Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şahin Haciyev Soruşur Yazılma Tarixi:19.01.2016 00:26:04

Mən universteden Fevral cixsam mənim herbi xidmətə cağırılışa hansı ayda olacax

“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bildiririk ki, 2016-cı ilin fevral ayında universitetdən xaric olduğunuz halda 2016-cı ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
ezizov nurlan Soruşur Yazılma Tarixi:18.01.2016 23:34:07

salam men konulu herbi xidmete getmey isdyrem mudafiye nazrliyne hara muraciyet etmeliyem

Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Yadigar Həsənov Soruşur Yazılma Tarixi:18.01.2016 19:17:06

Salam axşamınız xeyir. 2015-ci ildə həqiqi hərbi xidməti bitirmişəm müddətdən artıq həqiqi hərbi qulluqçu olmaq istəyirəm hara müraciət etməliyəm?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütamadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­t hər­bi qulluqçularının hazırlığı kursu”nda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) könüllü da­xil olurlar. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti “Müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­t hər­bi qulluqçularının hazırlığı kursu”nun nə vaxt başlayacağına aydınlıq gətirilməsi ilə bağlı isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Bağırı Cəbrayıl Soruşur Yazılma Tarixi:18.01.2016 18:41:23

Mən necə paraşütçü yəni desatnik ola bilərəm.Azərbaycanda var elə guvvələr ?

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə mütəxəssislər Azərbaycan Respublikas Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair verilmiş sərəncamında  paraşütçü ixtisası üzrə mütəxəssislərin hazırlığı nəzərdə tutulmamışdır. Bununla əlaqədar cari ildə bu ixtisas üzrə kursların təşkili planladırılmamışdır.
Elmar Zeynalov Soruşur Yazılma Tarixi:18.01.2016 18:12:17

salam men gizir olmaq isteyirem bunun ucun mene hansi senedler lazimdi di ve nece ay kurs oxumaliyam?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütamadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”nda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizir­lə­rin həqiqi hər­bi xid­mə­tınə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) könüllü da­xil olurlar. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti “Gizir hazırlığı kursu”nun nə vaxt başlayacağına və hansı müddətə olacağına aydınlıq gətirilməsi ilə bağlı isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Rahmanov Seymur Soruşur Yazılma Tarixi:18.01.2016 18:04:41

Salam Ali tehsilliyem.Artiq 7 aydir Azerbaycan Respublikasi Silahli Quvveleri siralarinda xidmet edirem.Azerbaycan Diller Universitetinin Regionsunasliq ve Beynelxalq Munasibetler fakultesini bitirmisem.Ixtisasim QAFQAZSUNAS.Bilmek isterdimki 9 ay tamam olduqdan sonre ixtisasim uzre zabit isleye bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olduğunuz qoşun növünün komandanlığına müraciət etməyinizi tövsiyə edirik.
Musayev Musfiq Soruşur Yazılma Tarixi:18.01.2016 10:16:53

Salam men 01.03.16 tarixinde heqiqi xidmeti basa vurmusam (MIlli orduda) deyilenlere gore men 6 ay olkeni terk ede bilmerem bu dogrudurmu??

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, qanunla müəyyənləşdirilmiş xidmət müddətini başa vurmuş şəxslərin ölkə hüdudlarından kənara çıxmasına hər-hansı məhdudiyyətin qoyulması nəzərdə tutulmamışdır.
Emil Soruşur Yazılma Tarixi:17.01.2016 22:19:45

Salam men 1997 ci ilde doğulmuşam türkiyede oxumuşam orta tehsilim var bilmek isteyirem ki men herbide qalıb işleyebileremmi boyum 1.80 çekim 85 yanvar priziviyem halhazırda türkiyede yaşayıram türk dilini temiz bilirem

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
raid kərimov Soruşur Yazılma Tarixi:17.01.2016 18:13:27

mən kərimov raid bəhram oğlu uşaqlıqdan atamla birlikdəsiya Federasiyasında Ru yaşamışam.18 yaşım bitməzdən əvvəl Rusiyada 4 il ,azadlığa buraxildıqdan sonra yenidən 3 il müddətinə məhkum edilmişəm.Məhkumluğum bitdikdən sonra yaşadığım Zaqatala rayonuna gəlmiçəm.Hərbi qeydiyyata düşmək məqsədi ilə lazımı sənədləri təqdim etdikdə məhkumluq haqqında arayışdan əlavə məhkəmə qərarlarını məndən tələb etdilər.Həmin məhkəmə qərarlarının əldə edə bilmirəm.Hərbi qeydiyyata düşərkən yalnız məhkumluq haqqında arayış kifayət edirmi.

Cəzaçəkmə yerlərindən gəlmiş çağırış yaşlı vətəndaşlar rayon (şəhər) idarə, şöbə və bölmə rəislərinin adına yazılmış ərizə və cəzaçəkmə yerindən buraxılma haqqında arayış əsasında hərbi qeydiyyata alınırlar.
yasin veliyev Soruşur Yazılma Tarixi:17.01.2016 16:32:57

salam men bilmey isderdm gizirlik kurslarina qebul ne vaxt baslayr .

Bildiririk ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində növbəti “Gizir hazırlığı kursu”nun nə vaxt başlayacağına aydınlıq gətirilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897