elekberov Anar Mayil oglu Soruşur Yazılma Tarixi:11.01.2016 22:27:48

Men Elekberov Anar daxili qosunda xidmet etmisem 3 ilde orada mudetden ariq da xidmet etmisem indise Mudafie Nazirliyinde xidmet etmek isdeyirem ferqi yoxdu post olsun menden otru teki xidmet olsun

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Huseyn Məmmədov Soruşur Yazılma Tarixi:11.01.2016 20:45:26

Salam. Men bilmek isterdim, Yay prizivi ne vaxt olaçaq???

Bildiririk ki, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir.
Əliqismət Əsədov Soruşur Yazılma Tarixi:11.01.2016 19:28:36

salam.mən ehtiyatda olan zabitəm.Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətində bir dəfə imtahan vermişəm və keçməmişəm.bilmək istərdim yenidən imtahanda iştirak ede bilərəmmi?Mümkunsə imtahanın vaxtında bilmək istərdim

Bildiririk ki, 17.04.2015-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Orucov Ilham Soruşur Yazılma Tarixi:11.01.2016 16:52:23

Salam men esgerliye getmek ucun muraciet etmisem. Mene cagiris vereqesi gelib yanvarda gedecekler siyahisinda olmaliyam ancaq melumatlari daxil edirem yazilir ki bele bir cagirisci tapilmayib. Defelerle meni menteqeye cagiriblar ki bu gun gedessen sabah gedessen. Men vaxti ile yararsiz idim herbi xidmete ama indi saglamliq kagizim var sagalmisam. Men gedib bu vetene xidmet etmek isteyirem. Nİye menim adim cixmir burda?

Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Amid ismayilov Soruşur Yazılma Tarixi:11.01.2016 14:42:36

salam menim 17 yasim var yanvarin 22 de 18 yasim tamam olacaq amma mene helede paveska gelmeyib ?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Elmir Soruşur Yazılma Tarixi:11.01.2016 12:55:28

Menim qolum emaliyat olub men bilmek isteyiremki konullu esger gede bilerem

Sizin təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14897