Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
bagirov zaur Soruşur Yazılma Tarixi:16.01.2016 13:01:47

men esgerlikden texris olmagima iki ay yarim vaxt qalib.medemnen emeliyyat olmusam.hal hazirda fizuli rayonunun ehmedbeyli kendinde hosbitalda yatiram.mene verilen melimata gore meni esgerlikden azad edib yararsiz kimi sened verecekler.bes menim 16 ay esgerlikde cekdiyim ezyet nece olacaq?mene genis melumat verin.

Nəzərinizə çatdırıram ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır qərarı ilə vaxtından əvvəl həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür. Bununla belə, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi xidmətə münasibətinə dair bütün məlumat və dəyişikliklər hərbi biletin xüsusi qeydlər bölməsində öz əksini tapmalıdır.
Elmin Soruşur Yazılma Tarixi:16.01.2016 10:36:23

Menim 21 yasim var. Ali tehsilimi bu il bitirirem men herbide ne isleye bilerem? Leytinat isleye bilerem?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar: - müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla); - gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla); - zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər.   Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hər­bi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
huseynov elvin Soruşur Yazılma Tarixi:15.01.2016 21:23:11

Salam mən 6 dəfə əmilliyyat kecirmişəm ayaq pəncələrimdən 3 qrupda əlillik dərəcəm var.Bilmək istəyirəm ki konulu hərbiyə gedə bilərəm.Hərbi biletimə dinc dovrfə yarasız muharibə dovründə yaralı yazılıb. Sag olun.

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Eli Humbetov Soruşur Yazılma Tarixi:15.01.2016 21:21:49

Salam 1980 ci il oktyabrci 11 anadan olmusam Herbiye gede bilerem?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar: - müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla); - gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla); - zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər.   Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hər­bi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Aydın Əliyev Soruşur Yazılma Tarixi:15.01.2016 21:08:27

Salam.Bilmek istiyərdim ki çevik alay və ypx nın işə qəbul üçün yaş həddi neçədir 25 dir yoxsa 30 ?

Bildiririk ki, Çevik Polis Alayında və Yol Patrul Xidmətində işə qəbulla bağlı yaş həddinin neçə olmasına aydınlıq gətirmək üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməlisiniz.
memmedov qabil Soruşur Yazılma Tarixi:15.01.2016 20:40:30

Orta ixtisasi kolleci qirmizi diplomla qurtardixda herbi xidmet 1 il olur?

Bildiririk ki, yalnız ali təhsil müəssisələrini bitirən çağırışçılar 1 il həqiqi hərbi xidmət keçirlər.
Taleh Ahmadov Soruşur Yazılma Tarixi:15.01.2016 20:29:52

Salam Muddetden artiq herbi xidmet etmek isteyirem Herbixidmet dovrunde kicik Cavus olmusam.Xidmet etmek ucun hara ve hansi senedleri toplamaliyam xais edirem etrafli melumatlandirasiniz.Tesekkur edirem.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütamadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­t hər­bi qulluqçularının hazırlığı kursu”nda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, gizir­lə­rin həqiqi hər­bi xid­mə­tınə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) könüllü da­xil olurlar. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti “Müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­t hər­bi qulluqçularının hazırlığı kursu”nun nə vaxt başlayacağına aydınlıq gətirilməsi ilə bağlı isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
suleyman esgerov Soruşur Yazılma Tarixi:15.01.2016 20:20:44

salam xais edirem cavablandirin.men herbi deniz quvvelerinde iwe daxil olmaq isteyirem bunun ucun hara ve hansi senedlerle muraciet ede bilerem

Bildiririk ki, Hərbi Dəniz Qüvvələrində işə daxil olmaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Vuqar ehmedzade Soruşur Yazılma Tarixi:15.01.2016 20:03:43

Salam.Men Xususi Teyinatli Destede xidmet etmek isteyirem.Usaqliq illerinden beri menim arzum XTD xidmet etmek olub.Özum 2013 aprel 2014 oktiyabr illerinde xidmetde olmusam...Cox böyuk derecede xais edirem mene bu isde komeg edesiniz...İmtahanlardanda kececeyime eminem...

Bildiririk ki, xüsusi təyinatlı dəstədə hərbi xid­mət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciət etməlisiniz.
Həsənli Qurban. Soruşur Yazılma Tarixi:15.01.2016 19:44:52

Mən Milli Aviasiya Akademiyasinın 4-cü kurs tələbəsiyəm. Leytenant rütbəsi almaq üçün hara və nə vaxt müraciət etməliyəm. Çağırış vaxtı , yoxsa çağırışdan əvvəl ? Hərbi hava və ya Hava hücümdan müdafiə qoşunlarında Leytenant kimi xidmət keçə bilərəm mi? Rütbə almaq üçün Tədris müddəti nə qədərdir ? İmtahan tədrisi bitirdikdən sonradır,yoxsa qəbulda?Tədris vaxtı İyulda başlayacaq ,yoxsa çağırışdan əvvəl ? Rütbə aldıqdan sonra hərbi xidmətin müddəti nə qədərdir? Mümkünsə müvafiq TTM-in ünvanı yazardınız.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.  Leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897