Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Resad Abdullazade Soruşur Yazılma Tarixi:22.01.2016 18:36:57

Salam.Mənim 17 yaşım var.konullu olaraq sərhəd xidmətinə gedə bilərəm?

Bildiririk ki, Siz 18 yaşınız tamam olduqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Memmedov Yunus Soruşur Yazılma Tarixi:22.01.2016 16:16:50

Salam Men Memmedov Yunus Arif oglu qeydiyyatim Suraxani rayon komisarligi. Xesteliyimle elaqedar ne qerar verildiyini deyerdiz xais edirem

Məlum olmuşdur ki, Siz,  nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
ŞƏMSİ SƏMƏDOV Soruşur Yazılma Tarixi:22.01.2016 15:00:47

salam..ttm kurslari ne vaxt baslayir?

Bildiririk ki, “Zabit hazırlığı kursu” və “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Zeynalov Emil Soruşur Yazılma Tarixi:22.01.2016 08:44:18

Salam, men sizin xidmetde işlemek isteyirem. Ehtiyatda olan zabitem. Naxçıvan MR- da elahide taborda yanacaq xidmet reisi işlemişem. Sizin xidmetde müraciet etsem işe gotürüleremmi, eger götürülsem hansı vezifeye götürülecem? Zehmet olmasa melumat verediniz.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
tevekkul veliyev Soruşur Yazılma Tarixi:22.01.2016 00:11:24

salam menim 20 yasim var 2014 aprel ayinda herbi xidmete getmeliydim amma atamla anam 1 ci qurup elildi men indi konulu getmek istiyirem nece gede bilerem

Bildiririk ki, ailə vəziyyətinə görə möhlət hüququna malik olan çağırışçıların könüllü şəkildə möhlət hüququndan imtina edərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Xəyal Soruşur Yazılma Tarixi:21.01.2016 19:36:00

Salam. Mən iyulun 19u 18 yaşımı tamam edirəm.Bilmək istəyirəmki mən iyul çağırışında hərbi xidmətə cəlb olunacam yoxsa oktyabr ??

Bildiririk ki, 19 iyul 2016-cı il tarixdə 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Xəyal Əliyev Soruşur Yazılma Tarixi:21.01.2016 14:29:16

Xahiş edirem mənim sualima cavab verin mən hərbi səfərbərlik xidmətinin Cəbrayil bölməsinin mənim haqqimda çıxardıqı qərəra ehtiraz edirəm mənim təkrar tibbi baxışa çaqrilmaqimi istəyirəm.Mən nə olur olsun vətənimə xidmət etmək estəyirəm xahiş edirəm mənə nə etməli olduqumu deyesiz.

Nəzərinizə çatdırırıq ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Cəbrayıl rayon bölməsinə təqdim edildiyi halda mümkündür.
Şəmsəddin Əhmədov Soruşur Yazılma Tarixi:21.01.2016 13:03:58

Salam. Mən artıq ikinci dəfədir ki, müraciət edirəm və çox xahiş edirəm müraciətimə qanuna uyğun cavab verəsiz, Mən 1991-ci il təvvəllüdlüyəm. orta ixtisas təhsilim var,İxtisasca Yol Polisi vüfəttişiyəm.Bir neçə kurslarda təhsil almışam Kompuyuter və Mühasibat uçotu üzrə. Həqiqi hərbi xidmətdə olmuşam. Hal-hazırda musiqi məktəbində kərgüzar işləyirəm. Mən bilmək istəyirəm ki, SHXÇDX-ində və yaxudda yaşadığı Ağdam rayonunda yerləşən hərbi hissədə yuxarıda qeyd etdiyim ixtisaslarıma uyğun xidmətdən artıq hərbi qulluqçu kimi işləyə bilərəm? Və bunun üçün nə etməliyəm və hara müraciət edim?

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu qismində həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu qismində həqiqi hərbi xidmətə qəbul etmək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə, aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Xeyal Soruşur Yazılma Tarixi:21.01.2016 12:39:37

salam Herbi ekspertizada C 2 ne demekdi herbiye getmek olar ya yox

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 2-ci maddəsinin “c” bəndinə “Tənəffüs orqanlarının vərəmi (ağciyərin, bronxların, döşqəfəsidaxili limfa düyünlərinin, plevranın vərəmi): kliniki müalicə olunmuş” aiddir.
Vuqar Vahidli Soruşur Yazılma Tarixi:21.01.2016 12:20:28

Salam.menim himayemde ikinci qrup elil valideynim var .mene herbi xidmetden mohlet huququ verilirmi?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan çağırışçılara verilir.
Cədvəldə sətir sayı :14897