Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sahin Haciyev Soruşur Yazılma Tarixi:26.01.2016 21:37:36

salam menim sualim ondan ibaretdirki men fevral ayinda universtetden cixsam hansi ayda herbiye cagirilacam ve cagirilmadan once yeniden TQDK sened vere bileremi

“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bildiririk ki, 2016-cı ilin fevral ayında universitetdən xaric olunduğunuz halda, 2016-cı ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz və Sizə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında təkrar iştirak etmək üçün möhlət verilməsinə qanuni əsas yoxdur.
Cavanwir Goylerov Soruşur Yazılma Tarixi:26.01.2016 20:00:25

salam men mekdebde oxuyuram,,menim 18yawim,,bitib yanvarda,,men arayiw vermiwem vayinkamta yeniki mekdebde oxuyuram,,mene gene aprelde povuska gele bilermi onu bilmek isdeyirem,.

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alan  çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan 20 yaşınadək möhlət verilir.
Huseynova emine Soruşur Yazılma Tarixi:26.01.2016 19:50:14

Salam, yaxinimiz 5 yanvar 2016 ci il tarixinde herbi xidmete gedib, qosun novu fovqelade halar nazirliyi. Bilmek isdiyirdik andicme merasimi ne vaxt olacaq? Ve aile uzvleri ile gorus olacaqmi, nece, hansi sertlerle?

Qeyd etdiyiniz məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Habil Qüdrətli Soruşur Yazılma Tarixi:26.01.2016 18:09:08

Salam, dünən Daxili Qoşunlarda xidmət etməkdən azad edildim. Bu bu ayın çağırış müddətində milli orduya xidmətə getmək üçün haraya ərizə verməliyəm?

Bildiririk ki, 2016-cı ilin yanvar çağırışı üçün verilmiş çağırış tapşırığı yerinə yetirildiyinə görə 2016-cı ilin aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndəriləcəksiniz.
Boran Əliyev Soruşur Yazılma Tarixi:26.01.2016 15:42:25

Salam mən 2015ci ildə universiteti bitirdim və iyul ayında xidmətə çağırıldım 1993 noyabr da doğulmuşam hhk dan keçdim və 72 c maddəsilə 3 il möhlət aldım indi mən vaxtınnan əvvəl necə gedim xidmətə polis orqanlarına qəbul olmuram buna görədə

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Fərid Məmmədzadə Soruşur Yazılma Tarixi:26.01.2016 15:31:15

Salam. Ad gunum 29 iyundadi, iyulun 1 i cagiris olacaq, idman akademiyasinda oxuyuram, cagiris gelen vaxt men akademiyadan sened aparib erazi vayenkamatdigina verdikde oyrene bilerem ki hara dusmus olacam ?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Memmedzade Ferid Soruşur Yazılma Tarixi:26.01.2016 15:23:32

Salam. Bilmek istiyirem herbi xidmete cagirildiqda şexsin melumatlarina baxılıb secilerek teyin olunur hansi qosun novune duseceyi ? mesel ucun boyu, tehsili, basqa keyfiyyetlerine baxilaraq teyin edilir xidmet yeri ?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Bu zaman çağırışçının antropometrik göstəriciləri (boy, çəki) onun təyin olunduğu  qoşun növünün tələblərinə cavab verməlidir.
Elvin Knyazov Soruşur Yazılma Tarixi:26.01.2016 15:09:12

Salam. SHXÇDX-nin rayonlardakı şöbələrinə (hərbi komisarlıqlara) işə qəbul nə vaxt və necə keçirilir?

Müraciətinizlə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Hacı Məmmədov Soruşur Yazılma Tarixi:26.01.2016 14:51:11

Salam. Hər vaxtınız xeyir. Mən ailəliyəm. 9 aylıq qızım var. Bu il universiteti qutardıqdan sonra məni hərbi hidmətə çağıracaqlar. Qanunla hər hansı bir göstəriş var belə hallar üçün hərbi xidmətdən müvəqqəti yayınma ? Həyat yoldaşım işləmir. Mən ailəni dolandırıram

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Cavid Salahli Soruşur Yazılma Tarixi:26.01.2016 14:49:40

Salam men 1998 ci il aprelin 27 de anadan olmusam Men nevaxt herbi xidmete gedecem?

Bildiririk ki, Siz 2016-cı ilin aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14897